Icma.az
close
up
RU
Fantastik “analiz qiymətləri”, yersiz yoxlamalar... Özbəklər AQTA dan nə öyrənəcək?

Fantastik “analiz qiymətləri”, yersiz yoxlamalar... Özbəklər AQTA dan nə öyrənəcək?

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Azərbaycanda səfərdə olan Özbəkistanın nümayəndə heyəti ilə görüş keçirilib. Rəsmi məlumatda deyilir ki, “səfərin məqsədi qida təhlükəsizliyi sahəsində Azərbaycanın qabaqcıl təcrübəsini öyrənmək və bu sahədə əməkdaşlığı genişləndirməkdir”.

Həmçinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) də Özbəkistanın nümayəndə heyəti ilə də görüş olub. Rəsmi məlumatda daha sonra qeyd olunur ki, “qonaqlara qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın müasirləşdirilməsi və bu sahədə qazanılan uğurlar barədə məlumat verilib”.

Maraqlıdır, görəsən AQTA rəhbərliyi Özbəkistandan olan qonaqlara özünün sahibkarlarla “qabaqcıl iş təcrübəsi” barədə də məlumat veribmi? Yerli-yersiz yoxlamalar, qanunsuz vəsait tələb olunması, sahibkarların incidilməsi və s. bu kimi “uğurlar”dan danışılıbmı? Ümid edək ki, “təcrübə” və “uğurlar” barədə danışarkən özbək qonaqlara bu sahədəki monopolist mövqeyindən istifadə edərək, əvvəlcə real əsas oldu-olmadı, sahibkarları laboratoriyaya “dürtməyi”, sonra da laboratoriya analizlərinə fantastik baha qiymətlər qoymağı öyrətməyiblər. Qonaqlar Azərbaycan mətbuatına gözucu nəzər salsalar, sahibkarların AQTA-nın özbaşınalıqları, qanunsuzluqları, əsassız yoxlamaları, “analizlər” adı altında sahibkarları “soyması” barədə saysız-hesabsız şikayətlərə rast gələrlər.

Bilmirik, Özbəkistanda da müvafiq qurumun başında duran şəxs Azərabycandakı kimi ölkənin olduqca varlı adamlarından biridir, ya yox. Ancaq onu deyə bilərik ki, özbək qonaqlara bizim AQTA-nın “qabaqcıl təcrübəsindən” istifadə edərkən daha insaflı və vicdanlı omağı tövsiyə etməkdə fayda var...

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Avqust 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri