Ferdi Tayfurun son günlərini keçirdiyi evə baxış keçirilib
Icma.az, Sia Az saytına istinadən bildirir.
Yanvarın 2-də müalicə aldığı xəstəxanada dünyasını dəyişən məşhur sənətçi Ferdi Tayfurun son günlərini keçirdiyi Marmarisdəki dənizkənarı ev görüntülənib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, son günlərini qardaşı oğulları və böyük bacısı ilə Marmaris Adaköydəki dənizkənarı evində keçirən Ferdi Tayfur 15 dekabr 2024-cü ildə xəstələnərək xəstəxanaya yerləşdirilib.
Müalicəsi Muğlada davam edən Tayfur daha sonra təcili yardım təyyarəsi ilə Medical Park Antalya Xəstəxanasına aparılıb. Müalicəsi burada davam edən Tayfur bütün müdaxilələrə baxmayaraq 2025-ci il yanvarın 2-də dünyasını dəyişib.
Mahnıları və rol aldığı filmləri ilə milyonların könlünü fəth edən məşhur sənətçinin son günlərini keçirdiyi Marmaris Adaköydəki dənizkənarı ev görüntülənib. Dekabrın 15-də bu evdə pisləşən Tayfur təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 06 Yanvar 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















