Icma.az
close
up
RU
Fələstin dövləti qurula bilər: Yaxın Şərqdə güc balansı dəyişəcək ŞƏRH

Fələstin dövləti qurula bilər: Yaxın Şərqdə güc balansı dəyişəcək ŞƏRH

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Artıq Türkiyə Suriya və Livanda böyük təsirə malikdir. İran və Rusiya sıxışdırılıb. Yeni Şərq real səhnəsində Fransa indidən yerini hazırlayır"


Fransa BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini rəsmən tanıyacaq. Bunu Fransa Prezidenti Emmanuel Makron X-də bildirib. O qeyd edib ki, bu qərarı sentyabrda BMT Baş Assambleyasında təntənəli şəkildə elan edəcək: "İndi ən vacibi Qəzzada müharibəni dərhal dayandırmaq və mülki əhaliyə yardım göstərməkdir". 

Onun sözlərinə görə, hazırda Fələstinin HƏMAS hərəkatının demilitarizasiyasını, həmçinin Qəzzanın təhlükəsizliyini və bərpasını təmin etmək lazımdır: “Nəhayət, Fələstin dövlətini qurmaq, onun həyat və qabiliyyətinə zəmanət vermək, silahsızlaşdırılmasını qəbul edərək və İsraili tam tanımaqla Yaxın Şərqin bütün xalqlarının təhlükəsizliyinə töhfə vermək imkanı vermək lazımdır”. Fransa lideri Qəzza zolağında tezliklə atəşkəs əldə olunmasının vacibliyini də vurğulayıb. İsrailin ədliyyə naziri Yariv Levin Makronun Fələstin dövlətini tanımaq qərarını Fransanın tarixi üçün “qara ləkə” və terrorizmin birbaşa dəstəyi adlandırıb. Nazirin sözlərinə görə, “İsrail torpaqları israillilərə məxsusdur” və Makronun bəyanatı bu həqiqəti dəyişə bilməz. Levin həmçinin bildirib ki, artıq İsrailin suverenliyinin Yəhudeya, Samariya və İordan çayı vadisinə də şamil edilməsinin vaxtı çatıb. Qeyd edək ki, iyulun 24-də Emmanuel Makron Fransa tərəfindən Fələstin dövlətinin rəsmi tanınmasının BMT Baş Assambleyasının sentyabr iclasında elan ediləcəyini bildirmişdi. 


Siyasi şərhçi Tural İrfan Sherg.az-a deyib ki, Fransanın müsəlman aləmində, əsasən Əlcəzairdə törətmiş olduğu tarixi soyqırımı aktları və Afrika ölkələrini hələ də istismar etməsi geniş etirazlara səbəb olur. Ekspert vurğulayıb ki, bu cür əməllər Fransanı nüfuzdan salır:


 "Şərqdə, əsasən müsəlman aləmində Quranın yandırılması, islamın və müsəlmanların təhqir olunması kimi mənfur hallara şərait yaradan bu dövlət təsir qüvvəsini itirməkdədir. İtirilmiş nüfuzunun bərpası, yeni maraqlarının təmini üçün Fələstin dövlətinin tanınması barədə addım atacağını bəyan edib. Bu, siyasi alver üçün gediş də ola bilər. Şübhəsiz ki, Fransanın öz maraqları müqabilində ABŞ və İsraili qarşısına alması ağlabatan deyil. Paris ərəb dövlətləri ilə yeni əlaqələrin qurulması və əsasən iqtisadi yöndən fayda götürməsi niyyəti ilə bu addımı ata bilər. Əlcəzair soyqırımına görə məlumdur ki, Fransa cavab verməli olacaq. Ərəb birliyi qarşısında Fələstini tanımaqla indidən özünü sığortalamaq istəyir. Hazırda İranla da Avropa üçlüyünün nüvə danışıqları gedir. Ola bilsin, İranı nüvədən imtina etdirmək üçün Fransanın bu bəyanatını əsas gətirsinlər. Çünki İran aqressiyasının əsas səbəbini Fələstinə təcavüzün davam etməsi ilə əsaslandırır".


T.İrfan bəyan edib ki, Fələstin dövlətini tanımaması ümumiyyətlə vacibdir. Amma təkcə Fransa yox, bütün dövlətlər bu addımı atmalıdır: "Əgər Fransa tanıyarsa, təbii olaraq presedent yarana və ümumiyyətlə, Fələstin dövləti qurula bilər. Amma Fransa bunu nəyin müqabilində edir, bu əsasdır. Ona da şübhə yoxdur ki, Fələstin dövləti qurulsa, tanınsa belə, İsrail onunla müharibə edəcək. Fələstin dövlətinin qurulması yalnız BMT-nin qərarlarına müvafiq şəkildə müvafiq neytral hərbi qüvvələrin bölgəyə yerləşdirilməsi ilə baş tuta bilər. Əks halda dövlət qurulsa, tanınsa belə, İsrail öz işğallarına davam edəcək. Necə ki, sərhədləri məlum olan, tanınan Suriya və Livana qarşı eyni addımları atır. Ümumiyyətlə, İsrail öz siyasətini dəyişməlidir ki, bölgədə sülh yaransın. "Böyük İsrail" iddiası və "vəd edilmiş torpaqlar" planından vaz keçmədikcə Yaxın Şərqdə sabitlik əsla mümkün olmayacaq, əksinə, daha da vəziyyət gərginləşəcək və daha böyük savaşlara yol açılacaq". 

T.İrfana görə, Fələstin məsələsinin həlli yalnız ABŞ-dən asılıdır: "Aparıcı güc kimi İsrailə təsirləri nəticəsində buna nail olmaq mümkündür. Amma ABŞ İsraildən Yaxın Şərqdə öz proksi qüvvəsi kimi istifadə edir. Əsasən ərəb dövlətlərini təhdid altında saxlamaq, ABŞ ilə bütün iqtisadi layihələrdə iştirakdan və müttəfiqlikdən yayınma hallarına qarşı təzyiq göstərmək aləti kimi istifadə edir. Fələstin probleminin həllini öncə ABŞ istəmir. Bu problem vasitəsilə dünyanın, əsasən Yaxın Şərqin nəbzini kontrol edir, balansı tənzimləyir. İsrailin zəif olduğu bölgədə ərəb birliyi güclənə bilər ki, bu da ABŞ üçün arzuolunmazdır. Amma hazırda vəziyyət kritik həddə çatıb. Donald Trampın idarə üsulu İsraili ümumiyyətlə təhlükəli duruma sala bilər. Ziqzaqlı və qeyri-stabil xarici siyasət hətta yeni münaqişə ocaqları yarada bilər. Fransa kimi Avropa dövlətləri isə artıq ABŞ-nin siyasi istiqamətindən fərqli, müstəqil yol xəritəsi cızmağa məcburdurlar. Rusiya - Ukrayna müharibəsində Ukraynanın düşdüyü durumdan çıxa bilməməsi, ABŞ-nin kifayət qədər siyasi, hərbi dəstək verməməsi, yaxud bacarmaması işin siyasi ağırlığını Avropa İttifaqının xeyrinə dəyişir. Artıq Fələstin məsələsinin həllinin yetişdiyini anlayan Fransa həm Türkiyə ilə əlaqələrini səhmana salmaq, həm də müsəlman ölkələrində itirilmiş nüfuzunu bərpa etmək üçün müvafiq addım atmaq istəyir. Ola bilsin, Yaxın Şərqdə güc balansı dəyişəcək. Artıq Türkiyə Suriya və Livanda böyük təsirə malikdir. İran və Rusiya sıxışdırılıb. Yeni Şərq real səhnəsində Fransa indidən yerini hazırlayır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 İyul 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri