Fənərbağça dan yarımçıq qalmış transfer həmləsi FOTO
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Darvin Nunyesin Səudiyyə Ərəbistanı karyerası qısa sürə bilər.
Oxu.Az xəbər verir ki, idmançı qarşıdan gələn yay "transfer pəncərəsi"ndə hazırkı klubu "Əl-Hilal"la yollarını ayırmağa hazırlaşır.
Məlumata görə, 26 yaşlı hücumçu baş məşqçi Simone İnzaginin gələcək planlarında yer almır. Məhz bu vacib amil uruqvaylı futbolçunun cari mövsümün sonunda klubunu dəyişmək ehtimalını daha da gücləndirir.
"Fənərbağça" klubu yay transfer pəncərəsində 26 yaşlı forvardı heyətinə qatmaq niyyətindədir. Rəhbərlik yanvar ayında transferin reallaşmasına az qalmış vergi məsələləri səbəbindən razılaşma baş tutmayan Nunyes üçün daha uyğun şərtlərdə anlaşma hazırlayır.
Xatırladaq ki, Nunyes "Əl-Hilal"ın heyətinə ötən ilin avqust ayında qoşulmuşdu. Geridə qalan müddət ərzində Darvin bütün turnirlər daxil olmaqla 24 dəfə meydana çıxıb, rəqib qapılarından 9 top keçirib və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda onun təmsil etdiyi "Əl-Hilal" komandası Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
Baxış sayı:170
Bu xəbər 08 Aprel 2026 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















