Fars körfəzində qalan gəmilərin Hörmüz boğazından keçidinə start verilib
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Hörmüzdə Beynəlxalq Dəniz Təşkilatının (IMO) proqramı çərçivəsində ABŞ, İsrail və İran arasındakı münaqişə səbəbindən boğazda qalmış gəmilərin təxliyəsinə başlanılıb.
Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə təşkilatın nümayəndəsi bildirib.
IMO-nun məlumatına görə, həyata keçirilməsi bir neçə ay çəkən təşəbbüs Fars körfəzində qalmış, göyərtəsində təxminən 11 000 dənizçi olan yüzlərlə gəminin Hörmüz boğazından keçməsinə imkan verəcək.
"Gəmilər artıq bu marşrutla keçməyə başlayıb", - çərşənbə günü təşkilatın nümayəndəsi bildirib.
LSEG gəmi izləmə sisteminin məlumatlarına görə, son 12 saat ərzində Hörmüz boğazından azı üç yük gəmisi keçib.
Qeyd olunub ki, ABŞ və İran atəşkəs razılaşması əldə etdikdən sonra gəmilər limandan çıxmaq üçün iki müvəqqəti marşrutdan istifadə edə bilər: "İran sularından keçən şimal marşrutu və Oman ilə ABŞ-nin nəzarətindəki sulardan keçən cənub marşrutu.
"Təhlükəsizliyin təmin edilməsi, asayişin qorunması və ya hərbi dəniz qüvvələri ilə münaqişə vəziyyətlərinin qarşısının alınması məqsədilə gəmilərin hərəkəti istənilən an dayandırıla bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 24 İyun 2026 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















