Icma.az
close
up
RU
Fənərbaxça Osayi Samuelin üstündən xətt çəkdi, yerinə oyunçu aldı!

Fənərbaxça Osayi Samuelin üstündən xətt çəkdi, yerinə oyunçu aldı!

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

''Fənərbaxça''nın aparıcı futbolçularından olan Brayt Osayi-Samuel ilə bağlı sürpriz xəbərlər var.

''Football-plus.az'' xəbər verir ki, ingiltərəli futbolçunun ''Fənər'' macərası başa çatmaq üzrədi. Məsələ burasındadı ki, 27 yaşlı cinah oyunçusunun klubla müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Rəhbərlik neçə aydı, onunla müqaviləni yeniləməyə çalışır. Amma Osayi-Samuellə anlaşmaq mümkün olmadı. Futbolçunun indiki qazancı 1,8 milyon avrodu.
''Sarı-lacivərdlilər'' ona 2 milyon avrodan olmaqla 3 illik müqavilə təklif ediblər. Bu təklif hələ oktyabrdan qüvvədədi. Amma Osayi-Samuel illik 2,5 milyon avro maaş tələbindən sona qədər də vaz keçmədi. NTV kanalının məlumatına görə danışıqlar tamamilə dayandırılıb və bu andan etibarən istədiyi klubla danışıqlar aparmaq imkanı olan Osayi-Samuel ''qara dəftərə'' salınıb. Onun adı ikinci dövrə üçün Türkiyə Futbol Federasiyasına göndəriləcək iştirak ərizəsinə salınmayacaq. Qısası qeyri-adi bir şey baş verməsə Osayi-Samuel bir daha ''Fənərbaxça'' forması geyməyəcək!
İstanbul nəhəngi bu futbolçunu 2021-in yanvarında KPR-dən 508 min avroya transfer etmişdi. Osayi-Samuel bu mövsüm 24 rəsmi oyunda forma geyərək aktivinə 1 məhsuldar ötürmə yazıb. Bu arada Osayi-Samuelin yerinə transfer ediləcək futbolçu da artıq bəllidi. Bu, ''Srvena Zvezda''nın cinah müdafiəçisi Oqnyen Mimoviçdi. ''Fənərbaxça'' həm futbolçunun özü, həm də klubu ilə artıq anlaşma əldə edib.
Transferin bitdiyini ''Yanq Boyz''a qarşı son ÇL matçının ardından ''Srvena''nın baş məşqçisi Vladan Miloyeviç də açıqladı. 20 yaşlı istedadlı futbolçu ''Fənər''ə 8,5 milyon avroya başa gələcək və onunla 4,5 illik müqavilə imzalanacaq. Sonrakı satışdan 20 faiz pay da serbiyalılara veriləcək.
Mimoviçə Fransa və İngiltərədən də ciddi təkliflər var idi. Amma o, Kostiç, Tadiç kimi həmyerlilərinə və Joze Mourinyo amilinə görə ''Fənər''i seçdi. Mimoviç bu mövsüm ÇL-də 7 oyun da daxil olmaqla son 2 mövsümdə Serbiya çempionunun heyətində 33 rəsmi oyun keçirərək aktivinə 1 qol, 3 məhsuldar ötürmə yazıb.
ƏLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Yanvar 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri