Icma.az
close
up
RU
“Fələstinlilərin nəzarətində olan ərazi Naxçıvan boyda bir məkandır... Odur ki, İsrail üçün...”

“Fələstinlilərin nəzarətində olan ərazi Naxçıvan boyda bir məkandır... Odur ki, İsrail üçün...”

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Düşünürəm ki, bundan sonra ara-sıra kiçikmiqyaslı toqquşmalar baş versə də,  böyük mənada İsrail-Fələstin münaqişəsi bir daha meydana çıxmayacaq...”

“Əslinə qalsa, hamı bilir ki, İsrail- Fələstin münaqişəsinin arxasında həmişə Amerika dayanıb.  Amerika bunu heç gizlətmir də... İndiyədək həm İsrailə siyasi və hərbi dəstək verib, həm ərəb ölkələrini neytrallaşdırıb, həm də Türkiyə kimi bir ölkəni Fələstinə hərbi dəstəkdən çəkindirib. Bu günlərdə Misirdə Qəzzada sülhlə bağlı imzalanmış saziş ABŞ-ın maraqlarına uyğun olduğundan istər İsrail, istərsə də hər hansı digər dövlət bu sazişi pozmayacaq. Və düşünürəm ki, bundan sonra ara-sıra kiçikmiqyaslı toqquşmalar baş versə də,  böyük mənada İsrail-Fələstin münaqişəsi bir daha meydana çıxmayacaq...”

ADP sədri, siyasi şərhçi Sərdar Cəlaloğlu Moderator.az-ın “Bu günlərdə Misirdəki beynəlxalq sammitdə Qəzzada atəşkəslə bağlı imzalanmış ABŞ-Türkiyə-Misir-Qətər sazişini nə qədər dayanıqlı hesab etmək olar?” sualını cavablandırarkən belə deyib.

“Bu sazişdən sonra Fələstin dövlətinin yaradılacağı nə dərəcədə real görünür?” sualına isə partiya sədri belə cavab verib:

“Zatən İsrail 1949-cu ildən bəri Fələstinə aid torpaqların 90 faizini işğal edib. Hazırda Fələstin xalqının nəzarətində olan ərazi, demək olar ki, Naxçıvan boyda bir məkandır. Belə bir ərazidə də dövlət qurulması İsrailə heç bir problem yaratmaz. Odur ki, Amerika istədiyi gün Fələstin də dövlət kimi dünya birliyi tərəfindən tanınanacaq. Zatən dünya dövlətlərinin əksəriyyəti artıq Fələstinin müstəqilliyini tanıyıb. Bir əsas ABŞ qalır. O da tanıyan kimi İsrail də bu dövləti tanıyacaq. Və nəticədə orada iki qonşu dövlət olacaq: cırtdan Fələstin dövləti və ondan qat-qat güclü İsrail dövləti...”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Oktyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri