Fariz Rzayev: Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən ilk dəmir yolunu inşa edirik
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya regionunu Türkiyə və Avropa ilə birləşdirən ilk dəmir yolunu inşa edirik".
Oxu.Az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Fariz Rzayev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.
O qeyd edib ki, əvvəllər region geosiyasi, iqtisadi və ən əsası - nəqliyyat və bağlantı baxımından sözün əsl mənasında bağlı idi:
"Nə dəhlizlər, nə yeni boru kəmərləri, nə də dəmir yolları var idi. 1990-cı illərin əvvəllərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan bir sıra strateji qərarlar qəbul edərək, Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya regionunu beynəlxalq əməkdaşlıq və iqtisadi fəaliyyətə açıq edib".
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 22 Sentyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















