Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Fars körfəzi üzərində hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxan bir sıra beynəlxalq reyslər planlaşdırılmış təyinat məntəqələrinə enə bilməyib və təhlükəsizlik məqsədilə alternativ hava limanlarına yönləndirilib.
APA xəbər verir ki, bu haqda Azərbaycanın beynəlxalq hava limanlarının mətbuat xidməti məlumat verib.
“Qatar Airways” aviaşirkətinin Bakı–Doha və “Kuwait Airways”in Bakı–Küveyt reysləri Səudiyyə Ərəbistanının Ciddə Beynəlxalq Hava Limanında, “Wizz Air Abu Dhabi” aviaşirkətinin Bakı–Əbu Dabi reysi isə Mədinə Beynəlxalq Hava Limanında eniş edib.
Yaranmış vəziyyət beynəlxalq aviasiya təhlükəsizliyi protokolları çərçivəsində operativ şəkildə qiymətləndirilib və sərnişinlərin, eləcə də ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər dərhal həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 24 İyun 2025 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















