Icma.az
close
up
RU
® “Femmes Digitales” Gəncədə 10 cu Regional Mentorluq Proqramı ilə qızları həvəsləndirib

® “Femmes Digitales” Gəncədə 10 cu Regional Mentorluq Proqramı ilə qızları həvəsləndirib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Cari il aprelin 26-da “Femmes Digitales” – Texnologiyada Qadınların Dəstəyi İctimai Birliyi Gəncə Regional 2 nömrəli “ASAN xidmət” mərkəzində regional STARTECH Konfransının 10 illik yubileyinə həsr olunmuş tədbiri uğurla təşkil edib.

Tədbirin məqsədi rəqəmsal təhsilin genişləndirilməsi və kənd bölgələrindən olan məktəbli qızların texnologiya və innovasiyaya marağını artıraraq gələcək karyera yolları kimi bu sahələri araşdırmalarına həvəsləndirmək olub.

“ASAN xidmət” və Elm və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən konfransda Gəncə və ətraf kəndlərdən 12–16 yaş arası 70–80 məktəbli qız iştirak edib. Proqram “Pasha Technology”, “BESTCOMP Group”, “Fominov Consulting”, “B.EST Solutions” və “STEP IT Academy”in maliyyə dəstəyi ilə həyata keçirilib. Tədbir robot texnologiyaları və süni intellekt üzrə sahənin aparıcı mütəxəssisləri tərəfindən keçirilib. Tədbirin təşkilati dəstəyi “Bloom Group”, informasiya dəstəyi isə “InfoCity” jurnalına məxsus olub.

Konfrans Gəncə Regional 2 nömrəli “ASAN xidmət” mərkəzinin direktoru Fərid Yaqubovun açılış nitqi ilə başlayıb. Daha sonra iştirakçılar üçün enerji ilə dolu tanışlıq sessiyası keçirilib və mentorların texnologiya sahəsində şəxsi karyera yoluna həsr edilmiş motivasiyaedici çıxışlar olub. Məktəbli qızlar gələcəyin peşələri haqqında ətraflı məlumat əldə ediblər — hansı sahələrin inkişaf edəcəyi, hansının isə zamanla texnologiyanın inkişafı sayəsində öz əhəmiyyətini itirəcəyi barədə məlumat alıblar.

Tədbirin əsas məqamlarından biri “Real Həyatda Süni İntellekt Macəraları” adlı seminar olub. İştirakçılar süni intellektin müxtəlif istehsal, peşə sahələrinə necə təsir göstərdiyini və dəyişdirdiyini öyrənib, “ChatGPT” üçün promptlar yaratmaq, mahnı sözləri yazmaq və süni intellekt alətləri ilə yaradıcılıqlarını sınamaq imkanı əldə ediblər.

Qızlar, həmçinin “STEP IT Academy” tərəfindən təşkil olunan “Robototexnika Qızlar Üçündür!” adlı praktiki sessiyada iştirak ediblər. Bu sessiyada onlar real robotlar yığaraq kodlaşdırıb və yaratdıqları layihələri sınaqdan keçiriblər. Beləliklə, texnologiyanın əslində əlçatan, maraqlı və hər kəs üçün mümkün olduğunu kəşf ediblər.

“Femmes Digitales” İctimai Birliyinin təsisçisi və sədri Jana Krimpe tədbir zamanı iştirakçılar qarşısında çıxış edərək qeyd edib: “Azərbaycanın bölgələrindən gələn bu qədər qızın texnologiya sahəsində potensialını kəşf etməsi “Femmes Digitales” layihəsinin nə üçün yaratdığımızı bizə bir daha xatırlatdı. Gəncədə keçirilən 10-cu Regional STARTECH Mentorluq Proqramı yalnız 16 möhtəşəm mentorun iştirakına görə deyil, həm də qızlardan aldığımız müsbət rəylərə görə bizim üçün böyük bir mərhələ oldu. Onların həyəcanı, marağı və özünəinamı göz önündə idi. Bu tədbir bir daha sübut edib ki, bu kimi təşəbbüslər vacib olmaqla yanaşı, gələcəyin qurulması üçün şərtdir. Biz real rol modellərini, praktik təcrübələri və texnologiyanın təşviqini bölgələrə gətirməklə qapıları açırıq. Biz bu qızlara göstəririk ki, texnologiya gələcəyi o qədər də uzaqda deyil — onun gələcəyi bu kimi gənclərin əlindədir. Qürur duyuram ki, birlikdə elə bir cəmiyyət qururuq ki, hər bir qız özünü lider, yenilikçi və dəyişiklik yaradan biri kimi görə bilir”.

STARTECH-2025 tədbiri qızların rəqəmsal biliklərini artırıb, həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə gələcək STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) karyera imkanlarına dair anlayışlarını genişləndirib. Xüsusi diqqət İKT sahəsində təhsil yollarını tanıtmağa və qızları texnologiya sahəsində böyük xəyallar qurmağa təşviq etməyə yönəldilib. Bir daha STARTECH sübut edib ki, bu proqram kənd bölgələrindən olan məktəbli qızlar arasında texnologiyaya maraq oyatmaq üçün güclü platformadır. Tədbir ilhamverici rol modelləri təqdim edib, praktiki rəqəmsal bacarıqlar öyrədib və iştirakçıların texnologiya sahəsində karyera qurmağa inamını artırıb.

STARTECH Regional Proqramı haqqında

2016-cı ildən həyata keçirilən STARTECH proqramı Masallı, Qəbələ, Quba, Şamaxı, Mingəçevir, Lənkəran, İsmayıllı, Şəki, Naxçıvan və indi də Gəncə olmaqla Azərbaycanda 3000-dən çox məktəbli qızı əhatə edib. Bu təşəbbüs mentorluq, real həyat nümunələri və interaktiv təlim vasitəsilə qızları İKT sahəsində peşə və ali təhsilə yönəltməkdə mühüm rol oynayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri