Fənərbaxça , Milan və Tottenhem qvineyalı hücumçu üçün yarışır
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Seru Qirassi mövsümün sonunda "Borussiya"dan ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, qvineyalı hücumçu karyerasını başqa klubda davam etdirməyi planlaşdırır. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Qirassinin Bundesliqa nəhəngi ilə müqaviləsində 35 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. Bu məbləği ödəyən klub 30 yaşlı forvardı heyətinə qata bilər.
Təcrübəli futbolçu ilə "Milan", "Tottenhem", "Fənərbaxça" və Səudiyyə Ərəbistanı klubları maraqlanır.
Qeyd edək ki, "Borussiya" Seru Qirassini 2024-cü ilin yayında "Ştutqart"dan transfer edib. Qvineya millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 18 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 04 Aprel 2026 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















