Icma.az
close
up
RU
Faciələrə səbəb olan cehiz xəstəliyi: Ondan qurtuluş yolu varmı?

Faciələrə səbəb olan cehiz xəstəliyi: Ondan qurtuluş yolu varmı?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir neçə gün öncə Ağdaş rayonunda dəhşətli ölüm faktı qeydə alınıb. Rayonun Ləki qəsəbə sakini 2002-ci il təvəllüdlü İsmayılzadə Qiyas toyuna bir neçə gün qalmış intihar edib.

Məlum olub ki, Qiyas ailə münaqişəsi zəminində canına qıyıb. Yayılan məlumata əsasən, toya hazırlaşan Qiyas İsmayılzadənin nişanlısının cehizi ata evindən ər evinə gətirilib. Ancaq gəlinin gətirdiyi cehiz Qiyasın anasının xoşuna gəlməyib və onu maşına yığıb qız evinə yola salıb.

Son illərin hadisələri göstərir ki, bu gün cehiz həm də ailə quran cütlüklərin bədbəxtliyinə səbəb olur. İmkanı olan-olmayan "mənim qızım filankəsin qızından əskik deyil” deyən analar bankdan kredit götürərək qızlarını 3 otağı əhatə edən cehiz dəstləri ilə yola salır. Sonra isə valideynlər illərlə banka kredit ödəməli olur.

Uzun illərdir ki, dədə-babalarımızdan bu günə kimi gələn cehiz boğçası artıq cəmiyyətdə dəhşətli xəstəliyə çevrilib. Bu xəstəlik kimini qəbir evinə, kimini də bədbəxtliyə sürükləyir. 

Xəstəlikdən necə xilas ola bilərik?

Psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu kimi hadisələr çox mühüm bir sosial və psixoloji problemi gündəmə gətirib:

"Cehiz ənənəsi özü-özlüyündə mədəniyyətimizin bir hissəsidir. Təəssüf ki, zamanla bu ənənə ciddi sosial təzyiq və psixoloji yüklə müşayiət olunmağa başlayıb. "Qonşudan qalma geri” prinsipi dediyimiz, yəni başqaları ilə müqayisə və onlardan geri qalmamaq kompleksi cəmiyyətin etno psixologiyasında dərin izlər buraxır. Nəzərə almaq lazımdır ki, bir çox analar üçün cehiz hazırlamaq təkcə övladına qayğı göstərmək deyil, həm də ictimai "qiymətləndirmə mexanizmi”ndə ləyaqət qazanmaq vasitəsinə çevrilib. Burada sosial qəbul olunmaq, özünü sübut etmək və təzyiqdən yayınmaq kimi psixoloji mexanizmlər işə düşür. Əgər bir ananın öz evində divan belə yoxdursa, amma qızına üç otaq dolusu cehizi kreditlə alıb verirsə, bu artıq ailənin maddi rifahından çox sosial imicə yönəlmiş davranış modeli kimi qəbul olunmalıdır. Bu tip davranışı ictimai müqayisə nəzəriyyəsi ilə də izah edə bilərik. Belə ki, insanlar öz rifahlarını və davranışlarını başqaları ilə müqayisə edərək dəyərləndirirlər. Nəticədə bu "prestij yarışı” zamanla sağlam düşüncəni də üstələyir”.


Psixoloqa görə, ən təhlükəlisi odur ki, bu cür davranış forması nəsildən-nəslə keçən kollektiv travma və təzyiq altında formalaşan şəxsiyyət strukturlarını meydana çıxarır:

"Qadın, yaxud da ailə özü illərlə bank krediti ödəyərək yaşadığı maddi çətinliyi dərk edir, həm də eyni modeli gələcəkdə öz övladına ötürür. Burada artıq sosial normaların fərdi rifahı üstələməsi reallığı ilə üzləşirik. Bu yanaşmanı "xəstəlik” adlandırmaq doğru metafor ola bilər. Çünki bu davranış cəmiyyətin psixoloji balansına zərər verir”.

Elnur Rüstəmov problemin həlli yollarından da danışıb:

"Həll yolu uzunmüddətli və mərhələli yanaşma tələb edir. Ən vacib məqam maarifləndirmədir. Ailələrə cehizin deyil, ailədaxili münasibətlərin, qarşılıqlı hörmətin və sağlam ailə psixologiyasının önəmi aşılanmalıdır. Bu tip sosial təzyiqlərlə üzləşən qadınlara, ailələrə psixoloji konsultasiyalar və qrup terapiyaları təklif edilməlidir. Ən mühüm olan cehiz anlayışı yenidən mənalandırılmalıdır. O, dəyər ölçüsü deyil, ehtiyac və imkan balansı əsasında formalaşan bir dəstək forması olmalıdır”.

Bahar Rüstəmli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri