Fatma Yıldırım:Qarabağda yaradılan yaşıl enerji zonası ekologiyanı mənfi təsirlərdən qorunmasına yardım edəcək Yeni Gündəm
Icma.az bildirir, Yenigundem saytına əsaslanaraq.
Qarabağda yaradılan yaşıl enerji zonası ekologiyanı mənfi təsirlərdən qorunmasına yardım edəcək. Bunu Milli Məclisin deputatı Fatma Yıldırım COP29 beynəxalq konfransı zamanı çıxışında bildirib.
“İşğaldan azad olunmuş ərazilərinin bərpasına “ağıllı şəhər” və “ağıllı kənd” yanaşmalarının tətbiqi daxildir, eləcə də “yaşıl enerji zonası”nın yaradılması ekologiyaya mənfi təsirlərin azaldılması təşəbbüslərinə birbaşa yardım edəcək”,- o bildirib.
Deputat vurğulayıb ki, Qarabağda dağıdılan ərazilər müasir texnologiyaların hesabına bərpa edilir və bunun nümunəsi olaraq Ağalı kəndini göstərmək olar.
Fatma Yıldırım Azərbaycanın yaşıl iqtisadiyyata keçid edən ölkə kimi gördüyü layihələri uğurlu qiymətləndirib.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günü keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 18 Noyabr 2024 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















