Fənərbağça axtardığı hücumçunu tapdı
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin "Fənərbağça" klubu yay transfer dönəmində növbəti səs-küylü keçidini reallaşdırmağa hazırlaşır.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı-lacıvərdlilər" uzun müddətdir gündəmdə olan Seru Qirassi transferi ilə bağlı "Borussiya Dortmund"la razılığa gəlib.
Məlumata görə, İstanbul təmsilçisi Almaniya klubuna futbolçunun keçidi üçün 25 milyon avro ödəyəcək. Bildirilir ki, bu məbləğ hissə-hissə ödəniləcək.
Transferin şəxsi şərtlərində də tərəflər arasında anlaşmanın əldə olunduğu qeyd edilir. İddialara əsasən, Seru Qirassi bonuslarla birlikdə "Fənərbaxça"da illik 10 milyon avro əməkhaqqı qazanacaq.
Hazırda bazar dəyəri 32 milyon avro olan qvineyalı hücumçunun "Borussiya Dortmund"la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
Qeyd edək ki, Seru Qirassi ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 46 qarşılaşmada 22 qola imza ataraq məhsuldar çıxışı ilə diqqət çəkib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 22 İyul 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















