Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

Ukrayna düyünü: kompromis tapılacaqmı?

Ukrayna düyünü: kompromis tapılacaqmı?

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və bir gün əvvəl Rusiya ilə danışıqlar aparan prezidentin kürəkəni Cared Kuşner Ukrayna prezidenti Vladimir Zelenski ilə deyil, daha aşağı rütbəli ukraynalı danışıqlar heyəti ilə görüşməyi seçiblər. Kiyev nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov başçılıq edib.

Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.

Rusiya nəşrinin təhlilində qeyd olunur:

Donald Tramp Moskva danışıqlarını şərh edərək, bir çox tənqidçilərindən fərqli olaraq onları uğursuz hesab etmədiyini, əksinə, dialoqu davam etdirməyə hazır olduğunu bildirib. O, danışıqların çox gec başladığını vurğulayıb.

ABŞ prezidentinin fikrincə, sülh danışıqları xeyli əvvəl aparılmalı idi.

Tramp hər zaman fəaliyyətinin mediada işıqlandırılmasına diqqət yetirib. Əgər o, özünə sadiq qalırsa, Amerika mediasının Uitkoff və Kuşnerin missiyasını qiymətləndirməsi onu məyus etməli idi. Danışıqların dərhal praktiki nəticə verməməsi, xüsusən də Trampa rəğbət bəsləməyən jurnalistlər tərəfindən ABŞ prezidentinin uğursuzluğu kimi təqdim olunub.

Bununla belə, Ağ ev rəhbəri Uitkoff və Kuşnerin səfəri ilə bağlı mənfi dəyərləndirmələrlə razılaşmır. Tramp onların Putinlə danışıqlarını müsbət qiymətləndirib.

O bildirib: “Amma mən sizə bu görüşdən nə çıxacağını deyə bilmərəm, çünki tanqoya iki nəfər lazımdır”.

Amerika ingiliscəsində bu ifadə bir mənada yalnız prosesin bir tərəfdən asılı olmadığını, digər mənada isə hərəkətin uğuru və ya uğursuzluğu üçün hər kəsin məsuliyyət daşıdığını vurğulayır.

Tənqidlər təkcə Rusiya və ABŞ nümayəndələrinin danışıqlarına yönəlməyib. Təsadüfi deyil ki, Tramp gözlənilmədən fevral ayında Zelenski ilə Oval kabinetdə baş tutan yadda qalan görüşü xatırladıb və həmin görüş sonradan ictimai mübahisəyə çevrilib.

ABŞ prezidenti o vaxt demişdi ki, ukraynalı həmkarının amerikalıların təklif etdiyi sülh şərtlərinə qarşı “kartları yoxdur”. “Mən burada olanda və kartların çatışmazlığından danışanda, bu, razılaşma əldə etmək üçün ən yaxşı vaxt idi. Onlar isə bununla razılaşmamağı seçdilər. İndi isə çox şey onların əleyhinədir”.

Tramp bu dəfə də açıq şəkildə ukraynalıları nəzərdə tuturdu.

Hər halda, ABŞ prezidentinin sülhməramlı səylərini dayandırmaq niyyəti yoxdur. Tramp buna görə də Moskvanın Rusiya-Ukrayna münaqişəsinə son qoyulması ilə bağlı ideyaların müzakirəsini davam etdirmək çağırışına müsbət yanaşıb. Rusiya prezidenti Vladimir Putin də iki ölkə arasında dialoqun kəsilmədiyini bildirib:

“Hazırda düşünürəm ki, bizi konkret olaraq nəyin qane etmədiyi və nələrə razı ola biləcəyimiz barədə danışmaq tezdir, çünki bu, Vaşinqtonun əldə etdiyi iş rejimini poza bilər”.

Tramp Moskva danışıqlarını dəyərləndirərkən ABŞ-ın NATO müttəfiqlərinə toxunmayıb. Bu arada NATO ölkələri son günlər müxtəlif platformalarda Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər. Xüsusilə, NATO xarici işlər nazirlərinin görüşünün praktiki nəticəsi Ukraynaya yeni hərbi yardım paketinin təsdiqi olub. ABŞ-ın Avropadakı müttəfiqləri Uitkoff və Kuşnerin missiyasının səmərəsiz ola biləcəyindən narahatlıq ifadə etsələr də, Trampı açıq şəkildə tənqid etməkdən çəkiniblər.

Əksinə, NATO-nun baş katibi Mark Rutte ABŞ prezidentinin sülh prosesinin irəliləyişində əldə etdiyi nailiyyətlərin tanınmasının vacibliyini qeyd edib. Onun fikrincə, Ağ evin yeni administrasiyası müəyyən irəliləyişə nail olub.

Bununla belə, Almaniyanın “Spiegel” jurnalında dekabrın 4-də dərc olunan hesabat Avropa liderlərinin Trampın Rusiya və Ukrayna ilə bağlı siyasəti barədə narazılıqlarının olub-olmamasına dair suallar yaradıb.

Hesabat Floridada Uitkoff və Kuşnerlə Umerovun başçılıq etdiyi Ukrayna nümayəndə heyəti arasında baş tutan və Moskvadakı danışıqlardan əvvəl keçirilmiş konfrans zənginin stenoqramına əsaslanır.

Konfransda Rutte, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa Şurasının sədri Antonio Kosta və Ukraynanın dəstəklənməsində mühüm rol oynayan NATO üzvü olan Avropa ölkələrinin liderləri iştirak ediblər.

Görünən odur ki, stenoqramda Avropa liderləri Trampın Ukraynaya Rusiyanın tələbləri ilə uzlaşan saziş qəbul etdirmək cəhdindən ciddi narahatlıqlarını ifadə ediblər. Makron hətta Birləşmiş Ştatların ümumi Qərb maraqlarını “xəyanət etmək təhlükəsi”ndən danışıb. Lakin “Spiegel” şərh üçün Fransa prezidentinin ofisi ilə əlaqə saxladıqda, mətbuat xidməti stenoqramın ən azı həmin hissəsinin təhrif edildiyini və dövlət başçısının “xəyanət” sözünü işlətmədiyini bildirib.

Y. QACAR


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Dekabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see325

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see291

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see274

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see268

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see267

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see249

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see246

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see246

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see245

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see241

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see235

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see235

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see231

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see229

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see229

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see220

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see198

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see196

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see190

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri