Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Əzmkar “Fənər” Praqanı fəth etdi

Əzmkar “Fənər” Praqanı fəth etdi

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avrokubok həftəsi Türkiyə təmsilçiləri üçün o qədər də uğurlu keçmədi. Hər halda, qardaş ölkənin 4 klubundan yalnız biri qələbəyə sevindi. İlk uğursuzluğa çərşənbə günü KL-də “İstanbul BŞ” düçar oldu.

Düzdü, Çağdaş Atanın komandası uduzmadı. Amma bu tura qədər xalı olmayan zəif Moldova təmsilçisini evdə yenə bilməmək elə məğlubiyyətə bərabərdi!
AL-də çıxış edən İstanbul nəhəngləri isə cümə axşamı meydana çıxdı. “Qalatasaray”ın oktyabrın əvvəllərindən bəri davam edən qələbə seriyası Niderlandda qırıldı. Amma komandanın erkən qol buraxdığını nəzərə alsaq, 1 xalı faciə saymaq olmaz. İkinci hissədə “Cim-Bom” şanssızlıqla üzləşdi. Bir qol qeydə alınmadısa, Əbdülkərimin zərbəsindən sonra top dirəyə tuş gəldi. 5 turdan sonra hesabında 11 xal olan “Qalatasaray”ın əsas mərhələni ilk “8-lik”də tamamlamaq şansı pis deyil. Amma bunun üçün ilk növbədə səfər oyunlarında da qalib gəlməyə başlamaq lazımdı. Türkiyə ilə İsrail arasında yaşanan gərginlik üzündən “Beşiktaş” “Makkabi”ni Macarıstanın Debretsen şəhərində, özü də boş tribunalar önündə qəbul etdi.
Təəssüf ki, bu prinsipial oyun “Qartal”ın çox pis dönəminə təsadüf etdi. Superliqada son 4 turda cəmi 1 xal qazanan, rəhbərlik səviyyəsində ardıcıl istefalardan sarsılan və psixoloji cəhətdən heç də yaxşı durumda olmayan “ağ-qaralar” “Makkabi” önündə də fiasko yaşadı. Halbuki Təl-Əviv təmsilçisi buna qədər hesabında xal olmayan iki komandadan biri idi. Matçın qırılma anı 71-ci dəqiqədə - hesab 1:2 olarkən İmmobilenin qaçırdığı penalti oldu. Təcrübəli italiyalı forvard 2-ci turda “Ayntraxt”la oyunda da penaltini boşa vermişdi. 5-ci turu 6 xalla 22-ci pillədə bitirən “Beşiktaş” özünə gəlməsə, bu gedişlə ilk “24-lüy”ə düşmək asan olmayacaq.
Həftəni qələbə ilə bitirən yeganə Türkiyə təmsilçisi “Fənərbaxça” oldu. Əslində bu qələbə xoş sürprizdi. Çünki “Fənər” Praqada heç də favorit sayılmırdı. Üstəlik “Slaviya” erkən qolla fanatlarını ayağa qaldırdı. Amma əzmkarlıq sərgiləyərək hələ fasiləyə qədər hesabı bərabərləşdirən Joze Mourinyonun komandası oyunun sonlarına yaxın qələbə qolunu da vurmağa müvəffəq oldu. Mourinyonun əvəzetməsi özünü doğrultdu və Ən-Nəsiri “sarı-lacivərdlilər”ə mühüm 3 xal qazandırdı. Xalını 8-ə çatdıran “Fənər” turnir cədvəlindəki mövqeyini bir xeyli yaxşılaşdırdı.
Avropa Liqası, əsas mərhələ, 5-ci tur
Alkmaar (Niderland) – Qalatasaray 1:1

Meynans, 2 – Osimhen, 43.
Qalatasaray: Muslera, Barış Alpər Yılmaz (Berkan Kutlu, 86), Sançes, Nelsson (Metehan Baltacı, 46), Əbdülkərim Bardakcı, Yunus Akgün (Yelert, 86), Torreyra, Sara (Ziyeş, 86), Mertens, Batşuayi (Kərəm Dəmirbay, 64), Osimhen.
Slaviya (Çexiya) – Fənərbaxça 1:2
Xorı, 7 – Ceko, 35. Ən-Nəsiri, 85.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel, Samet Akaydın, Ciku, Mərt Müldür, Fred, İsmayıl Yüksək, Tadiç (Cenk Tosun, 90+4), Şimanski (Yusuf Akçiçək, 90+1), Sen Maksimen (İrfan Can Kahveci, 78), Ceko (Ən-Nəsiri, 78).
Beşiktaş – Makkabi T-Ə (İsrail) 1:3
Silva, 38 – Kanixovski, 23. Perets, 45+3. Patati, 81.
Beşiktaş: Mərt Günok, Svensson, Uduoxai (Tayyib Sanuç, 46), Paulista (Əmirhan Topçu, 19), Masuaku (Mustafa Həkimoğlu, 83), Mario (Salih Uçan, 46), Fernandeş, Raşitsa (Ndur, 46), Silva, Semih Kılıçsoy, İmmobile.
Konfrans Liqası, əsas mərhələ, 4-ci tur
İstanbul BŞ – Petrokub (Moldova) 1:1

Pyontek, 42-p. – Borş, 90+6.
İstanbul BŞ: Muhammed Şəngəzər, Duarte, Ba, Opoku, Ömər Əli Şahinər, Onur Ərgün (Berat Özdəmir, 85), Pelkas (Krespo, 71), Kemen, Keni (Dəniz Türüc, 79), Fiqeyredo (Sərdar Gürlər, 79), Pyontek.
Faktlar
* “Qalatasaray” avrokuboklarda 323-cü oyundan 86-cı dəfə bərabərliklə ayrıldı (116 qələbə, 121 məğlubiyyət, top fərqi – 442:485)
* “Qalatasaray” avrokuboklarda keçirdiyi son 19 qarşılaşmanın yalnız 2-də uduzub (9 qələbə, 8 heç-heçə). Amma komandanın avrokuboklarda səfərdəki qələbəsiz seriyası 6 oyuna yüksəldi (2 heç-heçə, 4 məğlubiyyət).
* “Qalatasaray”ın bütün turnirləri nəzərə almaqla 7 oyunluq qələbə seriyası qırılsa da, məğlubiyyətsiz seriya 15 oyuna yüksəldi (12 qələbə, 3 heç-heçə).
* “Qalatasaray” buna qədər avrokuboklarda Niderland təmsilçilərindən yalnız PSV ilə qarşılaşmış və səfərdə bu komandaya qarşı 4 oyunun hamısında uduzmuşdu. Yəni İstanbul nəhəngi Niderlandda keçirdiyi 5-ci oyunda ilk dəfə uduzmadı.
* “Alkmaar” 86-cı saniyədə fərqlənməklə avrokuboklar tarixindəki ən erkən qolunu vurdu. Klub buna qədər avrokuboklarda heç vaxt 3-cü dəqiqədən tez qol vurmamışdı.
* Daha öncə “Fənərbaxça”, “İstanbul BŞ” və “Kayserispor”a rəqib olan “Alkmaar” Türkiyə klublarına qarşı uğurlu seriyasını davam etdirərək 8-ci oyunda da məğlub olmadı (4 qələbə, 4 heç-heçə)!
* “Fənərbaxça” avrokuboklarda 279-cu oyunda 111-ci qələbəsini qazandı (58 heç-heçə, 110 məğlubiyyət, 381:398)
* “Slaviya” ilə “Fənərbaxça” sonuncu dəfə 2021/22-də KL-in pley-offunda qarşılaşmış və Praqa təmsilçisi hər iki oyunda 3:2 hesabı ilə üstün olmuşdu. “Fənər”in Çexiya klublarına qarşı son 9 oyundakı hər iki məğlubiyyəti həmin vaxt qeydə alınıb (5 qələbə, 2 heç-heçə).
* “Fənərbaxça”nın avrokuboklarda keçirdiyi son 9 matçının hamısında qarşılıqlı qollar qeydə alınıb. Bu müddətdə “Fənər” 15, rəqiblər 14 qol vurub. “Sarı-lacivərdlilər” 2018-in sentyabrından bəri ilk dəfə ardıcıl 9 avrokubok oyununda qapını toxunulmaz saxlaya bilmədi.
* Ən-Nəsiri karyerasında ilk dəfə ardıcıl 3 avrokubok oyununda qol vurmağı bacardı.
* Buna qədər “Ayntraxt” (0:1) və “Atletik”ə (0:1) uduzan “Slaviya” 1996-nın martından bəri ilk dəfə avrokuboklarda ardıcıl 3 məğlubiyyətlə üzləşdi.
* ÇL, AL və KL-i nəzərə alsaq, Mourinyo məşqçi kimi bu turnirlərdə ümumilikdə 119-cu qələbəsini qazandı və bu göstəricidə yalnız Ançelottidən (121) geri qalır.
* “Beşiktaş” avrokuboklarda 249-cu oyunda 106-cı məğlubiyyətlə üzləşdi (94 qələbə, 49 heç-heçə, top fərqi – 333:380).
* “Beşiktaş” tarixində ilk dəfə İsrail klubuna məğlub oldu! Komanda buna qədər 2-si məhz elə “Makkabi”yə qarşı olmaqla İsrail təmsilçilərinə qarşı keçirdiyi 6 oyundan 4 qələbə, 2 heç-heçə ilə ayrılmışdı. Bu komandaların yolu daha öncə 2011/12-də AL-in qrupunda kəsişmiş və “Qartal” həm evdə (5:1), həm də İsraildə (3:2) qalib gəlmişdi.
* “Makkabi” isə Türkiyə təmsilçilərinə qarşı keçirdiyi ilk 6 oyunda qalib gələ bilmədiyi halda (2 heç-heçə, 4 məğlubiyyət), artıq 3 oyunluq qələbə seriyası yaxalayıb. Çünki Təl-Əviv təmsilçisi 2020/21-də AL-in qrupunda hər iki oyunda “Sivasspor”u da yenmişdi.
* Türkiyəyə gələnə qədər avrokuboklarda penalti qaçırmayan və “Latsio”nun heyətində 8 belə zərbənin hamısını qola çevirən İmmobile “Beşiktaş”ın heyətində avrokuboklarda yerinə yetirdiyi hər iki penaltini boşa verib!
* “İstanbul BŞ” avrokuboklarda 60-cı oyundan 15-ci bərabərliklə ayrıldı (22 qələbə, 23 məğlubiyyət, top fərqi – 87:86).
* “İstanbul BŞ”nin bütün turnirləri nəzərə almaqla qələbəsiz seriyası 10 oyuna yüksəldi (5 heç-heçə, 5 məğlubiyyət). Son qələbə sentyabrın 27-də superliqanın 7-ci turunda “Sivasspor”la səfər oyununda əldə olunub (2:1).
Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“Oyuna çox pis başladıq. Yalnız fasilədən sonra planlaşdırdığımız kimi oynaya bildik. Top bizdə olarkən rahat hərəkət etmirdik. Fasilədə bununla bağlı oyunçularıma göstərişlər verdim və onlardan daha rahat olmalarını istədim. İlk yarıda bir qədər bəxtimiz də gətirdi. Çünki rəqib hesabı 2:0 da edə bilərdi. Amma fasilədən sonra daha çox fürsət yaxalayan tərəf biz olduq. Bundan daha yaxşı oynamağa qadirik. İlk “8-liy”ə düşmək baxımından növbəti tur “Malmö”yə qarşı səfərdə keçirəcəyimiz oyun böyük əhəmiyyət daşıyacaq. Nelssonun əvəzlənməsi zədə ilə bağlı deyildi. Özünə də söylədik. Bəzi səhvlərə yol verdi. Hücumçunu özündən 3-4 metr irəli buraxırdı. Metehanı oyuna saldıq və Sançesi mərkəzə çəkdik. Nelssonu dəyərsizləşdirmək istəmirəm. Əvvəlki çempionluqlarımızda onun da rolu olub. Sadəcə, konkret bu oyunda işləməyən bir sistemi dəyişmək məcburiyyətində qaldım. Kaan, Yakobs, İkardi kimi oyunçularımız yoxdu. Bu üzdən qışda çox yox, bir-iki transferə ehtiyacımız olacaq”.


Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:

“Oyunçularımı təbrik edirəm. Düzdü, ilk yarıda bəzi səhvlərimiz oldu. Amma ümumilikdə əla performans sərgilədik. Dəqiqələr irəlilədikcə “Slaviya”nın tempinin aşağı düşəcəyini bilirdik. Onlar yorulandan sonra biz də silahlarımızdan istifadə etdik. Fikrimcə, taleyimiz artıq öz əlimizdədi. Bizim təqvim heç də asan deyil. “Yunion”dan başqa bütün rəqiblərimiz çətin idi. Səfərdə 3 oyuna 4 xal toplamışıq. Bu, pozitiv bir durumdu. Hər halda, 3 oyuna 3 bərabərlikdən daha yaxşıdı. Turnir cədvəlində orta pillələrdəyik və taleyimiz evdə keçirəcəyimiz növbəti iki oyunda həll olunacaq. Hələlik isə yenə də bütün diqqətimizi superliqaya yönəldəcəyik. “Slaviya”nın oyunçusuna ikinci sarı vərəqə göstərilməliydi. Hakim onları əfv etdi. Bizə isə vərəqələri çox asanlıqla göstərirdi. Amma ümumilikdə hakimliyin səviyyəsi pis deyildi”.


Covanni van Bronkhorst, “Beşiktaş”ın baş məşqçisi:

“Çox üzücü bir oyun oldu. Matça gərgin başladıq və ilk yarıda istədiyimiz kimi oynaya bilmədik. Təəssüf ki, Paulistanı zədə üzündən erkən itirdik. Rafa Silva ilə əks-hücumda qol vuraraq hesabı 1:1 etdik. İlk yarının son anlarında o qolu buraxmamalıydıq. O epizodda çox sadə və yumşaq oynadıq. Fasilədə digər mərkəz müdafiəçisi Uduoxaini də ağrıları olduğuna görə dəyişməli olduq. Təşəbbüs rəqibə keçdi və 3-cü qolu da buraxdıq. Halbuki Fernandeşi “10 nömrə” mövqeyinə çəkəndən sonra daha yaxşı oynamağa başladıq. Penaltini qola çevirib hesabı 2:2 etsəydik, hətta qələbə haqda da düşünə bilərdik. Təbii ki, hər birimiz yaxşı dönəmdən keçmədiyimizin fərqindəyik. Bu nəticələr camiədə hər kəs kimi mənim üçün də xəyal qırıqlığıdı. Yaxşı performans sərgiləmirik. Ortada “Beşiktaş”ın standartlarına uyğun futbol yoxdu. Üzücü olan da məhz budu. Oyundan öncə rəhbərliyin dəstəyini hiss etdiyimi söyləmişdim. Bu nəticədən sonra bu durumun dəyişib-dəyişməyəcəyini bilmirəm. Qalib gəlmədikdə tənqidlər həmişə olur. Bu vəziyyətdən çıxmağın yeganə yolu qələbə qazanmaqdı. Mən məşqçi kimi bundan da çətin durumlarda olmuşam. Təslim olmağı sevmirəm. Bu durumu dəyişmək üçün əlimdən gələni edəcəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Dekabr 2024 02:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri