Icma.az
close
up
RU
“Falçılıq və cadugərlik TikTok da baş alıb gedir XƏBƏRDARLIQ

“Falçılıq və cadugərlik TikTok da baş alıb gedir XƏBƏRDARLIQ

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illərdə sosial şəbəkələr, xüsusən TikTok, insanların ruhani maraqlarını kommersiyalaşdıran yeni platformaya çevrilib. Cadular, tilsimçilər, bəxt açan və taleyə baxan şəxslər burada özlərini reklam edərək ciddi gəlir əldə edir.
Axundovun dönəmindən bəri dəyişməyən kütlənin bir qismi, belə şəxslərə inanır, nə qədər pul xərcləyir. Bəzən ətrafımızda namaz qılan, hicab taxan şəxslər var ki, onlar da Qurani-Kərimdən istifadə edərək insanlara “kömək etdiklərini” iddia edirlər.

Bu davranış İslamın prinsiplərinə nə dərəcədə uyğundur?

Bu cür hərəkətlərin axirətdə hansı nəticələri və ya cəzaları ola bilər?

Cəmiyyətdə belə şəxslərin artmasının qarşısını almaq üçün dini maarifləndirmə hansı şəkildə həyata keçirilə bilər?

Mövzu ilə bağlı Tribunainfo.az-ın suallarını cavablayan ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, son günlər sosial şəbəkələrdə, xüsusilə TikTokda cadugərlik və falçılıq baş alıb gedir.

İlahiyyatçının sözlərinə görə, demək olar ki, belə şəxslərə qarşı nəzarət yoxdur. Onlar insanların mallarını ve pullarını haqsız yerə mənimsəyirlər. Avam və çarəsiz insanlar onların tələsinə düşürlər. Belə demək mümkünsə, sosial şəbəkələr dini və ruhani maraqların kommersiya predmeti olduğu yeni bir məkana çevrilib.

Bu məkanda savadlı və ilahiyatçı alimlərin öz düzgün maarifçilik tədbirlərini apardığını qeyd edən Ə. Həsənov deyib:

“Bu barədə mən də öz növbəmdə saytlarda, sosial şəbəkələrdə maarifçilik xarakterli yazılar və paylaşımlar edirəm. Ancaq nəticə yoxdur. İnsanları doğru hesab elədikləri yanlışlardan həqiqətə, doğruya yönləndirmək çətin problemdir. Çünki, avam insanlar daha çox falçılara və cadugərlərə aldanırlar. İnsanların psixoloji zəiflikləri, ailə problemləri, xəstəlik qorxusu, taleyə dair narahatlıqları, xoşbəxtlik axtarışı özü-özlüyündə bir bazara çevrilib. Bu bazarda “cadugər”, “tilsimçi”, “batan enerjini açan”, “bəxti bağlananları açan”, “taleyi oxuyan”, “mələklərlə danışan” kimi təqdim olunan şəxslər özlərini fövqəltəbii güc sahibi kimi göstərərək, böyük auditoriya toplayır, daha sonra pul qarşılığında insanlara təsir edir. Maraqlısı odur ki, Axundzadənin əsərlərində tənqid etdiyi cahillik bugün başqa formalarda, amma eyni mahiyyətdə davam edir”.

Bu halların dindarlar tərəfindən həyata keçirilməsindən bəhs edən ilahiyyatçı vurğulayıb:

“Daha narahatedici hal odur ki, özünü dindar hesab edən bəzi şəxslər də Qurandan ayə oxuyub bunun vasitəsilə insanlara “kömək etdiklərini” iddia edir. Halbuki bu, İslamın təməl prinsipləri ilə birbaşa ziddiyyət təşkil edir. Tövhid dini qeyri-müəyyənlik üzərində deyil, aydın dəlil, elm və sağlam düşüncə üzərində dayanır.
İslam dini nöqteyi nəzərindən baxanda Quranda buyurulur: “Qeybi bilən yalnız Allahdır.”
(Nəml, 65)
Bu ayə açıq şəkildə bildirir ki, qeybi bilmək iddiası, yəni taleyə baxmaq, gələcəyi söyləmək, insanın qarşısında nə olacağını demək, insanın səlahiyyətində deyil. Kim bunu etdiyini iddia edirsə, Allahın sifətini mənimsəməyə çalışır. Yəni, həm Allahı aldadır, çünki özünün aldanmış olduğunun fərqində deyil, həm də bəlkə də özünün də yalançı olduğunu bildiyi halda belə dələduzluq edərək insanların mallarını və pullarını mənimsəyir.
Allah təala başqa bir ayədə belə buyurur: “Sehrbaz hara getsə, nicat tapmaz.”
(Taha, 69)
Bu ayə sehirbazlığın mahiyyətcə haqsız, batil və uydurma bir iş olduğunu göstərir.
Peyğəmbər (s) isə falçıya müraciət etməyin nə qədər ağır nəticələri olduğunu xəbərdar edərək buyurub: “Kim kahinə (falçıya) gedib onun dediklərini təsdiq etsə, Muhəmmədə nazil olanı inkar etmiş olur.”
(Tirmizi)
Başqa bir hədisdə deyilir: “Kim falçıya gedərsə, 40 gün onun namazının savabı yazılmaz.”
(Müslim)
Bu ifadə bir insanın ibadət həyatına nə qədər ağır zərbə vurduğunu göstərir. Əslində, məsələ sadəcə bir günahdan ibarət deyil, məsələnin kökü tövhidə gedib çıxır. İnsan qeybi bilmək səlahiyyətini Allahdan alıb bir falçının ayağına qoyursa, bu artıq iman sisteminin özünü dağıdır.
Bəzi şəxslər isə Qurandan ayələr oxuyaraq “dua edirəm, qoruyuram, yol açıram” deyir. Quranla sehir, tilsim yaratmaq iddiası dini deyil, bu, Qurandan sui-istifadədir. Quran yalnız dua və ibadət mənbəyidir, maarif və hidayət kitabıdır. Onu “cadugərlik aləti” kimi təqdim etmək ən böyük hörmətsizlikdir.
Peyğəmbərin (s) bu mövzuda çox sərt xəbərdarlıqları var. Bir hədisdə buyurur: “Kim bizə oxşamayan əməl işləsə, o əməl rədd olunmuşdur.”
(Buxari, Müslim)
Peyğəmbərin (s) öz həyatında bir dəfə belə taleyə baxmaq, tilsim düzəltmək, bəxt açmaq kimi əməl yoxdur. Əksinə, bu kimi inancları kökündən ləğv edib. Mədinədə kahinlər, cadu edənlər dəyişməz bir sistem kimi mövcud idi. Peyğəmbər (s) onların tamamını batil elan etmiş və müsəlman cəmiyyətini bu təsirdən tamamilə uzaqlaşdırmışdır.
Axirətdə cəza məsələsi isə həm fərdi, həm ictimai xarakter daşıyır. Birincisi, belə fəaliyyətlə məşğul olan insan tövbə etmədikcə, ağır məsuliyyət altındadır. O həm tövhidə xəyanət edir, həm də insanların malını aldadaraq mənimsəyir. İkincisi, aldatığı insanların psixoloji zərəri, maddi itkisi, həyatlarının məhv olması – bunların hamısının əziyyəti də onun üstünə yazılır. Üçüncüsü, cadu və falçılıq sayəsində başqalarının ailəsini dağıtmaq, evliliyə mane olmaq, insanları qorxuya salmaq kimi nəticələr də ayrıca günahdır.
Bunların hər biri axirətdə ayrı-ayrı hesablanır. Günümüzün reallığı odur ki, sosial şəbəkə sürətlə dəyişir, yeni platformalar hər gün yeni “ruhani xidmətlər” təqdim edir”.

Bunun qarşısını yalnız maarifləndirmə yolu ilə alına biləcəyindən bəhs edən ilahiyyatçı deyib:

“Bunun qarşısınl ənənəvi yolla deyil, zamanın ruhuna uyğun maarifləndirmə ilə aparmaq lazımdır.
Belə ki, cəmiyyətə elm və dini bilik birlikdə təqdim olunmalıdır. İnsanlara qeybi bilməyin yalnız Allaha məxsus olması təkcə ayə ilə deyil, həm də məntiqi sübutlarla izah edilməlidir. Din alimləri sosial şəbəkələrdə aktiv olmalıdır, çünki gənclər informasiya üçün daha çox ora müraciət edir. Cəmiyyətdə dini savadsızlığı aradan qaldırmaq üçün həm klassik mənbələrin, həm də müasir yanaşmaların dili ilə danışılmalıdır. Psixoloji dəstək, ailə məsləhətçiliyi, sosial problemlərin izahı da dini maarifçiliyin tərkibində olmalıdır. Çünki insanların falçıya getmə səbəbi çox vaxt inanclıqdan çox psixoloji boşluqdan qaynaqlanır. Əgər biz Allahın dinini insanlara doğru tanıtsaq, falçıya ehtiyac qalmaz. Çünki Quranın dediyi kimi: “Haqq gəldikdə batil yox olub gedər.”
(İsra, 81)
Mən düşünürəm ki, necə ki, son günlər TikTok-da əxlaqsızlığı təbliğ edənlərə qarşı təhlükəsizlik tədbirləri görülürsə, falçılıqla və cadugərliklə məşğul olanlara qarşı da o formada təhlükəsizlik tədbirləri həyata kedrilməlidir. Digər tərəfdən onsuz da maarifçilik tədbiləri TikTok-da geninə-boluna təqdim olunur. Həm atesit-dindar müzakirələri gedir, həm də belə hallar olur. Yenə də maarifçilik məsələsini daha çox artırmaq lazımdır. Xüsusilə hüquq mühafizə orqanları əhaliyə çağırışlar edərək, belə əməllərdən çəkindirməlidirlər”.

Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Noyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri