Faiq Quliyev Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşdü FOTO Yeni Çağ Media
Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.
Cari ilin 10 yanvar tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli münasibətlərin cari vəziyyəti, Gürcüstan xarici işlər nazirinin ölkəmizə planlaşdırılan rəsmi səfərinin təfərrüatları, eləcə də yaxın günlərdə Bakı şəhərində iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının nəzərdə tutulan 10-cu iclası, həmçinin strateji tərəfdaş olan iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Görüşdə Azərbaycan və Gürcüstan arasındakı çoxşaxəli strateji tərəfdaşlıq münasibətlərinin yüksək qiymətləndirildiyi qeyd olunmuş, iki ölkə arasında iqtisadi-ticarət, nəqliyyat və enerji sahələrində uğurlu əməkdaşlıq xüsusi olaraq vurğulanmışdır.
Görüş zamanı sabitlik və sülhün regionumuzun inkişafına verdiyi töhfədən bəhs edilmiş, tərəflər Azərbaycan və Gürcüstan arasında mövcud olan nümunəvi strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə hazır olduqlarını bildiriblər.
Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 11 Yanvar 2025 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















