Icma.az
close
up
RU
Fermerlərin problemi: Ona çarə tapılacaqmı?

Fermerlərin problemi: Ona çarə tapılacaqmı?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycanda soyuducu anbarların tutumunun 500 min tona çatdırılması hədəflənir. 

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda irəli gələn vəzifələr barədə Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə bildirib.  

Onun sözlərinə görə, Azərbaycanda soyuducu anbarların da genişləndirilməsi hədəflənir: 

"Bununla bağlı göstəricilərin mövcud 400 min tondan 500 min tona çatdırılması hədəflənir. Dəstək mexanizmlərinə bu anbarlıqların alınmasına güzəşt və eyni zamanda, kreditlər, güzəştli kreditlərin ayrılması mexanizmi daxildir".

Qeyd edək ki, son ilər ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının azalmasının bir səbəbi kimi də yerli məhsulların saxlanması üçün soyuducu anbarların sayının az olması, nəticədə fermelərin məhsulu bazara  çıxara bilməməsi göstərilir. 

Soyuducu anbarların  tutumunun artırılması yerli istehsalın artmasına, idxalın azalmasına imkan yaradacaqmı? 

Məsələ ilə bağlı  Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, soyuducu anbarların ümumi tutumunun 500 min tona çatdırılması kənd təsərrüfatı məhsullarının saxlanması imkanlarını genişləndirəcək və məhsul itkilərinin azalmasına kömək edəcək: 

"Bu isə xüsusilə meyvə-tərəvəz istehsalçılarının məhsulu dərhal bazara çıxarmaq məcburiyyətini azaldaraq satış müddətini uzada bilər. Nəticədə daxili bazarda təklifin ilboyu daha sabit olması və qiymət dalğalanmalarının müəyyən qədər azalması mümkündür.

Lakin təkcə soyuducu anbarların sayının və tutumunun artırılması avtomatik olaraq yerli istehsalın əhəmiyyətli dərəcədə artmasına və ya idxalın ciddi şəkildə azalmasına zəmanət vermir. 

İstehsalın artması üçün suvarma imkanları, məhsuldarlıq, müasir texnologiyaların tətbiqi, keyfiyyətli toxum və tinglər, logistika və bazarlara çıxış kimi amillər də mühüm rol oynayır".

Ekspertin sözlərinə görə, 500 min tonluq tutum kiçik rəqəm hesab oluna bilməz və kənd təsərrüfatı məhsullarının saxlanması baxımından əhəmiyyətli göstəricidir: 

"Bununla belə, Azərbaycanın ümumi kənd təsərrüfatı istehsalı fonunda bu göstəricinin idxalı əvəzləyəcək qədər böyük təsir göstərməsi daha çox hansı məhsulların saxlanılacağından və anbarlardan nə dərəcədə səmərəli istifadə olunacağından asılı olacaq. 

Başqa sözlə, soyuducu anbarlar istehsalın artmasına şərait yaradan vacib infrastruktur elementidir, lakin onların təsiri digər dəstək mexanizmləri ilə birlikdə daha qabarıq görünəcək".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Fermerlər Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyun 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri