Icma.az
close
up
RU
Favoritlərə şok yaşadan tapılacaqmı?

Favoritlərə şok yaşadan tapılacaqmı?

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizon ölkə kubokunda həyəcan qaldığı yerdən davam edəcək: 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Bu çərçivədə 4 matçda şahidlik edəcəyik ki, ikisi bu gün, ikisi sabah olacaq.

"Football-plus.az" xəbər verir ki, qarşılaşmalar “CBC Sport” vasitəsilə canlı yayınlanacaq.
Bilindiyi kimi, bu mərhələdə aşağı liqa təmsilçiləri yoxdu. Yəni mübarizədə “sağ qalanlar” yalnız elita klublarıdı. Maraqlıdı ki, varlığını davam etdirən 8 komandadan üçü həm də premyer-liqada qalmaq uğrunda mübarizə aparır. Qalanlarının məqsədi isə bəllidi. Onlar kubok yarışından avrokuboklara yollanmaq üçün qısa yol kimi yararlanmaq istəyir. Bəs, söhbət hansı görüşlərdən gedir? Detallara keçid alaq.
Mərhələnin ilk matçına Sumqayıtda şahidlik edəcəyik. Şəhərin eyniadlı təmsilçisi “Zirə”ni qəbul edəcək. Bu komandaların hədəfini nəzərə alsaq, bizi gərgin oyunun gözlədiyinə şübhə yoxdu. Düzü, bu cütdə hansı komandanın daha şanslı göründüyünü demək çətindi. Çunki həm Saşa İliçin, həm də Rəşad Sadıqovun komandasının müəyyən mənada eniş yaşadığı hiss olunur. Ancaq son premyer-liqa matçında “Karvan-Yevlax”ı məğlub edən “kimyaçılar”ın düşərgəsində daha namlı ab-havanın hökm sürdüyünü iddia etmək mümkündü. Hər halda, qalib meydanda müəyyənləşəcək. Günün növbəti matçında “Sabah” “Qəbələ”ni sınağa çəkəcək. Heç şübhəsiz, Masazırda keçiriləcək oyunun favoriti meydan sahibləridi. Məğlubiyyətin dadını unudan “bayquşlar”ın sürəti azaltmaq fikri yoxdu. Bəli, “Qəbələ” də qış fasiləsindən maksimum yararlanıb, necə deyərlər, özünə gəlib. Lakin nəinki bu mərhələnin, hətta yarışın favoriti sayılan “tələbələr”ə qarşı sınaq asan ola bilməz. Odu ki, “qırmızı-qaralar” ya boyundan yuxarı tullanmalı, ya da mümkün məğlubiyyətlərin təsirindən yayınıb premyer-liqada növbəti uğurlara köklənməlidi.
Sabah keçiriləcək oyunlara gəlincə, əvvəlcə “Şamaxı” “Qarabağ”ı qəbul edəcək. Ayxan Abbasovun eniş-yoxuşlu yollardan keçən komandasının “köhlən atlar”a müqavimət göstərə bilib-bilməyəcəyi sual altındadı. Çünki ötən mövsüm kuboku əldən verən ağdamlılar bu dəfə də həmin uğursuzluqla erkən üzləşmək istəməyəcək. Özü də ortabab komandalardan biriylə oyunda...
Sonuncu oyunda Qərb derbisi izləyəcəyik. Başqa sözlə, “Turan Tovuz” Bakıda “Kəpəz”lə qarşılaşacaq. Təbii ki, ilk baxışdan premyer-liqada qalmaq uğrunda mübarizə aparan və hazırda təhlükəli zonadan çox uzaqlaşa bilməyən “sarı-göylər”in “bozqurd” qarşısında şanssız olduğunu düşünə bilərik. Ancaq məhz həmin komanda “Araz-Naxçıvan”ı mübarizədən uzaqlaşdırdığına görə ehtiyatlı danışmaqda fayda var. Hər halda, Azər Bağırov da iki turnirdə mübarizə aparmaq iqtidarında olduqlarını deyir. Belə demək mümkündüsə, Gəncə təmsilçisi “ağ bayraq qaldırmaq” barədə düşünmür.
“Qarabağ”la görüşdə xeyli güc itirən “bozqurd” sona qədər döyüşməlidi. Ölkəmizi Avropada təmsil etmək istəyən komandalar arasında gərgin rəqabət mühitinin formalaşdığını nəzərə alsaq, kubokla vidalaşmamaq vacibdi.
Bizon ölkə kuboku
1/4 final, ilk oyunlar
4 fevral
Sumqayıt – Zirə

Cəzalı: yoxdu.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 17.00.
Sabah – Qəbələ
Cəzalı: yoxdu.
Bakı, “Bank Respublika Arena”. Saat 19.30.
5 fevral
Şamaxı – Qarabağ
Cəzalı: yoxdu.
Şamaxı, şəhər stadionu. Saat 14.30.
Turan Tovuz – Kəpəz
Cəzalı: yoxdu.
Bakı, “Azərsun Arena”. Saat 19.00.
Cavab görüşləri martın 3-4-də keçiriləcək.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Fevral 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see271

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see189

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see189

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see188

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see180

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see179

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see178

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see177

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see177

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see176

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see173

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see172

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see171

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see169

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see168

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri