Icma.az
close
up
RU
“Fənərbaxça”nın seriyasına derbidə son qoyuldu

“Fənərbaxça”nın seriyasına derbidə son qoyuldu

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Trabzonspor”la “Kasımpaşa”nın cümə günü keçirilən açılış oyunu dramatik alındı.

Meydan sahibləri əzmkar qələbə qazanmağa yaxın olsalar da, qonaqlar son anlarda məğlubiyyətdən qurtuldular. Qonaqların vurduğu daha bir qol isə ofsayd üzündən qeydə alınmadı. Xalını 16-ya çatdıran “Trabzonspor” öz antirekordunu təkrarladı. Komanda daha öncə 2006/07 və 2007/08 mövsümlərində 14 oyuna bu qədər az xal toplamışdı.
“Göztəpə”, gözlənildiyi kimi, autsayder “Adana Dəmirsor”a heç bir şans vermədisə, “Antalyaspor” Konyada məğlubiyyətdən son anlarda qurtuldu. Bu komandaların ardıcıl 5-ci oyununda bərabərlik qeydə alındı. “Antalyaspor”un superliqada səfərdə “Konyaspor”a qarşı keçirdiyi 14-cü qarşılaşmada da qələbəyə həsrət qaldığını bildirək (9 heç-heçə, 5 məğlubiyyət)! Günün və turun əsas oyunu “Tüpraş Stadionu”nda keçirildi. Derbi göstərdi ki, Joze Mourinyoun oyunöncəsi narahatlığı heç də əbəs deyilmiş. Çünki son 7 rəsmi oyunda cəmi 1 qələbəsi olan “sınıq-salxaq” “Beşiktaş”la oyunda “Fənər” aşkar favorit sayılırdı. Amma derbilərin favoriti olmur...
“Fənər” oyunboyu daha real fürsətlər yaxaladı. Ceko çox şanssız bir matç keçirərək bir neçə gözəl fürsəti boşa verdi. Bir epizodda isə onun zərbəsindən sonra Əmrihan Topçu topa qapı xəttindən uzaqlaşdırdı. “Qartal”ın yaratdığı ən ciddi fürsət zamanı Livakoviç Rafa Silva ilə təkbətəkdən qalib ayrıldı. İkinci hissədə “Fənər” yorulmağa başlayınca temp aşağı düşdü. Oyunun taleyini isə təsadüfi qol həll etdi. Van Bronkhorstun dönəmində ehtiyatda “çürüyən” Oksleyd-Çemberleyn 73-cü dəqiqədə sol cinahdan yerlə asma etdi. İmmobile topa toxuna bilməsə də, müdafiəçiləri və qapıçını çaşdırdı. Nəticədə top heç kimə toxunmadan tora daxil oldu. “Beşiktaş” superliqada 5 oyunluq qələbəsiz seriyaya son qoydu. “Fənər” əcnəbi mütəxəssislərin (Mourinyo, Jezuş) başçılığı altında “Qalatasaray” və “Beşiktaş”a qarşı keçirdiyi son 5 derbinin hamısında məğlub olub. Bu, klub tarixinin ən pis seriyasıdı.
Daha bir heyrət doğuran fakt odu ki, indiyə qədər Türkiyə çempionatında portuqaliyalı məşqçilər (Mourinyo, Jezuş, Pereyra, Sa Pinto, Moraiş, Keseyro) heç vaxt “Beşiktaş”a səfər oyununda qalib gələ bilməyiblər! Çempionluq yarışında çox sarsıdıcı zərbə alan “sarı-lacivərdlilər”in şəxsi rekorduna da son qoyuldu. Belə ki, komanda buna qədər superliqada son 26 səfər oyununda məğlub olmamışdı (21 qələbə, 5 heç-heçə).
Bazar günü “Samsunspor” gözlənilmədən “Eyüpspor” önündə pərən-pərən düşdüsə, “İstanbul BŞ” yüksəlişini davam etdirərək “Hatayspor”u darmadağın etdi. “Qalatasaray” şaxtalı Sivasa səfər etmişdi. Əsas rəqibinin məğlub olduğu turda büdrəmək istəməyən “Cim-Bom” oyunun əvvəllərində fanatlarına şok yaşatdı. Əvvəlcə Metehan Baltacının əllə oyunu “son ümid folu” sayıldı və VAR-ın müdaxiləsi ilə gənc müdafiəçi artıq 15-ci dəqiqədə komandasını azlıqda qoydu.
Maraqlıdı ki, “Qalatasaray” superliqada buna qədər son qırmızı vərəqəsini yenə də Sivas səfərində almışdı. Bu ilin yanvarında keçirilən həmin oyunda (1:1) Kərəm Aktürkoğlu qovulmuşdu. Bu azmış kimi, çox keçmədən “sarı-qırmızılar”ın sabiq üzvü Rodriges sivaslıları hesabda önə keçirdi. Amma “Aslan” elə qəzəbləndi ki, 2-ci hissənin əvvəllərində hesab artıq 1:3 idi! Meydan sahiblərinin serbiyalı qapıçısı Nikoliç oyunu çox zəif keçirərək hər üç qolda “pay sahibi” oldu. İlk qolda o, üstünə gələn zəif zərbə zamanı topu əlində saxlaya bilmədisə, fasilə ərəfəsində qapını gec tərk etməklə penaltiyə səbəbkar oldu. İkinci hissənin əvvəllərində isə yaxın küncdən qol buraxdı. “Sivasspor”un gücü yalnız fərqi minimuma endirməyə yetdi.
Oyunun son anlarına hakim Turqut Domanın kobud səhvi damğa vurdu. Həmin ana qədər oyunu normal idarə edən ədalət təmsilçisi elə bir səhv etdi ki, bundan sonra ona çətin bir də oyun verilsin. Əsəblərinə hakim ola bilməyən Manay arxadan Barış Alpər Yılmazın ayağını çox kobud şəkildə tapdaladı. Doman albaniyalıya sarı vərəqə göstərməklə kifayətləndi və ən dəhşətlisi odu ki, monitorda epizodun təkrarını izləyəndən sonra da fikrini dəyişmədi! Barış oyunu xərəkdə tərk etdi. Manay isə matçın ardından bu hərəkətinə görə üzr istəməli oldu. Beləliklə, “Qalatasaray” ən yaxın rəqibindən 6 xal önə keçdi.
15-ci tur
Beşiktaş - Fənərbaxça 1:0

Oksleyd-Çemberleyn, 73.
Beşiktaş: Mərt Günok, Svensson, Tayip Sanuç (Zaynutdinov, 70), Əmirhan Topçu, Masuaku, Əl Musrati, Salih Uçan (Oksleyd-Çemberleyn, 70), Raşitsa (Ndur, 78), Fernandeş, Silva (Muçi, 90+2), İmmobile (Semih Kılıçsoy, 78).
Fənərbaxça: Livakoviç, Mərt Müldür (Osayi-Samuel, 82), Samet Akaydın, Ciku, Kostiç (İrfan Can Kahveci, 82), Amrabat, Fred (Cenk Tosun, 82), Oğuz Aydın, Tadiç, Sen-Maksimen (Şimanski, 67), Ceko (Ən-Nəsiri, 67).
Sivasspor – Qalatasaray 2:3
Rodriges, 25. Bəkir Turac Böke, 90+1 – Yunus Akgün, 36. Osimhen, 45+9-p. Barış Alpər Yılmaz, 53.
Qalatasaray: Muslera, Şallai, Metehan Baltacı, Sançes, Berkan Kutlu, Torreyra (Efe Akman, 90), Sara (Kərəm Dəmirbay, 90), Yunus Akgün (Batşuayi, 74), Mertens (Yelert, 64), Barış Alpər Yılmaz, Osimhen (Nelsson, 74).
Trabzonspor – Kasımpaşa 2:2
Banza, 79-p. Nvakaeme, 81 – Kafu, 38-p. Da Kosta, 90+1.
Trabzonspor: Uğurcan Çakır, Maleyro (Ozan Tufan, 90+2), Bataqov, Sərdar Saatçı, Ərən Elmalı, Mendi, Lundstram (Enis Destan, 46), Visça, Çam, Draquş (Nvakaeme, 46), Banza.
İstanbul BŞ – Hatayspor 3:0
Krespo, 56. Pyontek, 83. Keni, 90+4.
İstanbul BŞ: Muhammed Şengezər, Duarte, Ba, Opoku, Lima, Onur Ərgün, Krespo (Berat Özdəmir, 78), Kemen, Dəniz Türüc (Əmrə Kaplan, 90), Davidson (Fiqeyredo, 71), Pyontek (Keni, 89).
Eyüpspor – Samsunspor 3:0
Tiam, 54; 69. Xəlil Akbunar, 64.
Göztəpə - Adana Dəmirspor 3:1
Juan, 39. Romulo, 42. Tiyaniç, 59 – Aymbetov, 87.
Konyaspor – Antalyaspor 1:1
Adil Dəmirbağ, 16 – Larsson, 90+1.
Kayserispor – Alanyaspor 2:0
Boa Morte, 51. Mane, 66.
Qaziantep – Çaykur Rizəspor 1:0
Qrbiç, 4-öz qapısına.
1. Qalatasaray 14 12 2 0 38-14 38
2. Fənərbaxça 14 10 2 2 36-13 32
3. Samsunspor 15 9 2 4 29-17 29
4. Eyüpspor 15 7 5 3 24-15 26
5. Beşiktaş 14 7 4 3 23-15 25
6. Göztəpə 14 7 3 4 27-20 24
7. İstanbul BŞ 14 6 4 4 24-18 22
8. Konyaspor 15 5 4 6 17-22 19
9. Çaykur Rizəspor 14 6 1 7 15-21 19
10. Qaziantep 14 5 3 6 20-21 18
11. Sivasspor 15 5 3 7 20-25 18
12. Antalyaspor 14 5 3 6 18-26 18
13. Trabzonspor 14 3 4 7 20-18 16
14. Kasımpaşa 14 3 7 4 18-21 16
15. Kayserispor 14 3 6 5 15-25 15
16. Alanyaspor 14 3 5 6 12-18 14
17. Bodrum 14 3 2 9 10-21 11
18. Hatayspor 14 1 5 8 12-23 8
19. Adana Dəmirspor 14 0 2 12 10-34 2
Bombardirlər: İmmobile (Beşiktaş), Banza (Trabzonspor), Pyontek (İstanbul BŞ) – 9, Ceko (Fənərbaxça), Tiam (Eyüpspor) – 8.
Turun rəqəmi
15 – “Qalatasaray”ın heyrət doğuran səfər seriyası davam edir. İstanbul nəhəngi Sivası da fəth etməklə superliqada səfərdə ardıcıl 15-ci qələbəsini qazandı və turnirin rekordunu bir qədər də yaxşılaşdırdı. Bu seriya bu ilin yanvarında Trabzonda qazanılan 5:1-lik qələbə ilə start götürüb və hələ də davam edir. İstanbul nəhəngi 2024-cü ildə çempionatda keçirdiyi 16 səfər oyunundan 15 qələbə, 1 heç-heçə ilə ayrılıb. Turnirin tarixində komanda yalnız 1960-cı ili səfərdə indikindən daha çox (16) qələbə ilə başa vurub. “Cim-Bom”u bu il hələ Kayseri səfəri də gözləyir. Yəni komanda bu rekordunu da təkrarlamaq fürsəti əldə edəcək.
Turun ulduzu
Mame Tiam (Eyüpspor) – seneqallı forvard bu tur dubl edən yeganə futbolçu oldu. Özü də nəzərə alaq ki, “Samsunspor” 3-cü pillədə qərarlaşıb. Belə rəqiblə oyunda Tiamın qolları Arda Turanın komandasına inamlı qələbə qazandırdı. Daha öncə “Fənərbaxça”da da çıxış etmiş və Türkiyədə 6-cı mövsümünü keçirən 32 yaşlı futbolçu ümumilikdə superliqada 156-cı oyunda vurduğu qolların sayını 63-ə çatdırdı.
Turun sitatı
İbrahim Hacıosmanoğlu, Türkiyə Futbol Federasiyasının prezidenti:

“Heysiyyatımızla, şərəfimizlə kiminsə oynamasına imkan vermərik. Hakim və ya bir başqası olsun - fərq etməz. Mən həyatımda belə iyrənclik görməmişdim. Barış Alpər yığmamızın şərəfini qoruyan futbolçu və milli qürurumuzdu. Ona qarşı bu cür hərəkəti qəbul etmək mümkün deyil. Nə lazımdısa, artıqlamasıyla edəcəyik. Belə epizodları hakimlərlə min dəfə danışmışıq. VAR-da izlədikdən sonra da buna “qırmızı“ göstərilmirsə, deməli, bu hakimlər qəsdən mənə qarşı birləşiblər”.


Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“Oyunçularım həqiqətən də bu gün çox gözəl mübarizə apardı. Səfərdə mühüm bir qələbə qazandıq. Amma bu qələbəyə istədiyimiz kimi sevinə bilmədik. Rəqibin hücumçusu bilərəkdən öz mövqeyindən gələrək ən dəyərli oyunçularımızdan birinin ayağına basıb onu zədələdi. Hakimin bu hərəkətin qarşılığında qırmızı vərəqə göstərməməsi əslində həm bugünün, həm də son dönəmlərdə yaşananların qısa icmalıdı. Belə şeyləri çox yaşamışıq və fikrimcə, bundan sonra da yaşamaqda davam edəcəyik. Amma əsas odu ki, azlıqda qalandan sonra da oyunumuza sadiq qaldıq. Oyunçularımı təbrik edirəm. Təəssüf ki, bu gün futbol adına danışa biləcəyimiz çox şey yoxdu. Öz həmkarına bilərəkdən xəsarət yetirən futbolçu bu hərəkətinə görə cavab verməlidi. Manay əslində önəmli və dəyərli futbolçudu. Ondan belə hərəkət gözləməzdim. Epizodu nə ona yaraşdırdım, nə də ona qırmızı vərəqə göstərməyən hakimə. Oyunun sonundakı bu epizod üzündən 3 xala doyunca sevinə bilmədik”.


Sərdar Topraktəpə, “Beşiktaş”ın məşqçisi:

“Çoxdan fanatlarımızı sevindirə bilmirdik. Onlara qələbə bəxş etmək üçün əlimizə gözəl fürsət düşmüşdü. Hər iki komanda aqressiv oyuna üstünlük verdi. Əks-hücumlarda iki komandanın da qol fürsətləri oldu. Mərkəzi bağlayaraq “Fənərbaxça”nı cinahlara yönəldirdik. Rafa Silvanı cinaha çəkdik. Bunu problemə çevirmədi. Harda şans veririksə, orda da əlindən gələni edir. Oksleyd-Çemberleynə oyundan öncə şans verəcəyimi demişdim. O da özünü hazırlamışdı. Oyuna qoşulandan sonra çox faydalı işlər gördü. Oyundan öncə çox yaxşı bir mübarizəyə ehtiyacımızın olduğunu demişdim. Həmin mübarizəni sərgiləməyi bacardıq. Səviyyəli heyətimiz var və bu gün istədiyimizə nail olduq. Camiənin belə bir zəfərə ehtiyacı var idi. Bu, mənim “Beşiktaş” camiəsindəki 31-ci mövsümümdü. Hər kəslə münasibətim yaxşıdı. Bu camiə üçün həmişə əlimdən gələni etməyə hazıram. “Gözlə” desələr, gözləyəcəm, “çalış” desələr, çalışacam”.


Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:

“Gözəl və maraqlı oyun alındı. Gənc hakim işinin öhdəsindən yaxşı gəldi. Ardıcıl vərəqələr göstərmədən oyunun ipini əlində saxlamağı bacardı. Düzdü, komandam ideal oynamadı. Amma ən azı rəqibdən üstün idik. Onların bir dənə yüzfaizlik imkanı oldu ki, Livakoviç qola imkan vermədi. Digər yarım fürsətdə isə qol vurdular. “Beşiktaş” bizə qarşı yaxşı savaşdı. Mən təhlilimi dürüst şəkildə dilə gətirməyə çalışıram. İki zərbəmiz dirəkdən döndü. Cekonun qapıçı ilə təkbətəki dəyərləndirə bilmədiyi, eləcə də topun qapı xəttindən uzaqlaşdırıldığı epizodlarımız oldu. Yəni ən azı 1 xala layiq idik. Əlimizdən gələni etdik. Amma təəssüf ki, futbol məhz belə oyundu. Daha yaxşı oynayan tərəf məğlub oldu. Çox vacib xallar itirdik. Amma çempionluq mübarizəsi hələ bitməyib. Hər kəs bizim bura qələbə üçün gəldiyimizi gördü. Hesab 0:0 olarkən nəticəni qorumurduq. Yalnız hücum etmək haqda düşünürdük. Adətən, Türkiyədə məğlubiyyətdən sonra hakimi təbrik etmirlər. Amma mən həm “Beşiktaş”ı, həm də hakimi təbrik edirəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Dekabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see339

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see261

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see257

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see217

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see205

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see203

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see198

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see197

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see195

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see194

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see191

Ronaldodan Oçoaya “Səndən cavan görünürəm”

25 İyun 2026 20:44see185

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see182

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see180

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see177

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see175

Şahin Bağırov: Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir

25 İyun 2026 21:49see173

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see173

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see172

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri