Icma.az
close
up
RU
AYNA nın “velosiped kəşfi”

AYNA nın “velosiped kəşfi”

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Demokrat.az Çarçı-ya istinadən xəbər verir ki, rəsmi məlumata görə, 2025-ci ildə Bakıda artıq 40–50 km velosiped yolu var. Üstəlik, AYNA yanvar ayı ilə müqayisədə may ayında istifadəçi sayının 3 dəfə artdığını böyük uğur kimi qələmə verməyə çalışdı.
Gəlin azca dürüst olaq, yanvar ilə mayı müqayisə etmək özü çox gülməlidir... 
Yanvarda Bakı soyuq, rütubətli, küləklidir. Mayda isə insanlar parkda gəzir, dondurma yeyir, velosipedə minir. Təəccüblüdürmü? Əlbəttə ki, yox.
Bu cür “rəqəmlərlə oyun” isə məmurların köhnə xəstəliyidir – təkcə bizdə yox, elə bütün dünyada.
Cənab prezident də bu yaxınlarda müsahibəsində dedi ki, velosiped yolları əhalinin bir hissəsində narazılıq yaradır.
Bir az da dəqiqləşdirək: insanları qıcıqlandıran velosiped yolu deyil. Əksər bakılılar bu ideyaya ya neytral, ya da müsbət yanaşır. Narazılıq hər səhər tıxacda dayanıb yanındakı boş asfaltı seyr etməkdir.
Çünki hər gün üzləşdiyi tıxacın dərəcəsi artıb, avtomobil zolağı daha da daraldılıb, velosipedçi isə hələ görünmür...
Və açığı, bu reallıqla mübahisə etmək çətindir. AYNA və Nəqliyyat qurumlarının bütün “qələbə” mesajlarına baxmayaraq, avtobus və velosiped üçün ayrılmış zolaqların artdığı dövrdə Bakıda tıxaclar azalmayıb, əksinə, daha da artıb.
Üstəlik, velosipedçilərin sayı da gözəçarpacaq dərəcədə artmır.
Bu nə deməkdir?
•⁠  ⁠Ya insanlar velosipedə keçmək istəmir
•⁠  ⁠Ya da bu yollar orada lazım olan yerlərdə deyil
Hər iki halda nəticə eynidir: fayda əmsalı sıfıra yaxındır. Belə olanda velosiped yolları problemi həll etmir, əksinə, daha da dərinləşdirir.
Əsas səbəb isə çox tanışdır. Velosiped yolları əvvəlcə harada lazımdırsa, orada salınmalıdır.
Amma bizdə necə olur? - Əvvəlcə harada gözəl görünürsə, orada salınır.
Yəni funksionallıq üçün yox, vitrin üçün edirik.
Rahatlıq üçün yox, görüntü üçün edirik.
Və sonra da yanvarla mayı müqayisə edib “uğur”elan edib, vitrinə qoyuruq, amma inanın ki, yerində olmadığı çox aydın görünür!
https://t.me/carchinews/25674
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Yanvar 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri