Federasiya rəhbərliyi milli üzvləri ilə görüşdü
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünya çempionatında iştirak edəcək yeniyetmə cüdoçu oğlanlardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.
Futbolpress.az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov, eləcə də yığmanın məşqçi heyəti iştirak edib.
Federasiya rəhbərliyi idmançılara göstərilən etimadı ifadə edərək, onların dünya çempionatında uğurlu çıxış edəcəklərinə inamını bildirib. Cüdoçulara qarşıdakı yarışla bağlı tövsiyələr verilib, tatamidə əzmkarlıq və məsuliyyət nümayiş etdirmələrinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı 20–23 avqust tarixlərində Ekvadorun Quayakil şəhərində keçiriləcək. Azərbaycan mötəbər yarışda 9 çəki dərəcəsində 14 cüdoçu (10 oğlan, 4 qız) ilə təmsil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 12 Avqust 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















