Icma.az
close
up
RU
FARS REJİMİNİN QƏRBƏ XİDMƏT EDƏN İKİ MÜHÜM MİSSİYASI Türk düşmənçiliyi Tehrana nə vəd edir? AzPolitika onlayn siyasiictimai qəzet

FARS REJİMİNİN QƏRBƏ XİDMƏT EDƏN İKİ MÜHÜM MİSSİYASI Türk düşmənçiliyi Tehrana nə vəd edir? AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Namiq Bilal

İrandakı molla rejiminin, farslar da daxil, bütün millətlər üçün ağır yük olması hər keçən gün daha çox aydın olur. Fars hakimiyyəti dövlətin bütün sərvətlərini gələcəyi olmayan mənasız geopolitik projelərə yönəldir, ölkə əhalisinin sosial-iqtisadi durumunu fəlakətə sürükləyir. Bu, niyə baş verir? Sərvətlər nə üçün fars rejiminin boyunu aşan geopolitik oyunlara xərclənir? İlk baxışdan məntiqsiz görünən bu israfların mahiyyətini araşdırmağa çalışaq.

Farslar İran əhalisisnin 25-30 faizini təşkil edir. Bu ölkədəki türklərin sayı isə 40-45 faizdir. Paradoksal vəziyyətdir. Tarix boyu ən böyük imperiyalar qurmuş türklər, sayca daha az olan farsların yönətimi altındadır. İran adlı kürəsəl qurğunun mahiyyəti də məhz burda gizlənir. Fars hakimiyyətindəki İran bir proje dövlətidir. İranda fars hakimiyyəti, min illik türk hakimiyyətindən sonra 1925-ci ildə Qərb tərəfindən qurulub.

Osmanlı imperiyası çökdükdən və türkçülüyə söykənən Türkiyə Cümhuriyyəti yarandıqdan sonra, İranda da türk Qacar xanədanının qalması Qərbin regiondakı maraqları üçün təhlükəli hesab edildi. Böyük Orta Doğuda iki böyük türk dövlətinin olmasını əngəlləmək üçün türk Qacar hakimiyyəti devrildi, yerində fars Pəhləvi hakimiyyəti quruldu.

Məlum faktdır ki, İrandakı fars rejimi özü üçün üçün ən böyük təhlükəni türk dünyasıdan görür. Başqa sözlə, fars hakimiyyətli İran ilk başdan antitürk qalası kimi yaradılıb. Bu günümüzdə də böyük türk dünyasının birləşməsi yolundakı ən böyük əngəl fars rejimidir.

İran İslam İnqilabından sonra fars rejiminə yeni missiya verildi. Bu, məzhəb düşmənçiliyi və İran-İsrail düşmənçiliyi siyasətidir. İranın yeni missiyasının Qərb üçün əhəmiyyəti idarə olunan konfliktlər yaratmaq, dövlətləri və məzhəbləri üz-üzə qoyaraq parçalamaq, dünyanın ən zəngin regionu olan Böyük Orta Doğunu nəzrətdə saxlamaqdır.

Son dövrə qədər fars rejimi üzərinə qoyulan hər iki missiyanı, həm antitürk missiyasını, həm də məzhəb düşmənçiliyi missiyasını yerinə yetirib. Bunun müqabilində Qərb ən müxtəlif üsullarla İrandakı fars hakimiyyətinin ömrünü uzadır. Maraqlar qarşılıqlıdır.

İllər öncə ABŞ dövlət katibinin İran prezidentinə dediyi sözləri yada salaq: “Bizim dəstəyimiz olmasa bütün İran iki həftəyə türkcə danışar”.

Əsəd rejiminin devrilməsi ilə İran yüz milyardlarla dollar para xərclədiyi məzhəb düşmənçiliyi proyektini batırdı. Yəni, fars rejiminin üstləndiyi iki böyük missiyadan biri sıfırlandı. Aldığı bu böyük yenilgidən sonra rəsmi Tehranın davranışlarında ciddi dəyişiklik meydana gəlib. Həm dini lider Xamenei, həm də XİN rəhbəri Əraqçı Suriya gənclərini Türkiyənin Suriyada qurduğu yeni düzənə qarşı itaətsizliyə çağırır, Türkiyəni hədəf alırlar.

Birbaşa İran dövləti tərəfindən maliyyələşən “Press Tv” kanalı isə fars hakimiyyətinin antitürk siyasətini rəsmən elan edib. Televiziya kanalın baş direktoru Mehdi Xanəlizadə deyib: “Türkiyə kürd separatçılarına qarşı mübarizə aparır. Türkiyəni zəflətmək üçün ABŞ ilə birlikdə PKK/YPG-yə dəstək verməliyik”.

Kürd separatizmi məsələsində ABŞ ilə Türkiyəyə qarşı müttəfiq olmaq, həm də İsraillə müttəfiq olmaq deməkdir. Əslində, PKK-ya dəstək məsələsində ABŞ-İsrail-İran işbirliyi pərdə arxasında hər zaman olub. Bu gün sadəcə, pərdələr qaldırılır, rəsmi Tehran özünün antitürk siyasətinini açıq müstəviyə keçirir. “Press Tv” rəhbərinin açıqlaması ilə yanaşı, İran ayatullaları da Türkiyəyə və Azərbaycana qarşı sərt qarayaxma kampaniyaları başladıb. Kampaniyanı başladan ayatulla Amili dini lider Əli Xameneinin nümayəndəsidir.


Sual yaranır: Tehran rejimi üstüörtülü şəkildə aparmağa çalışdığı antitürk siyasətini niyə açığa çıxarır və bunu rəsmi dövlət siyasətinə çevirir? Bu addımla fars rejimi iki mühüm hədəf güdür.

Birinci hədəf Qərbə yönəlik mesaj göndərməkdir. Məzhəb düşmənçiliyi və “Şiə Hilalı” projesini batırmaqla Tehran rejimi Qərb qarşısındakı əhəmiyyətini böyük ölçüdə itirdi. Məlum məsələdir ki, Qərb üçün əhəmiyyətini itirdinsə, aldığın dəstəyini də itirəcəksən. Həmin dəstəyi tam itirməmək üçün rəsmi Tehran ikinci missiyasını qabardır və Qərbə “antitürk siyasətində qərarlıyam, türk dünyasının birləşməsini əngəlləmək üçün məndən dəstəyinizi kəsməyin siqnalını verir.

İkinci hədəf isə İranın daxilində yaşayan türklər üzərindəki basqıları artırmaqdır. Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik siyasətini pompalamaqla fars rejimi bir tərəfdən İran türkləri ilə qonşu türk dövlətləri arasında aşılmaz sədd yaratmağa çalışır, digər tərəfdən isə İranın daxilindəki türk fəallarını qorxudub susdurmağa cəhd edir.

İranın antitürk məsələsini düşmənçilik həddinə qaldırmasına baxmayaraq, Azərbaycan və Türkiyə İranla münasibətlərində təmkinli davranırlar. Amma bu təmkinlilik “heç nə etmirik” anlamına gəlmir. Türklər İranın regiondakı çox bahalı projelərini bir-bir sıradan çıxarır, İranı öz daxilinə çəkilməyə məcbur edirlər. Üstəlik, bu günlərdə Türkiyə dövlət tele-radio qurumu TRT-Farsca telekanalının fəaliyyətinə start verib. Türk təbliğatı İranın içinə açılır. Yabançı dildə telekanal açmaq xeyli bahalı işdir.

Türkiyə bu bahalı və iddialı addıma qərar verirsə, deməli qarşıda görüləsi böyük işlər var. Qorbaçovun ifadəsi ilə desək “proses başlandı” və İranın yenidən türk dövlətinə çevrilməsi və ya parçalanması prosesi qarşısıalınmaz mərhələyə qədəm qoyur. Beləliklə, aşkar antitürk düşmənçiliyinə start verməklə, rəsmi Tehran, Qərbin layihəsi olan fars rejiminin süqutunu yaxınlaşdırır, bu ölkədə türklərin yenidən hakimiyyətə sahib olması və ya müstəqil bir dövlət yaradaraq İrandan ayrılması prosesinin fitilini yandırır. 

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Yanvar 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri