Icma.az
close
up
RU
“Fənər” əzmkar qələbə ilə xal fərqini 3 ə endirdi!

“Fənər” əzmkar qələbə ilə xal fərqini 3 ə endirdi!

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tur cümə günü Adanada start götürdü. Yüksəlişdə olan “Kayserispor”, gözlənildiyi kimi, elitanı tərk etməsi çoxdan rəsmiləşən “Adana Dəmirspor”la oyunda ciddi problem yaşamadı. Maraqlıdı ki, Kayseri təmsilçisi superliqa çərçivəsində bu rəqibə qarşı keçirdiyi 7-ci səfər oyununda ilk qələbəsini qazandı (3 heç-heçə, 3 məğlubiyyət).

Şənbə günü üç oyun keçirildi. “Sivasspor” Rizədə son anlarda məğlubiyyətdən qurtularaq elitada qalmaq yolunda mühüm 1 xal qazandı. “Konyaspor”un rəsmi matçlarda 3 oyunluq qələbə seriyası “Fatih Terim” stadionunda başa çatdı. 2-ci hissənin ortalarında penaltini dəqiq yerinə yetirən Pyontek heç də inamlı təsir bağışlamayan “İstanbul BŞ”yə qələbə qazandırdı. Təcrübəli forvard həm bombardirlər yarışının lideri Osimhenlə fərqi minimuma endirdi, həm də başakşəhərlilərin heyətində 46-cı qolunu vuraraq klub tarixinin ən məhsuldar oyunçuları siyahısında 2-ci pilləyə yüksəldi. O, 2011-17-ci illərdə bu klubda forma geymiş Doka Madureyranı (45) geridə qoydu. İndi Pyontek bu siyahıda yalnız Edin Visçadan (110) geri qalır. Günün son oyununda “Samsunspor” Antalyada bərabərliyi qoruya bilməyərək məğlub oldu. Son 6 turda cəmi 1 qələbəsi olan və bu müddətdə 18 mümkün xalın yalnız 3-nü qazanan Samsun təmsilçisinin hələ də 3-cü pillədə qərarlaşması heyrət doğurmaya bilməz.
Bazar günü qarşılaşmaları qonaqların qələbələri ilə start götürdü. Ötən tur “Fənərbaxça” ilə ev oyununda (2:4) məğlubiyyətsiz və qol buraxmamaq seriyaları qırılan “Bodrum” səfərdə “Alanyaspor”u minimal hesabla üstələdi. Ege təmsilçisi Joze Moraişin başçılığı altında keçirdiyi 8-ci superliqa matçında 5-ci qələbəsini qazandı (2 heç-heçə, 1 məğlubiyyət) və topladığı xalları 17-yə yüksəltdi. Maraqlıdı ki, komanda mövsümün ilk 21 oyununda yalnız 16 xal toplamışdı! “Alanyaspor”un 5-ci turdan bəri ilk dəfə düşmə zonasına gerilədiyini də bildirək. “Eyüpspor” isə eyni hesabla səfərdə “Hatayspor”dan üstün oldu. Günün və turun mərkəzi oyunu Kadıköydə keçirildi. “Qalatasaray”ın meydana çıxmadığı turda “Fənərbaxça”nın əlinə xal fərqini 3-ə endirmək üçün gözəl fürsət düşmüşdü. Joze Mourinyonun komandası həm də kubokdakı fiaskonu unutdurmaq istəyirdi. “Trabzonspor” cəbhəsi Fatih Təkkəyə çox ümid bəsləyirdi. Bu məşqçi əvvəlki illərdə 3 fərqli komandanın başında səfərdə “Fənər”dən xal almağı bacarmışdı.
Mourinyonun heyətdə əməlli-başlı rotasiya etməsi sürpriz oldu. “Qalatasaray”la oyunla müqayisədə “11-lik”də 7 dəyişiklik edilmişdi və komanda 5 yox, 4 müdafiəçili sistemə keçmişdi. İlk yarını qonaqların hesabına yazmaq olar. Yaxşı müdafiə olunan “Trabzonspor” irəlidə də fürsətlər yaxalayırdı. Bir epizodda Banzanın zərbəsindən sonra top tirə dəydisə, fasilə ərəfəsində Draquş yerli fanatları susdurdu. Mövsümün qırılma anında Mourinyonun oyunçularına nə dediyi bilinməsə də, ikinci hissədə meydana fərqli bir “Fənərbaxça” çıxdı. Əvəzetmələr də özünü doğrultdu. Məhz fasilədən sonra meydana çıxan Talişka matçın qəhrəmanı oldu. O əvvəlcə Osayi-Samuelə qarşı kobudluğa görə VAR-ın müdaxiləsi ilə qazanılan penaltini qola çevirdisə, çox keçmədən Şkrinyar lazımi vaxtda lazımi yerdə peyda olaraq topu tora göndərdi. Slovakiyalı müdafiəçi ötən tur da qol vurmuşdu. “Trabzonspor” bu mövsüm önə keçdiyi oyunlarda ən çox (22) xal itirən komandadı. Ona görə də qaradənizlilərin qol buraxandan sonra psixoloji cəhətdən çökməsi təəccüblü olmadı. Təkcə bir faktı vurğulayaq ki, “Trabzonspor” bu mövsüm İstanbul nəhənglərinə qarşı 5 matçın hamısında (!) hesabda önə keçdiyi halda, bu qarşılaşmalarda cəmi 1 xal toplayıb. Qalan vaxtda Talişka iki mükəmməl qol vuraraq fərqi darmadağın həddinə çatdırdı. Beləliklə, “Fənər” sona 8 tur qalmış xal fərqini 3-ə endirməklə çempionluq yolunda xeyli ümidləndi. Xatırladaq ki, ilk dövrədən, yəni 19-cu turdan sonra xal fərqi 8-ə bərabər idi. Fatih Təkkənin başçılığı altında 4-cü rəsmi oyunda ilk dəfə uduzan “Trabzonspor”un isə düşmə zonasından cəmi 5 xal öndə olması diqqəti çəkir.
Son vaxtlar ''Beşiktaş''ın qəniminə çevrilən və son 3 superliqa matçında güclü rəqibini məğlub edən ''Kasımpaşa'' turun son oyununda tarixə düşə bilərdi. Belə ki, ''Kasımpaşa'' ''Fənərbaxça'' və ''Qalatasaray''ın ardından ''Qartal''ı ardıcıl 4 oyunda məğlub edən ilk komanda olacaqdı. 14-cü dəqiqədə hesabı açan meydan sahibləri qələbəyə çox yaxın idi. Həftəiçi ''Göztəpə'' ilə oyunda qırmızı vərəqə görən Tayyip Talha Sanuç bu dəfə də ilk yarı tamamlanmadan meydandan qovuldu. Buna baxmayaraq? İstanbul nəhəngi xarakter nümayiş etdirdi və son anlarda Jedson Fernandeşin penaltidən vurduğu qolla məğlubiyyətdən qurtulmağı bacardı. ''Qalatasaray'' üzərində qazanılan qələbə ''ağ-qaralar''ın son 5 rəsmi matçdakı yeganə uğurudu.
30-cu tur
Fənərbaxça – Trabzonspor 4:1

Talişka, 51-p.; 64; 77. Şkrinyar, 60 – Draquş, 45+4.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel, Şkrinyar, Ciku (Talişka, 46), Mərt Müldür, Amrabat, Fred, Tadiç (Çağlar Söyüncü, 67), Şimanski (İrfan Can Kahveci, 81), Sen-Maksimen (Oğuz Aydın, 67), Ceko (Cenk Tosun, 86).
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Okay Yokuşlu, Saviç, Arif Boşluk (Sərdar Saatçı, 70), Mustafa Eskihellaç (Cihan Çanak, 70), Lundstram (Ozan Tufan, 65), Mendi (Nvakaeme, 80), Zubkov, Draquş (Visça, 65), Banza.
Kasımpaşa - Beşiktaş 1:1
Ben Uanes, 14 - Fernandeş, 90-p.
Beşiktaş: Mərt Günok, Svensson, Paulista, Əmirhan Topçu (Tayyip Talha Sanuç, 17), Masuaku, Fernandeş, Oksleyd-Çemberleyn (Arroyo, 83), Muçi (Salih Uçan, 72), Rafa Silva, Mario (Raşitsa, 46), İmmobile (Mustafa Həkimoğlu, 46).
Göztəpə - Qaziantep 1:1
Kubilay Kanatsızkuş, 90+4 - Xəlil Dərvişoğlu, 48.
İstanbul BŞ – Konyaspor 1:0
Pyontek, 71-p.
İstanbul BŞ: Muhammed Şengezər, Ömər Əli Şahinər, Duarte, Ba, Operi, Berat Özdəmir, Krespo (Umut Günəş, 87), Kemen (Fiqeyredo, 87), Yusuf Sarı (Həmzə Gürələr, 80), Brniç (Dəniz Türüc, 67), Pyontek (Keni, 87).
Antalyaspor – Samsunspor 2:1
Sonər Dikmən, 45. Qayç, 84 – Zəki Yavru, 52.
Hatayspor – Eyüpspor 0:1
Tiam, 23.
Çaykur Rizəspor – Sivasspor 1:1
Berkay Özcan, 70-p. – Simiç, 84.
Adana Dəmirspor – Kayserispor 0:2
Kartal Yılmaz, 10. Bahoken, 52.
Alanyaspor – Bodrum 0:1
Əli Aytemur, 81.
1. Qalatasaray 28 22 5 1 69-29 71
2. Fənərbaxça 28 21 5 2 71-26 68
3. Samsunspor 29 15 6 8 45-34 51
4. Beşiktaş 28 13 9 6 42-28 48
5. Eyüpspor 29 13 8 8 42-32 47
6. İstanbul BŞ 28 12 6 10 45-38 42
7. Göztəpə 28 10 9 9 46-36 39
8. Qaziantep 28 11 6 11 37-37 39
9. Antalyaspor 29 11 6 12 34-53 39
10. Kasımpaşa 29 9 12 8 50-53 39
11. Trabzonspor 28 9 9 10 45-36 36
12. Konyaspor 29 9 7 13 34-41 34
13. Çaykur Rizəspor 28 10 4 14 35-47 34
14. Bodrum 29 9 6 14 23-33 33
15. Kayserispor 28 8 9 11 34-46 33
16. Sivasspor 29 8 7 14 39-47 31
17. Alanyaspor 29 8 7 14 32-43 31
18. Hatayspor 28 4 7 17 29-52 19
19. Adana Dəmirspor (-12) 28 2 4 22 26-67 -2
Bombardirlər: Osimhen (Qalatasaray) – 20, Pyontek (İstanbul BŞ) – 19, Banza (Trabzonspor) – 17, Ən-Nəsiri (Fənərbaxça) – 16.
Növbəti turun oyunları aprelin 11-14-ü aralığında keçiriləcək: Beşiktaş – İstanbul BŞ, Bodrum – Antalyaspor, Eyüpspor – Adana Dəmirspor, Qaziantep – Hatayspor, Kayserispor – Kasımpaşa, Konyaspor - Göztəpə, Samsunspor – Qalatasaray, Sivasspor - Fənərbaxça, Trabzonspor – Çaykur Rizəspor.
Turun rəqəmi
100 – ötən tur Duşan Tadiç “Fənərbaxça”da 100-cü rəsmi oyununu keçirmişdisə, bu dəfə eyni göstəriciyə Sebastyan Şimanski nail oldu. 2023-ün yayında İstanbul nəhənginə transfer olunan polşalı yarımmüdafiəçi ilk mövsümdə 55 rəsmi oyuna çıxaraq 13 qol, 19 məhsuldar ötürməlik performans sərgiləmişdi. Bu mövsüm isə o, 45 rəsmi oyuna çıxaraq komandaya 7 qol, 9 məhsuldar ötürməlik fayda verib. Maraqlıdı ki, Tadiçlə Şimanskiyə qədər “Fənər” tarixində cəmi 2-ci mövsümdə 100 oyun həddinə çatan futbolçu olmamışdı. Bu mövsüm isə birdə-birə iki futbolçu buna nail olub.
Turun ulduzu
Anderson Talişka (Fənərbaxça) – təcrübəli braziliyalı futbolçu hər nə qədər “Qalatasaray”la oyunlarda özünü göstərə bilməsə də, komandası üçün ən vacib məqamda liderlik keyfiyyətlərini nümayiş etdirdi. Daha öncə 2 mövsüm “Beşiktaş”ın şərəfini qorumuş “sambaçı” heç vaxt Türkiyə çempionatında sonradan meydana çıxdığı oyunda qol sevinci yaşamamışdı. Bu dəfə isə o, birdən-birə 3 qol vurdu! “Fənər”in tarixində daha öncə superliqada cəmi 2 futbolçu – Tuncay Şanlı (2002 dekabr) və Səlcuk Yula (1982 noyabr) “Trabzonspor”a qarşı het-trik etmişdi. Amma Talişka bunu sonradan meydana çıxaraq edən ilk futbolçu oldu! 31 yaşlı ulduz həm də 53-cü superliqa oyununda ilk dəfə het-trik etdi.
Turun sitatı
Allan Sen-Maksimen, “Fənərbaxça”nın vingeri:

“Mourinyo ilə aramızdakı problem necə yoluna qoyuldu? Çox şey danışmaq olar. Amma şəxsən mənim onunla problemim yox idi. Onu sevirəm. Əminəm ki, o da mənə qarşı eyni hissləri paylaşır. Sosial şəbəkədə hər gördüyünüzə inanmayın. Mən onsuz da əlimdən gələni edirəm. Məşqçinin də işi çətindi. Hər həftə seçim etmək məcburiyyətindədi. Ötən həftə Ciku kənarda qalmışdısa, bu dəfə Kostiç heyətə düşmədi. Mənim üçün də oynamadığım zamanlarda asan olmur. Amma mənim üçün bu klub və fanatllar hər şeydən öndə gəlir”.


Oyundan sonra
Joze Mourinyo “Fənərbaxça”nın baş məşqçisi:

“Əslində ilk yarıda pis oynadığımızı deməzdim. “Trabzonspor” yaxşı təşkil olunmuş komandadı və başlarında da yaxşı məşqçi dayanıb. Hesabı biz açmalıydıq. Çində, Avstraliyada, qısası, dünyanın hər yerində penalti olan bir epizodu hakim görmədi. VAR da çağırmadı. “Bodrum” və “Qalatasaray”la oyunlarda bu cür epizod bizim əleyhimizə olanda VAR dərhal hakimi çağırmışdı. Amma bu gün VAR hakimi monitora dəvət etməməklə matçın axarına təsir göstərdi. İkinci hissədə komanda şəklində daha güclü oynadıq. Talişka qələbəmizin baş memarı oldu. Vurduğu gözəl qollarla bizə vacib 3 xal qazandırdı.”Qalatasaray”la matçın nəticəsinin bu oyuna təsiri olmadı. Oldusa da, yalnız pozitiv mənada oldu. Okan Burukla aramızda yaşananlar? Bir görüntü 1000 kəlmədən daha dəyərlidi. Mən indi sizə orda başverənləri anlatsam, bu, yalnız mənim versiyam olacaq. Belə durumlarda görüntü sözdən daha önəmlidi. Hər kəs nə olduğunu gördü. Əminəm ki, “Hollivud”dakılar da görüntünü izlədi. Çempionluq yarışı haqda heç nə demək istəmirəm. Çünki bu mövzuda verəcəyim cavab təhlükəli ola bilər”.


Fatih Təkkə,

“Trabzonspor”un baş məşqçisi: “Çox üzgünük. Bizim üçün bir fürsət matçı idi. “Fənərbaxça”nın ilk yarıda qapıya cəmi 1 zərbəsi oldu. Evdə bəlkə də ən zəif təsir bağışladıqları bir ilk yarı keçirdilər. İkinci hissə başlayan kimi penalti qazandılar. İlk yarıda da penalti gözlədikləri epizod oldu. Futbolda belə şeylər olur. 1:1-dən sonra bizə yaraşmayan qollar buraxdıq. Ən yaxşı oyunlarımızdan birini keçirsək də, 4 top buraxdıq. Bu matçı mümkün qədər tez unudaraq önümüzdəki oyunlara köklənməliyik. Camiəmizi üzdüyümüzü bilirik. Ümid edirəm ki, bir daha belə nəticə ilə üzləşməyəcəyik. Komanda şəklində daha yaxşı müdafiə olunmalı və belə qollar buraxmamalıyıq. Nəticəyə baxmayaraq bizim üçün poztiv məqamlar da oldu. İlk yarıdakı inamlı oyunumuzu silib ata bilmərik. Bu futbolu sərgiləyən də bizim oyunçular idi. “Fənərbaxça”nın bu gün oyun baxımından bizi üstələdiyini heç kim söyləyə bilməz. “Trabzonspor” əsl böyük komanda kimi oynadı”


Çağdaş Atan, “İstanbul BŞ”nin baş məşqçisi:

“Konyaspor” müdafiə olunmağı bacaran əsl məşqçi komandasıdı. Bütün diqqəti yalnız müdafiəyə ayırdıqları oyunlarda onları yenmək çox çətin olur. Matçın gedişində hətta 6 müdafiəçi ilə oynamağa başladılar. İlk yarıda istədiyimiz kimi oynaya bilmədik. Bəxtimiz onda gətirdi ki, fasiləyə qədər top buraxmadıq. İkinci hissədə bir qədər fəallaşdıq. Yusuf Sarı ilə gözəl fürsəti dəyərləndirə bilmədik. Son 10 dəqiqədəki oyunumuzu isə qəbul etmək mümkün deyil. Ümumilikdə səviyyəmizdən çox aşağı çıxış etdik. Bu mövsüm bəlkə də ilk dəfədi, yaxşı oynamadığımız bir matçdan 3 xalla ayrıldıq. Ən azı xarakter nümayiş etdirdik. Qalib gəldikdə hər şey pozitiv görünür. Son anlarda geriyə çəkilməyə məcbur olduq. Çünki Türkiyədə gözəl oyun tələb edən yoxdu. Hamı nəticə tələb edir. Ona görə də yeri gələndə qələbə hesabını qorumağı da bacarmaq lazımdı. Ancaq bu cür futbol bizim oyun fəlsəfəmizə ziddi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Aprel 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Konfrans Liqası: Çelsi səfərdən darmadağınla qayıdır günün nəticələri

11 Aprel 2025 00:57see206

UEFA Konfrans Liqası: Fiorentina dan vacib səfər qələbəsi

11 Aprel 2025 01:20see134

Qərbi Azərbaycanın toponimləri: Milli kimliyin izləri

10 Aprel 2025 23:59see132

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see129

Stepanyandan etiraf: Qarabağda üstünlük onlarda idi

10 Aprel 2025 23:33see125

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see123

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see121

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see117

Bu QHT rəhbərləri istintaqa cəlb edilib

10 Aprel 2025 23:29see115

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see113

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see112

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see112

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see111

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see110

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see110

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see109

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see109

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see108

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see108

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri