Icma.az
close
up
RU
Faktlar olmasa, İmamoğluna qarşı addım atılmazdı Azərbaycan PARTİYALARI

Faktlar olmasa, İmamoğluna qarşı addım atılmazdı Azərbaycan PARTİYALARI

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin İstanbul şəhərinin meri Əkrəm İmamoğlunun polis tərəfindən saxlanılması ölkə gündəmini zəbt edib. Ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının(CHP) əsas nümayəndələrindən olan İmamoğlu haqda prokurorluq tərəfindən ciddi ittihamlar irəli sürülüb. 

İstanbul Baş Prokurorluğunun yaydığı məlumatda İmamoğlu və bir qrup şəxs cinayətkar təşkilatın rəhbəri olmaq, cinayətkar təşkilata üzv olmaq, qəsb etmə, rüşvətxorluq, dələduzluq, qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi, tenderin saxtalaşdırılması kimi cinaətlərdə ittiham olunub.

Əkrəm İmamoğlunun saxlanılması Azərbaycan gündəminə də təsir edib. Onlayn media və sosial şəbəkələr bu mövzuda müzakirələr açıb.

Modern.az hadisə ilə bağlı bir sıra siyasi partiyaların rəyini öyrənib.

Saytımıza açıqlamasında Azərbaycan  Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, Türkiyədə siyasi pərdə arxasında gizlənməyə cəhd edən həddindən artıq cinayətkar, separatçı qruplar var:

"Vaxtilə İstanbul Bələdiyyəsinin sədri olan Rəcəb Tayyib Ərdoğan da həbs olunmuşdu. Türkiyədə kimin hansı vəzifədə olması hüquqi təqibdən kənarda qalmasına xidmət etmir. İstənilən adam haqda hüquq-mühafizə orqanları lazım olan tədbirləri görürlər. Onun həbs olunması ilə bağlı iddiamnaməni oxudum, həddindən artıq ciddi ittihamlar irəli sürüblər. Özlərinin yaxın qohumları, dostları şirkətlər yaradıblar, həmin şirkətlər vasitəsilə İstanbul bələdiyyəsinin ayırdığı maliyyəni ailələrinə, şəxsi xərclərinə yönəldiblər. Eləcə də PKK-nin aktivistlərini bələdiyyələrə yerləşdiriblər. Onlara maliyyə yardımı ediblər. Türkiyə qanunlarına görə çox ağır cinayət əməllərinə yol veriblər. Türkiyədə siyasi pərdə arxasında gizlənməyə cəhd edən həddindən artıq cinayətkar, separatçı qruplar var. Belə adamlar siyasətçi donu geyinib o pərdə altında bu cür cinayət əməlləri törədirlər. Heç kəs türkiyənin hüquq-mühafizə orqanlarının qəbul etdiyi qərarları şübhə altına ala bilməz. Çünki Türkiyə hüquq-mühafizə orqanları hakimiyyətdə olanlara qarşı da eyni qanunu tətbiq edirlər. Bunu tamamilə düzgün addım hesab edirəm. Kimin hansı vəzifəni tutmasından asılı olmayaraq, beynəlxalq hüquqa görə qanun qarşısında hər kəs bərabərdir".

S.Cəlaloğlu vurğulayıb ki, hər bir adama qanun qarşısında törətdiyi əməllərə görə cəza verilməlidir:

"Dəfələrlə, Rəcəb Tayyib Ərdoğana qarşı da rüşvət, korrupsiya kimi ittihamlar irəli sürülüb, amma bütün hallarda Ərdoğan məhkəməyə müraciət edərək özünün doğrudan da günahsız olduğunu, ona böhtan atıldığını sübuta yetirib. İmamoğlu ona qarşı irəli sürülən ciddi ittihamlardan məhkəmə qarşısında yaxasını qurtarmaq əvəzinə məsələni siyasi müstəviyə gətirir. Bunun siyasi təqib kimi dəyərləndirilməsinə çalışır. Sənə qarşı ittihamlar irəli sürülübsə, imkanın var ki, məhkəmə qaydasında özünü təmizə çıxarasan. İmamoğlu isə məsələni siyasi müstəvidə, ictimai rəylə oynamaqla həll etməyə cəhd etdi. Amma hüquq-mühafizə orqanları onun bu cəhdinə o qədər də imkan vermədilər. Məsələyə hüquqi müstəvidə yanaşıldı. Türkiyədə kifayət qədər hüququn aliliyi qorunur. Özünümüdafiə institutları kifayət qədər güclüdür. Ədalətli məhkəmə sistemi var. Heç kim deyə bilməz ki, keçmiş SSRİ respublikalarında olduğu kimi kimisə qeyri-qanuni,necə gəldi ittiham edib, cəzalandıra bilərlər. İmamoğlunun özünümüdafiə etmək üçün geniş imkanları var. Hüququn aliliyinə görə hamı bu qərara hörmətlə yanaşmalıdır.Təbii ki, İmamoğlunun özünü müdafiəsi üçün lazımi şərait yaradılmalıdır. CHP ana müxalifət partiyasıdır. Onun imkanları var ki, üzvünə qarşı hər hansı qeyri-qanuni addım atılırsa, bunun qarşısını alsın. Heç bir təzyiq etmədən, İmamoğlunun özünü müdafiə etməsi, irəli sürülən ittihamları hüquqi yolla dəf etməsi ən yaxşı yoldur. Bunu bacarmasa, deməli günahkardır, cəzasını almalıdır. Türkiyədə toxunulmaz heç kəs yoxdur".

Ağ Partiya sədri Tural Abbaslı da vurğulayıb ki, Türkiyədə mövcud olan prokurorluq, məhkəmə sisteminin müstəqilliyinə heç kəs şübhə edə bilməz:

"Bir çox hallarda görürük ki,açıq-aşkar iqtidara qarşı çıxan insanlar çox sərbəst şəkildə yaşayır, fəaliyyətlərini davam etdirirlər. Uydurma məlumatlarla, ittihamlarla bu şəxslər nə həbs olunur, nə də onların barələrində cinayət işi açılır. Hətta barələrində açılmış cinayət işlərinə baxmayaraq, yenə azad gəzir, siyasətlə məşğul olur, kəskin tənqidi çıxışlar edirlər. Bir çox hallarda məhkəmələr tərəfindən azad olunurlar. Düşünürəm ki, Ərdoğan iqtidarı əsas olmadığı halda İmamoğlu kimi siyasi fiqura qarşı əməliyyat etməzdi. Çünki belə əməliyyatların iki başı var. Yəni sən əsas rəqiblərdən olan İmamoğlunu qanunsuz olaraq həbs etdirirsənsə, bunun geridönüşü olacaq. Türkiyə cəmiyyəti haqsızlıq gördüyü zaman  əzilmişin, məzlumun yanında olur. Beləliklə də, həmin şəxs daha da güclənir. Zamanında Ərdoğanın özünə qarşı haqsızlıq olmuş, o həbs edilmişdi. Ondan sonra daha da güclənmişidi. Ərdoğan və komandası bunu bildiyi üçün inanmıram ki, uydurma, fakta əsaslanmayan ittihamlar irəli sürüb, İmamoğlu kimi siyasi fiquru həbs etdirsin. İmamoğlu özünün əvvəlki fəaliyyətlərindən məlumatlı olduğu üçün bir çox hallarda siyasi kimliyini önə çəkirdi. Bələdiyyə sədri olaraq, birbaşa prezidentə xitab edir, ona rəqib olacağını bildirirdi. Seçkilərə 3 il vaxt qalmasına baxmayaraq, artıq prezident seçkiləri kampaniyalarına başlamışdı. Əsassız ittiham irəli sürüldüyünə inanmıram. Çünki bu həm də beynəlxalq aləmdə türk iqtidarına qarşı düşüncələri dəyişəcəkdir. Faktlar olmasa, İmamoğluna qarşı addım atılmazdı. İmamoğlu iki dəfə İstanbul bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasına qalib gəlib. Seçkiyə görə olsaydı, bu adamlar elə o zaman aılardı və İmamoğlu ləkələnib, həbs olunardılar. Türkiyənin ədalət və məhkəmə sisteminin olduğuna inanıram. Təbii ki, iqtidar üçün ağır proses olacaq. Çünki həbs olunan şəxs ana müxalifət partiyasının əsas prezidentliyə namizədi adlandırdığı fiqurdur. Ərdoğan dünya səviyyəli siyasətçidir, emosional davranaraq və ya qorxduğu üçün belə addım atmaz".

Azərbaycan Xalq Partiyası sədri Pənah Hüseynli isə hüquqi araşdırmalar davam etdiyi üçün hadisəyə rəy bildirməyi etik hesab etmədiyini vurğulayıb.

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə baş verən hadisəni belə şərh edib: “İlk növbədə bu hadisə təbii ki, Türkiyənin demokratik imicinə zərər vuracaq. Özünə qarşı Avropa və ABŞ-nin əlinə ciddi arqument verəcək. Türkiyə qonşularında müəyyən suallar doğuracaq və tərəddüdlər yaradacaq. İmamoğlunun gələcəkdə Türkiyənin prezidentliyinə gedən yolu daha da açılacaq, ictimai rəydə reytinqi yüksələcək. Təbii ki, bu qarşıdurmada bacarıq və təsir faktoru nəzərə alınmaqla. Həmçinin CHP-nin reytinqi artacaq, təsir gücü çoxalacaq. Ətrafında müxalifətin koalisiyasını formalşadırmaq şansı yaranacaq. Türkiyədə siyasi barışmazlıq artacaq, cəmiyyətdə bölünmə dərinləşəcək.

Mütəllim Rəhimov onu da qeyd edib ki, Ekrem İmamoğlunun həbsi ölkədə siyasi gərginlik, həmçinin onsuz da ağır olan iqtisadi həyata mənfi təsir göstərəcək: “CHP ictimai rəyi ələ ala bilsə kütləvi müqavimət hərəkatı təşkil edəcək. Bu da İmamoğlunun tezliklə azadlığa qovuşması ilə nəticələnəcək.

Bundan sonra CHP AKP-ni növbədənkənar prezident və ya parlament seçkilərinə getməyə məcbur edən siyasət aparacaq. CHP rəhbərliyi iqtidarla separat danışıqlara gedəcəksə, İmamoğlu faktoru unutdurulacaq. Tərəflər məqsədli şəkildə alovlanmaqda olan emosiyaların üstünə "su səpəcəklər". Prezident Ərdoğan məsələyə müdaxilə edəcək və qısa müddətdə İmamoğlu azadlığa buraxılacaq”.

Sonda bunu da qeyd etmək lazımdır ki, İmamoğlunun həbsinə Ərdoğan təsadüfən qərar verə bilməz. Görünür, qarşıdakı hər bir çətin məqam üçün bir "B" planı fikirləşib deyə o qeyd edib.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev söyləyib ki, məhkəmənin həqiqəti üzə çıxaracağına inandığını bildirib: "İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saaxlanılması Türkiyənin özündə də çox diqqətlə izlənilir. Böyük marağa səbəb olub. İndidən bununla bağlı hər hansı fikir söyləməyimiz doğru olmazdı. Çünki gedən proseslərin mahiyyətinə tam varılmayıb. türkiyə Dövlət baxçalının təbiri ilə desək, unitar demokratik ölkədir. orada məhkəmə də müstəqildir. hesab edirəm ki, məhkəmədə bütün məsələlər üzə çıxacaq. Müxtəlif iddialar, müəyyən məsələlərlə bağlı ciddi ittihamlar ortaya ortaya qoyulub.  Bizim istədiyimiz odur ki, bu məsələlər ədalətli sürətdə öz həllini tapsın. Buna təbii ki, müxtəlif yöndən yanaşacaqlar. Türkiyə bizim qarda ölkəmizdir. Qardaş ölkədə baş verənləri də biz istəyirik ki, qanunauyğun, hüquqa uyğun sürətdə həll olunsun.İnanıram ki, məhkəmə həqiqəti üzə çıxaracaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neft Daşları”nda kran dənizə düşdü maşinist öldü

18 Mart 2025 21:16see655

Qərbi Azərbaycan Xronikası: Ermənilərin istinad etdiyi Andonyanın sənədləri saxtadır

18 Mart 2025 01:12see136

İnter Mayami liderliyə qalxıb

18 Mart 2025 00:16see133

Konor Makqreqor ailəsi ilə birgə Ağ Evdə FOTOLAR

18 Mart 2025 06:03see126

ABŞ husilərə şərt qoydu

18 Mart 2025 01:49see124

Kişilər evlənəndə niyə kökəlir?

18 Mart 2025 06:20see122

İsrailin Qəzzaya hava zərbələri: Həlak olan fələstinlilərin sayı artıb

18 Mart 2025 07:08see122

Antarktidada dəhşət Alim yırtıcı ya çevrildi!

17 Mart 2025 21:59see121

ABŞ dan dəhşətli fırtına: azı 40 nəfər ölüb

18 Mart 2025 00:33see120

Amerikalılar Trampın bu qərarlarını dəstəkləyirlər

18 Mart 2025 05:30see119

Ramazanda dondurma yeyin

18 Mart 2025 04:00see117

Rozmarinin qorxulu xəstəliyə qarşı FAYDASI

18 Mart 2025 07:31see117

Yalnız qəhvə və şərabla qidalanan dünyanın ən yaşlı pişiyi

18 Mart 2025 07:03see117

Haber Global : Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır

17 Mart 2025 23:51see116

Tramp İranı hədələdi

17 Mart 2025 21:55see116

“iPhone”da yeni bir dövr “iPhone 17 Ultra” gəlir

18 Mart 2025 05:46see116

Həddindən artıq enerji içkisi içməyin təhlükələri: Türkiyəli mütəxəssis xəbərdarlıq etdi

18 Mart 2025 02:33see115

Bölgə klubundan ayrılan baş məşqçinin yeni iş yeri məlum oldu

17 Mart 2025 23:15see112

Uşağa nar vermək təhlükəsizdirmi?

18 Mart 2025 08:04see112

Pulsuz yaşamaq: Borc yığmamaq üçün ən yaxşı strategiyalar

18 Mart 2025 07:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri