Fatih Terim Qalatasaray a çempionluq mesajı göndərdi
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
''Qalatasaray''ın əfsanəvi məşqçisi Fatih Terim növbəti çempionluğu rəsmiləşdirmək üzrə olan doğma klubu haqda açıqlamalar verib.
"Football-plus.az" xəbər verir ki, dünən Acun Ilıcalı ilə yanaşı tribunada ''Hall Siti'' - ''Milluoll'' matçını izləyən ''İmperator'' qarşılaşmanın ardından türkiyəli həmkarlarımıza açıqlamalar verib.
''Cim-Bom''u başında 8 dəfə çempionluq sevinci yaşayan ünlü mütəxəssis bunları deyib:
''Qəlbim ''Qalatasaray''la bərabər olacaq. Növbəti çempionluğa çox az qalıb. Yenə həmişəki kimi cənab Dursun Özbəkə və hörmətli həmkarım Okan Buruka zəng vuraraq təbriklərimi çatdıracam. Okan klubun başında çox önəmli 3 mövsümü geridə qoyub. 4-cü mövsümü də yaşamaq və yaşatmaq üzrədi. O da, rəhbərlik də mühüm işlər görür. Mənim dönəmimdə qazandığımız ardıcıl 4 çempionluqla bağlı rekord təkrarlanmaq üzrədi. Rekordlar qırılmaq üçün var. Böyük klublar nə qədər çempion olsalar da, bununla kifayətlənmirlər. Hər dəfə yenisini istəyirlər. Daha öncə mənim başçılığım altında oynamış Okan Buruk ardıcıl 4-cü dəfə çempion olmağa yaxındı. Onun çox uğurlu məşqçi olduğunu düşünürəm və ürəkdən təbrik edirəm. ''Qalatasaray''ın bayrağı hər zaman yuxarıda və yüksəklərdə olmalıdı. Bunu hər kəs belə bilməlidi''.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 10 May 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















