Fənərbaxça nın müdafiəçisi zədələndi 2 ay oynamayacaq
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Super Liqa nəhənginin müdafiəçisi Arçi Braun sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli futbolçu ölkə çempionatının 16-cı turunun "Konyaspor"la matçında zədələnib. 23 yaşlı sol cinah müdafiəçisinin sağ ayağının baş barmağında zədə aşkarlanıb. Yerli mətbuat arxa xətt oyunçusunun təxminən ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.
Qeyd edək ki, "Fənərbaxça" Arçi Braunu mövsümün əvvəlində "Gent"dən 8 milyon avroya transfer edib. İngiltərə U-20 millisinin sabiq üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 16 Dekabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















