Rubl 2025 ci ilin sonuna qədər dollara qarşı ən çox dəyər qazanan valyuta olub
Icma.az bildirir, Dogru.az portalına istinadən.
2025-ci ilin sonuna qədər Rusiya rublu ABŞ dollarına qarşı ən çox möhkəmlənən valyuta kimi qeydə alınıb.
Doğru.az xəbər verir ki, RİA Novosti-nnin açıq mübadilə məlumatları əsasında apardığı hesablamalara görə, rublun məzənnəsi 2024-cü ilin dekabr ayı ilə müqayisədə 31 faiz möhkəmlənib və bu göstərici onu dünya üzrə lider mövqeyə çıxarıb.
Məlumata əsasən, ikinci yerdə 19,9 faiz artımla İsveç kronası, üçüncü yerdə 19,4 faizlə Macarıstan forinti qərarlaşıb. Kolumbiya pesosu 18,9 faizlə dördüncü, Çexiya kronası isə 17,2 faizlə beşinci olub.
Qeyd olunur ki, ən çox dəyər itirən valyuta Argentina pesosu olub — o, 29,2 faiz zəifləyib.
Xatırladaq ki, daha əvvəl “Alfa Capital Management Company” şirkətinin baş treyderi Vladislav Silaev rublun ilin ən gəlirli beş qlobal aktivləri sırasında, qiymətli metallardan sonra yer aldığını bildirmişdi.
Bu arada, Maliyyə Universitetinin Beynəlxalq Biznes kafedrasının dosenti Olqa Qorbunova Prime agentliyinə açıqlamasında qarşıdakı ildə dolların məzənnəsinin 75–100 rubl aralığında dəyişə biləcəyini istisna etməyib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 02 Yanvar 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















