Icma.az
close
up
RU
Fənərbaxça da növbəti istefa bu dəfə başqan vəkili ayrıldı

Fənərbaxça da növbəti istefa bu dəfə başqan vəkili ayrıldı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

''Fənərbaxça''dan mühüm istefa xəbərləri gəlməkdə davam edir. Ötən ay vitse-prezidenti Acun Ilıcalı sürpriz şəkildə istefa vermişdisə, iyulun 6-da futbol koordinatoru Okan Özkan öz istəyi ilə istefa məktubunu rəhbərliyə təqdim etmişdi. Halbuki o, bu vəzifəyə yalnız iyunda gətirilmişdi. İndi də başqan vəkili Erol Biləcik yazılı bir açıqlama ilə istefa verdiyini açıqlayıb. Əslində Acun Ilıcalı və Okan Özkandan fərqli olaraq bu dəfəki istefanı sürpriz adlandırmaq çətindi. 63 yaşlı Biləcik Əli Koçun prezidentlik dönəminin ilk günündən, yəni 2018-ci ildən ''Fənər''in idarə heyətinin üzvü idi. Ötən ay onunla bağlı çox mühüm bir qalmaqal yaşanmışdı. Biləcik şəxsən Əli Koç üçün yazdığı və ona göndərmək istədiyi bir elektron məktubu səhvən (və ya bilərəkdən) idarə heyetinin digər üzvlərinə göndərmişdi. Onun yazdığı məktubda sabiq başqan Əziz Yıldırımla bağlı ağır ifadələrin olması diqqət çəkmişdi. Biləcik məktubda Yıldırımı ''səriştəsiz adam'' adlandırmış və onunla bağlı ''seçkilərdə onu sandıqda basdırarıq'' cümləsini yazmışdı. Təbii ki, bu olay mətbuata sızan kimi camiədə qalmaqal qopdu. Əziz Yıldırım da sərt üzünü göstərdi. O, Erol Biləcikin klubdan və idarə heyətindən uzaqlaşdırılması üçün klubun İntizam Komitəsinə rəsmi şəkildə müraciət etdi. Çox ciddi tənqidlərə məruz qalan Biləcik istefa verməsə də, qarşıdakı seçkilərdə artıq Əli Koçun siyahısında olmayacağını açıqlamışdı. Seçkilər isə sentyabrda baş tutacaq. Yəni o, faktiki olaraq sentyabra qədər işlədikdən sonra klubda ayrılacağını bildirmişdi. Ancaq bəzi fanatları və Əziz Yıldırımın tərəfdarlarını hadisələrin bu cür axarı qane etmədi. Onlar Erol Bileciki və onun ailə üzvlərini narahat etməkdə davam etdilər. 7 ildi klubda olan, iş adamı isə sonda ''ağ bayraq'' qaldıraraq bu gün istefa verdiyini açıqladı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 İyul 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri