Icma.az
close
up
RU
Federasiya prezidentindən Rafaelin narazılıqlarına reaksiya

Federasiya prezidentindən Rafaelin narazılıqlarına reaksiya

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti, millət vəkili Ülvi Quliyev rəhbərlik etdiyi qurumun illik hesabatından əvvəl jurnalistlər üçün brifinq keçirib.

Axar.az Prosport.az-a istinadən bildirir ki, 58 yaşlı federasiya prezidenti karateçilərimiz Rafael Ağayev və Fəridə Əliyevanın narazılıqlarına cavab verib.

“Bu barədə federasiya adından mövqe bildirilmişdi. Ancaq qısa olaraq bir neçə məqama toxunmaq istəyirəm. Media nümayəndələrindən xahişim odur ki, başlıqlarla intriqa yaratmasınlar. Hər kəs bilməlidir ki, idmanın bütün növü dövlət diqqət və qayğısı ilə əhatə olunub. Bu dəstək olmadan idmanın inkişafı mümkünsüzdür. Bunun üçün dövlət idmançıları mənzil, avtomobillə təmin edib, onlara ordenlər verilib. Həmçinin, dünya və Avropa çempionatlarında yer tutan idmançılarımız federasiya tərəfindən çox böyük məbləğdə mükafatla təmin edilib. Rafael Ağayev tək Azərbaycanda yox, dünya idmanı tarixində xüsusi imzası olan karateçimizdir. Biz onu yüksək dəyərləndiririk. Çünki onun nəticəsi, demək olar ki, dünyada nadirdir. Fəxrimizdir. Baxmayaraq ki, hazırda karate ilə məşğul olmur, biz onu keçmişdə olduğu kimi, gələcəkdə də dəyərləndirəcəyik.

Bir məqamı da qeyd edim. AKF və digər federasiyalar ictimai birlikdir. Hər ictimai birliyin büdcəsi dövlətin idman siyasətini həyata keçirən Gənclər və İdman Nazirliyinin maddi dəstəyindən və sponsordan formalaşır. Əvvəllər olsa da, hazırda AKF-in sponsoru yoxdur. Çalışırıq ki, bütün karateçilərə maddi və mənəvi dəstək verək. Karate bir ailədir. Bu dəstək olmayanda ailədən küsmək olmaz. Federasiyanın imkanları limitsiz deyil. Bəlli büdcəmiz var. Ona görə də bu məsələlər anlayışla qəbul olunmalıdır”, - o bildirib.

Ü.Quliyev may ayında Ermənistanın paytaxtı İrəvanda idman karatesi (WKF) üzrə keçiriləcək Avropa çempionatında iştirakla bağlı məsələyə də aydınlıq gətirib:

“Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır. Bunun üçün dövlət səviyyəsində qərar olmalıdır ki, biz orada təmsil olunaq. Bilirsiniz ki, sonuncu dəfə ağırlıqqaldırma üzrə Avropa çempionatında bayrağımıza qarşı hörmətsizlik edilmişdi. Ona görə də Ermənistanda iştirak edib-etməmək böyük sual altındadır. Amma ötən ilin sonunda 2025-ci il üçün yarış cədvəli nazirliyə təqdim olunub. Nazirliklə birgə məsləhət nəticəsində çalışacağıq ki, önəmli yarışlarda iştirak edək. Maddiyyatla bağlı şikayətlər hər zaman olub. İrina Zaretskaya da Azərbaycanı təmsil edir, hər zaman ona dəstək olmağa çalışmışıq. Ona dəstək də olacağıq”.

Qeyd edək ki, Rafael Ağayev bir müddət əvvəl verdiyi müsahibədə Azərbaycan Karate Federasiyasında vitse-prezident olsa da, iclaslara dəvət almadığını, vəzifəsinin formal əhəmiyyət daşıdığını bildirərək şikayətlənmişdi. Tanınmış idmanşı bu cür münasibətə görə vəzifəsindən istefa verəcəyini də bildirmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 Yanvar 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri