“Facebook” və “Instagram”ın işində qlobal nasazlıq KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
“Meta” şirkətinə məxsus “Facebook” və “Instagram” sosial şəbəkələrinin işində Avropa və ABŞ-də genişmiqyaslı problemlər müşahidə olunur.
KONKRET.az xəbər verir ki, bu barədə internet xidmətlərində nasazlıqları izləyən “Downdetector” platformasının məlumatında bildirilib.
Məlumata görə, problemlər Bakı vaxtı ilə təxminən saat 16:02-də başlayıb.
Ən çox şikayət “Facebook” istifadəçilərindən daxil olub. Böyük Britaniyada 4 400-dən çox, İtaliyada 1 200-dən çox, Niderlandda isə 1 000-ə yaxın istifadəçi nasazlıq barədə məlumat verib. ABŞ, Fransa, Almaniya, Belçika, İspaniya və digər ölkələrdə də oxşar problemlər qeydə alınıb.
“Instagram” istifadəçiləri də Böyük Britaniya, İtaliya, Fransa, Niderland, Almaniya, ABŞ və digər ölkələrdə tətbiqin işində problemlərlə üzləşdiklərini bildiriblər.
“Downdetector”un məlumatına əsasən, istifadəçilərin əksəriyyəti mobil tətbiqin və veb-saytın işləməməsindən, hesaba girişdə çətinliklərdən, xəbər lentinin yüklənməməsindən və serverə qoşulma problemlərindən şikayət edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 22 İyul 2026 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















