Fərhad Əhmədovun “AzNar” ı bağlandı Milyarderin biznesi çökür?
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milyarder Fərhad Əhmədovun Göyçaydakı “AzNar QSC” müəssisəsi fəaliyyətini dayandırıb.
Bakupost.az xəbər verir ki, müəssisənin yaydığı press-relizə görə, səbəb “qanunsuz məhkəmə qərarları və məhkəmə icraçılarının özbaşınalığıdır”.
Qeyd olunur ki, zavodun məhkəmə icraçıları tərəfindən möhürlənməsi səbəbindən yüzlərlə yerli sakin işsiz qalıb. Bundan əlavə, müəssisənin bağlanması məhsul yığımının ən qızğın mövsümündə baş verdiyi üçün Göyçay-Ağsu bölgəsindəki fermerlərin minlərlə ton məhsulunu qəbul etmək mümkün olmayıb.
Yaranmış vəziyyətə səbəb “AzNar”ın İsmayıllı rayonunda fəaliyyət göstərən törəmə müəssisəsi “Kənd MMC” ilə podratçı “Qaraçay Fərdi Müəssisəsi” arasında yaranan kommersiya mübahisəsidir.
“AzNar”-ın mətbuata açıqlamasında zavodun 26 oktyabrda Göyçay Rayon Məhkəməsinin qanunsuz qərarı və Göyçay Rayon İcra Şöbəsinin "qanunsuz qərar və hərəkətləri" əsasında bağlandığı bildirilir. Zavodun anbarları və istehsal avadanlıqları möhürlənib, işçilərin əraziyə girməsi qadağan edilib və polis 24/7 qapılarda növbətçilik edir.
Qeyd olunur ki, 2019-cu ildə tərəflər arasında ümumi dəyəri təxminən 3,2 milyon manat olan üç müqavilə imzalanıb. İşin həcmi sifarişçi tərəfindən dəqiq müəyyən edilsə də, podratçı özbaşına öhdəliklərini aşaraq əlavə işlər görüb. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli hesabatına görə, podratçının işinin dəyəri 5,317 milyon manatı keçib. Yəni, podratçı Əhmədovun sifarişindən 2 milyon manatlıq artıq iş görüb və indi pulunu tələb edir. Məhkəmə də podratçının xeyrinə qərar çıxarıb. “AzNar” isə belə görünür ki, həmin pulu ödəmək fikrində deyil.
Bu mövzuda digər xəbərlər:FƏRHAD ƏHMƏDOVUN “AZNAR” ı MÖHÜRLƏNDİ Milyarderin müəssisələrində nə baş verir?
19 Noyabr 2025 10:37
Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
11 Noyabr 2025 13:28
Fərhad Əhmədovun adı hallanan məhkəmə başladı
20 İyun 2025 09:13
Fərhad Əhmədovun böyük vergi borcu yaranıb
27 Avqust 2025 15:32
Baxış sayı:78
Bu xəbər 19 Noyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















