Icma.az
close
up
RU
Falçının sözü ilə bu cür cinayəti törətdiyini demək məsuliyyətdən yayınmaq cəhdidir Psixoloq

Falçının sözü ilə bu cür cinayəti törətdiyini demək məsuliyyətdən yayınmaq cəhdidir Psixoloq

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Bakıda 44 yaşlı ata doğma qızına qarşı seksual xarakterli hərəkətlər edib. Məlumata görə, 2007-ci il təvəllüdlü qız son 3 il ərzində mütəmadi olaraq bu cür zorakılığa məruz qalıb.

"Müsavat" xəbər verir ki, ata özünü təqsirli bilməyib.

Deyib ki, qızını ona qarşı ifadə verməyə anası və əmisi məcbur edib.

Qasım (ad şərtidir) bildirib ki, qızı başqa oğlanlarla danışıb və erkən yaşda evlənmək istəyib. Buna görə qızını iki dəfə döyüb. Onun sözlərinə görə, qızı həmçinin bunun qisasını ondan alıb.

Məhkəmədə zərərçəkmiş kimi dindirilən qız deyib ki, atası dəfələrlə onu öpmək, ona toxunmaq istəyib. Lakin müqavimət göstərərək buna imkan verməyib.

“Atam bir dəfə mənə dedi ki, falçıya gedib. Guya falçı atama deyib ki, ailəmizin üstündə qara buludlar var. Həmin qara buludların dağılması üçün guya atam məni öpməli, qucaqlamalı imiş”, - deyə zərərçəkmiş qız ifadəsində göstərib.

Qızın sözlərinə görə, bir gün televiziyada atanın övladına qarşı zorakılıq etməsi barədə xəbər izləyib:

“Qız atasını gizli videoya çəkib polisə şikayət etmişdi. Mən də atamın səsini yazıb ondan şikayət etdim”.

Zərərçəkmiş qız əlavə edib ki, iki dəfə ona elçi gəliblər. Lakin ərə getməyə razılaşmayıb.

Məhkəmə atanın qızına qarşı seksual xarakterli hərəkətlər etməsini etiraf etdiyi səs yazılarını da sübut kimi araşdırıb. Həmin səs yazılarında ata qızına falçının istəyi ilə münasibətdə olmalarının vacib olduğunu deyir.

Qızına qarşı seksual xarakterli hərəkətlər edən şəxs məhkəmənin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.


Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, bu cür hadisələr sadəcə hüquqi deyil, psixoloji baxımdan da çox ağır və sarsıdıcıdır:


“Bir valideynin, xüsusilə də ailənin dayağı hesab edilən bir fiqurun  öz övladına qarşı belə bir davranış sərgiləməsi təkcə cinayət deyil, həm də ailə institutuna, insanlığa qarşı bir vəhşilikdir. Bu cür şəxslər çox zaman dərin psixoloji pozuntular yaşayan, empati hissi olmayan, vicdan və dəyərlərdən uzaq, öz istəklərinin və xəstə təxəyyüllərinin əsirinə çevrilmiş insanlardır. Burada biz artıq təkcə bir şəxsin yox, cəmiyyətin bəzi təbəqələrində geniş yayılmış xurafatın, düşüncə pozuntularının nəticəsini görürük. Falçının sözü ilə bu cür cinayəti törətdiyini demək, həm hüquqi, həm psixoloji baxımdan məsuliyyətdən yayınmaq cəhdidir. Amma bu, heç bir halda davranışın ağılasığan izahı ola bilməz. Sağlam düşüncəyə sahib olan bir insan heç vaxt bu cür azğın bir əməli “kənardan deyilmiş” bir sözə əsasən etməz. Bu, ya ruhi pozuntuya işarədir, ya da təqsirdən yayınmaq üçün qurulmuş cılız bir yalandır. Əsas səbəblərdən biri cəmiyyətdə psixoloji sağlamlığın zəifləməsi, travmaların ötürülməsi, maarifləndirmənin kifayət qədər aparılmamasıdır. Həmçinin cinsi tərbiyənin ailələrdə və məktəblərdə tabu sayılması, uşaq hüquqlarının qorunmaması, zərərçəkmiş uşaqların susmağa məcbur edilməsi və ya inandırılmaması da bu cür cinayətlərin illərlə davam etməsinə səbəb ola bilər”.


Psixoloqun sözlərinə görə bu kimi halların qarşısını almaq üçün bir neçə istiqamətdə ciddi işlər görülməlidir:

"Uşaqlara öz bədənlərini tanımaq və qorumaq haqqında yaşlarına uyğun psixoloji və hüquqi məlumatlar verilməlidir. Həmçinin ailədaxili münasibətlərdə təhlükə siqnallarını oxuya biləcək müəllimlər, psixoloqlar və sosial işçilər hazırlamaq vacibdir. Digər tərəfdən valideynlərin psixoloji vəziyyəti, uşaqla münasibətləri və ailədaxili mühit vaxtaşırı qiymətləndirilməlidir. Və nəhayət, uşaqların səsi eşidilməlidir. Onlar şübhə doğuran davranışları danışa biləcəkləri, qorunacaqlarına inanacaqları mühitə sahib olmalıdır.

Bu hadisə bir ailənin faciəsi deyil, bütöv cəmiyyətin sarsıntısıdır. Biz belə hadisələrə susmamalıyıq. Hər birimiz uşaqları qorumaq, təhlükəyə məruz qalan körpə həyatlara səs olmaq məsuliyyətini daşıyırıq. Uşaq susursa, biz danışmalıyıq. Uşaq qorxursa, biz güclü olmalıyıq. Və unutmayaq: bir uşağın həyatını xilas etmək — bir gələcəyi xilas etməkdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Aprel 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri