Icma.az
close
up
RU
Gəncədə regional konfrans

Gəncədə regional konfrans

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Gəncə şəhərində təşkilatın 28 May - Müstəqillik günü ərəfəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş  “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan Respublikasının Konstitusiyasının və Suverenliyinin banisidir” mövzusunda regional konfransı keçirilib.

Konfransda Gəncə ilə yanaşı, ölkəmizin qərb bölgəsi – Qazax, Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux, Tovuz, Göygöl, habelə Kəlbəcər rayonu üzrə Azərbaycan Ağsaqqallar Şurasının, YAP-ın və gənclər təşkilatlarının rəhbər şəxsləri və üzvləri, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər, eləcə müəllim və tələbələr iştirak ediblər.

Azərbaycan Dövlət Aqrar Universitetinin binasında baş tutan regional konfransda Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açaraq konfrans iştirakçılarını salamlayan Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Əhməd Məlikov Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında 28 dekabr 2024-cü il tarixli Sərəncamının müddəalarından bəhs edib. Ölkə başçısının rəhbərliyi ilə qüdrətli Azərbaycanın davamlı inkişafı, dünya ölkələri arasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında Ulu Öndər Heydər Əliyev ideyalarının  əvəzsiz rol oynadığını vurğulayıb. 

Regional konfransda digər natiqlərlə yanaşı, Respublika Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru  Bayram Yusifov da çıxış edərək  Azərbaycanın müstəqillik mübarizəsi tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən söz açıb. Hələ sovetlər dövrünün mövcud olduğu 17 noyabr 1990-cı ildə dahi rəhbərin qətiyyəti sayəsində üçrəngli bayrağımızın Naxçıvanda rəsmən ucaldılmasını milli azadlıq hərəkatında, müstəqilliyə gedən yolda böyük tarixi hadisə kimi dəyərləndirib. Vurğulayıb ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Liderimizin uğurlu strategiyasının yüksək səviyyədə davam etdirilməsi və  Konstitusiyamızın real həyatda tam tətbiqi nəticəsində suverenliyini bərpa edən ölkəmiz hazırda davamlı inkişaf edir, qüdrətlənir, beynəlxalq nüfuz sahibi olur. Çıxışının sonunda natiq əmin olduğunu bildirib ki, müasir, müstəqil, suveren Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza atacaq və biz ağsaqallar hər zaman, hər sahədə möhtərəm Prezidentimizi qətiyyətlə dəstəkləyəcəyik.

Sonra konfrans digər tədbir iştirakçılarının maraqlı çıxışları və səmərəli müzakirələri ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 May 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see399

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see286

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see286

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see280

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see253

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see211

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see210

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see197

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see197

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see196

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see162

Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yol Vüqar Rəhimzadə

04 Oktyabr 2026 10:30see158

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri