Icma.az
close
up
RU
AZƏRBAYCANIN GEOSTRATEJİ MÖVQEYİ: YENİ DÜNYA NİZAMINDA ƏVƏZSİZ KÖRPÜ ROLUNDA Yeni Gündəm

AZƏRBAYCANIN GEOSTRATEJİ MÖVQEYİ: YENİ DÜNYA NİZAMINDA ƏVƏZSİZ KÖRPÜ ROLUNDA Yeni Gündəm

Icma.az xəbər verir, Yenigundem saytına əsaslanaraq.

2025-ci il aprelin 9-da ADA Universitetində keçirilən  “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlar, xüsusilə Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti ilə bağlı fikirlər, müasir beynəlxalq münasibətlər sistemində ölkəmizin tutduğu mövqenin və oynadığı rolun mahiyyətini dərinliklə açır. Azərbaycan Respublikasının təkcə coğrafi yerləşməsi deyil, həm də tarixi, siyasi və iqtisadi inkişaf trayektoriyası onun regional və qlobal miqyasda əvəzolunmaz bir körpü funksiyasını yerinə yetirməsinə imkan yaradır.

Prezidentin “Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər” ifadəsi təsadüfi deyil. Bu fikir Azərbaycanın yerləşdiyi unikal coğrafi mövqeyin – Qərblə Şərqin, Şimalla Cənubun kəsişməsində yerləşən mühüm geostrateji məkanda qərar tutmasının təsdiqidir. Azərbaycan bir tərəfdən Avropa, digər tərəfdən isə Asiya ilə birbaşa bağlıdır. Ölkəmizin Xəzər dənizinin qərb sahilində, Cənubi Qafqazda yerləşməsi onu təkcə regionun deyil, həm də Avrasiya qitəsinin əsas tranzit və kommunikasiya mərkəzinə çevirir.

Azərbaycan xalqı əsrlər boyu Şərqlə Qərb arasında mədəni, iqtisadi və siyasi mübadilələrin mərkəzində olmuşdur. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan həm Şərq, həm də Qərb coğrafiyasının bir hissəsi olaraq formalaşmışdır və bu, onun dövlətçilik təcrübəsində, diplomatik strategiyasında və cəmiyyətin dəyərlər sistemində öz əksini tapmışdır. Bu amil ölkəmizin beynəlxalq siyasətdə etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynayır.

Azərbaycanın Şərqlə Qərb arasında “körpü” funksiyası yalnız coğrafi mövqeyə deyil, həm də tarixi-mədəni bağlara, müasir dövrdə isə siyasi iradəyə və diplomatik bacarıqlara əsaslanır. Ölkəmiz Avropa ilə Asiya arasında enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq sahələrində unikal platforma yaratmışdır.

Prezident İlham Əliyev çıxışında Avropa ölkələri ilə imzalanmış strateji tərəfdaşlıq Bəyannamələrini vurğulayaraq Azərbaycanın uzunmüddətli əməkdaşlıq üçün artıq möhkəm siyasi platforma yaratdığını bildirdi. Bu sənədlər Azərbaycanın beynəlxalq arenadakı rolunun formal deyil, məzmunlu və qarşılıqlı faydaya əsaslanan xarakter daşıdığını göstərir. Avropa İttifaqı və ABŞ kimi qlobal aktorların Mərkəzi Asiya ilə əlaqələr qurmaq üçün Azərbaycandan keçən dəhlizlərə və əməkdaşlıq mexanizmlərinə maraq göstərməsi, ölkəmizin qlobal siyasətdə artan çəkisinin sübutudur.

Prezidentin forum çərçivəsində xüsusilə vurğuladığı məsələlərdən biri də Azərbaycanın nəqliyyat infrastrukturuna etdiyi böyük sərmayələr və bunun nəticəsində ölkənin beynəlxalq yükdaşıma marşrutlarında oynadığı roldur. Xəzər dənizi üzərindən keçən Orta Dəhliz çərçivəsində Azərbaycan mühüm tranzit ölkəyə çevrilmişdir. Ələt Beynəlxalq Dəniz Limanı, gəmiqayırma zavodu, dəmir yolları və digər logistik mərkəzlər Azərbaycanın nəqliyyat sahəsindəki potensialını real gücə çevirən əsas vasitələrdir.

Azərbaycan ərazisindən keçən yüklərin həcminin ildən-ilə artması, bu infrastrukturun nə dərəcədə səmərəli işlədiyinin göstəricisidir. Bu amil, həmçinin Azərbaycanın öz ərazisindən keçən kommunikasiya xətlərinə nəzarət etməklə regional sabitlik və əməkdaşlıq proseslərinə necə töhfə verdiyini ortaya qoyur.

Prezident çıxışı zamanı Azərbaycanın Qafqazda təcrid olunmasına çalışan qüvvələrə də toxundu. O, bəyan etdi ki, bu cəhdlər uğursuz olacaq, çünki Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında yalnız coğrafi deyil, həm də siyasi, iqtisadi və mədəni bağlar vardır. Bu qarşılıqlı əlaqələr ölkələrimiz arasında unikal bir ab-hava formalaşdırmış və uzunmüddətli əməkdaşlıq üçün güclü təməl yaratmışdır. Belə bir vəziyyətdə hər hansı təcridetmə siyasəti nə realdır, nə də praktik nəticə verə bilər.

Prezident İlham Əliyevin vurğuladığı məqamlar bir daha sübut edir ki, Azərbaycan nəinki öz regionunda, həm də Avrasiya miqyasında geosiyasi və geoiqtisadi baxımdan əvəzolunmaz mövqedədir. Coğrafiyanın yaratdığı üstünlüklər, siyasi iradə və strateji baxışla birləşərək ölkəmizi gələcəkdə qlobal proseslərin mərkəzlərindən birinə çevirə bilər. Yeni dünya nizamının formalaşdığı bir dövrdə, Azərbaycanın bu prosesdə aktiv və təşəbbüskar iştirakı onun beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

Bakı Qızlar Universiteti tələbəsi

Şəhla Zeynalova

Nəsimi rayon gənci

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 10 Aprel 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri