Icma.az
close
up
RU
“Fənərbaxça”ya keçən Azərbaycan millisinin futbolçusu: Qərar verməyim uzun çəkmədi MÜSAHİBƏ

“Fənərbaxça”ya keçən Azərbaycan millisinin futbolçusu: Qərar verməyim uzun çəkmədi MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Türkiyənin “Fənərbaxça” komandasına keçən qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Peritan Bozdağın AZƏRTAC-a müsahibəsi

- "Fənərbaxça"ya keçidiniz barədə nə deyə bilərsiniz?

- Özümü çox xoşbəxt hiss edirəm.Bu cür kluba keçmək qürurvericidir.

- İstanbul təmsilçisindən təklifi nə vaxt aldınız?

- Milli komanda ilə keçirilən son təlim-məşq toplanışında bu məsələ gündəmə gəldi. Artıq danışıqlarımız var idi. Qərar verməyim isə çox uzun çəkmədi.

- Türkiyənin ən böyük klublarından birinə keçmək sizin üçün nə ifadə edir?

- Türkiyənin ən böyük idman klubuna keçmək mənim üçün çox gözəl hadisədir. Psixoloji cəhətdən yanaşsaq, "Fənərbaxça" hər zaman liderlik üçün mübarizə aparan, qalibiyyətə oynayan komandadır. Bu vəziyyət mənə də müsbət şəkildə təsir edə bilər. Düşünürəm ki, klubla eyni hissləri yaşayıram və əminəm ki, bu birlik mənə çox kömək olacaq, eləcə də gələcək həyatıma yaxşı mənada təsir göstərəcək.

- Klubun yeni mövsümdəki hədəfləri nələr olacaq?

- "Fənərbaxça" çempionluq üçün oynayan klubdur. İnşallah, mən də bu yolda öz töhfəmi verəcəyəm. Komandanın məqsədlərinə çatması üçün əlimizdən gələni edəcəyik.

- Azərbaycan və Türkiyənin qadın futbolu arasında fərqlər nələrdir?

- Azərbaycan millisinin futbolçuları Türkiyə klublarında çıxış edirlər. Sadəcə, xalqdan və federasiyadan çoxlu dəstək gözləyirik. Daha çox qızın bizim kimi böyük klublarda oynaya bilməsi üçün bu dəstək vacibdir. Onu da demək istəyirəm ki, yetəri qədər dəstək olduqdan sonra qadınlar hər şeyi bacarar.

- Azərbaycanlı azarkeşlərə nə demək istərdiniz?

- Oradakı azarkeşlərə demək istəyirəm ki, kişi futboluna olduğu kimi, qadın futboluna da eyni dərəcədə dəstək göstərilsə, nəticələr daha uğurlu və təsirli olar. Azərbaycandakı bütün qızlara səslənirəm – əgər zəhmət çəkirsinizsə, intizamlısınızsa və çalışırsınızsa, xəyallarınızı reallaşdıra bilərsiniz. Heç vaxt ümidinizi itirməyin.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 İyul 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see8871

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see462

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see264

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see250

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see234

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see225

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see195

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see166

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see157

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see155

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see154

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see143

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see138

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see137

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see130

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see129

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see127

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see127

AK gələn həftə hərbi mobilliyin təkmilləşdirilməsi planını təqdim edəcək

15 Noyabr 2025 01:29see122

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri