Icma.az
close
up
RU
Faiq Mahmudov: Dezinformasiya klassik təhlükəsizlik anlayışının ayrılmaz hissəsinə çevrilib

Faiq Mahmudov: Dezinformasiya klassik təhlükəsizlik anlayışının ayrılmaz hissəsinə çevrilib

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Dezinformasiya təsadüfi deyil, məqsədli şəkildə yaradılır və xalqlar arasında yanlış rəy formalaşdırmaqla yanaşı, dövlətlərarası münasibətləri hədəf alır".

Bunu APA İnformasiya Agentliyinin Beynəlxalq əlaqələr və analitika departamentinin rəhbəri Faiq Mahmudov Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı deyib.

O, bildirib ki, xüsusilə türkdilli ölkələri hədəf alan türkofob və islamofob məzmunlu məlumatlar cəmiyyətlərdə çaşqınlıq yaradır və ictimai rəyə mənfi təsir göstərir. Onun sözlərinə görə, bu cür təhlükələrə qarşı ən effektiv yanaşma birgə və prinsipial mövqe sərgiləməkdir: “Bir ölkəyə yönələn saxta xəbər digər ölkələrin də diqqət mərkəzində olmalı, vaxtında və koordinasiyalı şəkildə dəyərləndirilməlidir”.

Departament rəhbəri vurğulayıb ki, operativ məlumat mübadiləsi, institusional əməkdaşlıq və peşəkar media həmrəyliyi dezinformasiyanın təsir dairəsini əhəmiyyətli dərəcədə azalda bilər.

O qeyd edib ki, Azərbaycanda həm ölkədaxili sabitliyin, həm də beynəlxalq münasibətlərin qorunması məqsədilə dezinformasiya halları aşkar edildikdə dərhal reaksiya verilir. Onun sözlərinə görə, rəsmi dövlət qurumları, Medianın İnkişafı Agentliyi və media orqanları öz səlahiyyətləri çərçivəsində çevik və koordinasiyalı addımlar atır.

Çıxışda son dövrlərdə Türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsi və institusional xarakter almasının müəyyən dairələrin diqqətindən kənarda qalmadığı da qeyd olunub. Bildirilib ki, bu proseslərə qarşı yönəlmiş türkofob yanaşmalar, xüsusilə də qardaş ölkələr arasında etimadı sarsıtmağa hesablanmış yalan və manipulyativ məlumatların yayılması ilə müşayiət olunur.

Faiq Mahmudov əlavə edib ki, mövcud informasiya mühitində dezinformasiya və feyk məlumatların tamamilə istisna edilməsi mümkün deyil. Lakin məqsədli şəkildə yayılan, destruktiv niyyətlərə xidmət edən və həm ənənəvi media, həm də sosial platformalar vasitəsilə tirajlanan dezinformasiyalara vaxtında və adekvat reaksiya verilməməsi daha genişmiqyaslı problemlərə yol aça bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Dekabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see668

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see320

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see293

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see277

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see256

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see228

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see206

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see189

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see180

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see177

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see177

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see163

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see163

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see161

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see159

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see155

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see155

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri