İspaniyadakı enerji böhranı faciələrə yol açdı KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniyada elektrik enerjisinin kəsilməsi nəticəsində ümumilikdə 7 nəfər həyatını itirib. Ölüm hallarına səsəb Qalisiyadan Madridədək uzanan bölgələrdə baş vermiş dəm qazı zəhərlənməsi və yanğınlardır.
KONKRET.az xəbər verir ki, bazar ertəsi baş verən bu hadisə İspaniyada və qonşu Portuqaliyada hava və dəmir yolu nəqliyyatının dayanmasına, mobil rabitənin kəsilməsinə, bankomat və ödəniş sistemlərinin işləməməsinə səbəb olub.
Gündəlik həyat ciddi şəkildə pozulub. Qısamüddətli fasilə Fransada da müşahidə edilib.
Baş verən böhran İspaniya hökumətini hərtərəfli araşdırmaya başlamağa vadar edib. Hadisə bölgədə təhlükəsizliklə bağlı narahatlıqları da artırıb.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 30 Aprel 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















