Icma.az
close
up
RU
Sosial şəbəkələrdə falçılıq baş alıb gedir Çıxış yolu

Sosial şəbəkələrdə falçılıq baş alıb gedir Çıxış yolu

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vəkil deyir ki, qanunvericilikdə dəyişiklik edilməlidir

Son illərdə sosial şəbəkələr, xüsusən TikTok insanların ruhani maraqlarını kommersiyalaşdıran yeni platformaya çevrilib. Cadular, tilsimçilər, bəxt açan və taleyə baxan şəxslər burada özlərini reklam edərək ciddi gəlir əldə edir. Axundovun dönəmindən bəri dəyişməyən kütlənin bir qismi belə şəxslərə inanır, pul xərcləyir.

Psixoloqlar deyir ki, insanların falçılara üz tutmasının əsas səbəblərindən biri qorxu və çıxışsızlıq hissidir. Zahirən imkanlı görünən insanlar da zaman-zaman şəxsi həyatlarında yaşadıqları gərginliklərə görə rasional düşüncədən uzaqlaşa bilir, “son ümid yeri” kimi baxıcılara müraciət edirlər. Və təəssüf ki, bu anda qarşılarına çıxan “peşəkar dələduzlar” onların bu zəif anından istifadə edirlər.

Qanunvericiliyə görə, baxıcılıq və falçılıq kimi fəaliyyətlər birbaşa qadağan olunmasa da, bu fəaliyyət adı altında törədilən dələduzluqlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılır. Problem ondadır ki, bu kimi hallar çox zaman sübuta yetirilə bilmir. İnsanlar ya utandıqlarından, ya da hüquqi nəticələrdən qorxaraq şikayətçi olmaqdan çəkinirlər.

Bundan başqa, Azərbaycanda bu sahədə konkret lisenziyalaşdırma və ya tənzimləmə mexanizmi yoxdur. Nəticədə “falçı”, “duaçı”, “enerji müalicəsi” adı ilə fəaliyyət göstərənlərin böyük əksəriyyəti nəzarətsiz fəaliyyət göstərir. Falçılara müraciət edilən məsələlər, demək olar ki, eynidir - “yoldaşımı evə bağla”, “evimizin ruzisini artır”, “qayınanamı bizdən uzaq sal” və s.

Hətta iş o yerə gəlib ki, vəzifə üçün yolunu falçı və cadugərlərin evinə salanlar da olur. Falçıların özünəməxsus tarifləri var. Misal üçün, sosial şəbəkələrdəki gizli elanlardan aydın olur ki, bəxt açmaq 10, yol açmaq 5, dua edib, cadu təmizləmək 10-20 manat arasında dəyişir . Hətta falçılığı özünə peşə seçənlər bəzən misal kimi Vanqanı, Nostradamusu göstərir.

Bu davranış İslamın prinsiplərinə nə dərəcədə uyğundur? Cəmiyyətdə belə şəxslərin artmasının qarşısını almaq üçün dini maarifləndirmə hansı şəkildə həyata keçirilə bilər? Ümumiyyətlə, sosial şəbəkələrdə falçılıqla məşğul olmaq hansı cinayət məsuliyyəti yaradır?


Vəkil Ramil Süleymanov “Yeni Müsavat”a deyib ki, belə şəxslər yalnız sadaladığınız məbləğlərdə deyil, daha iri məbləğlərlə xidmətlər göstərirlər: “Nəticə etibarilə insanların pullarını əldə edirlər. İnsanlar əksər hallarda bunu cahillik adlandırırlar, amma özləri işbazların qurbanına çevrilirlər. Falçılıqla məşğul olmaq konkret Cinayət Məcəlləsində təsbit olunmadığı üçün sanksiyalaşdırılmış əməl hesab olunmur. Amma adamların etibarından sui-istifadə etməklə, onların vəziyyətlərini dırnaqarası nəzərə almaqla, sanki onlara çarə tapırmışlar kimi onların əllərindən vəsaitlərini alır, bəzən əmlakını mənimsəyir və bunu onlara xidmət etmək kimi qələmə verirlər. Guya "mənəvi bağlarla" hərəkət edirlər. İstintaq da bu məsələnin qarşısında aciz qalır. İnsanlara yardım etməyən, amma onların pulunu ələ keçirənlər mənə görə dələduzdurlar. Qanunvericiliyə bununla bağlı müvafiq düzəlişlər olunmalıdır. Sırf dələduzluq etməklə insanların pulunu ələ keçirənlər cəzalandırılmalıdır".

Vəkil bildirib ki, bunlar qanunvericilikdə insanların vəsaitini, əmlakını ələ keçirmək kimi dəyərləndirilməlidir: “Bəziləri var, falçıların "ağıllıları" vergi qeydiyyatından keçməklə vergi ödəyicisi də olublar. Soruşanda ki, siz hansı adla qeydiyyatdan keçirsiniz, cavabında deyirlər ki, astroloq kimi. Halbuki adamın ulduzlarla filan heç bir əlaqəsi yoxdur. Falçılıq fəaliyyəti rəsmi yoxdur deyə, astroloq kimi qeydiyyata düşürlər. Yəni bu məsələnin monitorinqini etmək belə mümkünsüzdür".


İlahiyyatçı Fərid Abdulla mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Əgər Allah sənə (sınamaq üçün və ya günahın kəffarəsi olaraq) bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir vermək istəsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, bağışlayandır, rəhimlidir. (Yunus, 107). Problemə düşmüsən? Get, dizini at yerə, dua et. İstədiyin duanı, istədiyin dildə de. Elə bir dua yoxdur ki, Allah desin, bunu oxusan qəbul edərəm, bunu oxumasan yox. Bu həyat sınaqla doludur. İmam Hüseynin başına gələnlərə baxın. Ona cadumu olunmuşdu? İmam Hüseyn Yezid və başqaları üçün, başqaları da onun üçün sınaq və imtahan idi. Cadu xəstəlik kimidir. İradəsi güclü olana heç nə təsir etməz. Zəif olana hər şey təsir edər. Allahdan başqa güc, qüdrət sahibi yoxdur. Hətta peyğəmbərlər belə xəstələniblər, işləri düz gəlməyib və sair.

Lakin insanlar bu acı reallığı yox, xüsusi qeybi, əfsanəvi, qeyri-adi şeyləri dinlə assosiasiya edirlər. Zənn edirlər ki, din mavəradır. Həm də mavəradır (pərdə arxasında olanlar). Lakin bu, bizim öhdəliyimiz deyil".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Noyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri