Icma.az
close
up
RU
Faizlər yüksək olsa da: Niyə hamı kredit alır?

Faizlər yüksək olsa da: Niyə hamı kredit alır?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanda kredit faizlərinin artımı əsasən bazarda faizlərin yüksəlməsi ilə bağlıdır”. 

Bu fikirləri Mərkəzi Bankın rəhbəri Taleh Kazımov deyib. 

Bankın rəhbəri hesab edir ki, banklar "yastıqaltı" vəsaitləri cəlb etmək üçün depozit faizlərini qaldırdılar: 

“Depozitlərin faiz dərəcələrinin artımı kreditləri cüzi də olsa bahalaşdırıb. Ancaq artan faiz şəraitində kreditləşməmiz azalmayıb, əksinə, illik əsasda kredit portfelimiz 18.7 faiz artıb". 

Qeyd edək ki, ölkədə cəmi 150 min unikal əmanətçi var və ekspertlərin fikrincə, bu ölkəmiz üçün çox kiçik rəqəmdir. Ancaq bununla yanaşı, bu gün vətəndaşların bir çoxu istehlak kreditləri üçün davamlı olaraq banklara müraciət edir. 

Bu gün ölkədə əhalinin əmanət hesabının az olması və əksinə, istehlak kreditlərinin artması əhalinin gəlirinin az olmasının göstəricidir? 

İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, Mərkəzi Bankın kredit faizləri ilə bağlı yerli banklara təklif etdiyi pul vəsaitləri 6,25-8,25 faiz aralığında dəyişir: 

“Bu aralıqda banklar çərçivə halında saxlanılır. Yəni Mərkəzi Bankın verdiyi vəsaitlərin faiz dərəcələri az qalsın 17 faizə qədər artır. Mərkəzi Bankdan vəsait alan yerli banklar kifayət qədər yüksək faizlə alırlar. Uçot dərəcələri də dəyişməz olaraq saxlanıldı, azaldılmadı. Azaldılmadığına görə də kredit faizləri aşağı düşməyəcək. 

Kreditləşmənin yüksəlməsi müsbət hal kimi qiymətləndirilə bilər. Amma o halda ki, iri investisiya sahələrinin maliyyələşdirilməsi və yaxud da digər ortaq sahibkarlıq üzrə kreditləşmə dinamikasında artım baş versin. Kreditləşmə üzrə təsnifata diqqət yetirsək, görərik ki, daha çox kiçik sahibkarlıq subyektləri, istehlak kreditləri və ani kreditlər üzrə müraciətlərin həcmində artım var. 

Yəni, bu üç kateqoriya əslinə heç bir iqtisadi inkişafın baş verməsini əsaslandırmağa imkan vermir. Bu əsaslandırma doğru deyil. Daha böyük məbləğdə iri kreditlərin, məsələn, aqrar sektor üzrə aşağı faizli kreditləşmə, sənaye üzrə kreditləşmə, ixracın stimullaşması üzrə kreditləşmə təsnifatları üzrə bu kateqoriyadan olan kreditləşmə demək olar ki, artmayıb. Əvvəlki dövrlərlə müqayisədə 2-7 faiz arasında azalma müşahidə edilir. Kiçik, istehlak və ani kreditlər üzrə kreditləşmə bankların inkişafına heç bir halda kömək etmir”. 

Ekspert deyib ki, faizlər yüksək olsa da, məhz bu kateqoriyadan olan kreditlərdə problemli kreditlərin portfeli 70 faiz civarındadır:

“Araşdırdıqda görürük ki, problemli kreditlər ən çox kiçik, istehlak və ani kreditlər üzrə ödəişlərdə formalaşır. Həqiqətən də problem vətəndaşların cari ehtiyaclarını qarşılamaq üçün müraciət etdiyi kreditlərdir. Bu kreditlərin artması Azərbaycan manatının alıcılıq qabiliyyətinin zəifləməsi, ixracat üzrə bahalaşma, istehlak potensialının aşağı düşməsiylə bağlıdır. Nəticə etibarilə də cari vəziyyətə uyğun olaraq kredit müraciətləri formalaşır və bu, bankların kreditləşməsində müəyyən qədər özünü göstərir”. 

Ekspertin fikrincə, xüsusi məqam da ondan ibarətdir ki, məhz problemli kreditlər də elə bu aşağı, istehlak kreditləri üzrə formalaşır: 

“Ona görə də Azərbaycan Mərkəzi Bankı dolların dəyərinin düşdüyü, rublın, avronun dəyər qazandığı bir zamanda operativ qərarlar verməli, xüsusilə də idxal zaman manata təzyiqləri azaltmaq üçün uçot dərəcəsini müəyyən məbləğdə azaltmalı idi. Çünki biz əsasən idxalçı ölkəyik. Xüsusilə Rusiyadan, əsas ticarət tərəfdaşımız olan Avropadan idxal edirik. Ərzaq, kənd təsərrüfatı, sənaye, tikinti məhsulları idxal olunur. 

Məsələn, idxal prosesində rublın bahalaşması manata təzyiqi artırır. İxracatda isə manat dəyər itirir. Çünki neftin qiyməti nəzərdə tutulmuş proqnozlardan aşağı səviyyədədir. Əgər 2025-ci ilin büdcəsində neftin qiyməti 70 dollar nəzərdə tutulubsa, ixracatımızı əsasən neft və qaz təşkil edirsə, qiymətlər də aşağı səviyyədədirsə, demək, manat neft və qaza görə dəyər itirir. Dollar da dəyər itirir ki, biz neftin pulunu dollarla alırıq.

Bu zaman da gəlirlərimiz azalır və manat dəyər itirir. Əslində rubl, avro dəyər qazandığı bir stuasiyada manata təzyiqlər artır və manat alıcılıq qabiliyyətini itirir. Beləliklə, daxili bazarda bahalaşma baş verir. Bütün bunlar da dolayı yolla vətəndaşın gündəlik yaşamında özünü göstərir. 

Vətəndaşın həyat şəraiti ağırlaşır və məcburi olaraq istehlak və ani kreditlərə baş vurur, bu da həm banklar üçün problemli kreditlər yaradır, həm də bu bankların inkişafını ləngidir. Yəni, əlində olan aktivlərin problemli kreditlər portfelinə yığılmasına səbəb olur”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Faizlər kredit Razi Abbasbəyli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Aprel 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri