Fərhad Əhmədovun mühafizəçisinin ölümü ilə bağlı
Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olmuş Kamil Binnətov dünyasını dəyişib. O, avtomobil qəzasında aldığı xəsarətlərdən sonra yerləşdirildiyi xəstəxanada keçinib.
Kamil Binnətovun ölümü ilə bağlı TƏBİB-dən bildirilib ki, 14.01.2025-ci il tarixində saat 08:52-də Ağdaş rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1986-cı il təvəllüdlü şəxs (kişi cinsli) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub:
“Ona döş qəfəsinin, qabırğaların çoxsaylı sınığı, qapalı kəllə-beyin travması, qarın boşluğunun küt travması və bədənin ümümi əziyi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
14.01.2025-ci il tarixi saat 14:30-da yaxınları tərəfindən xəstənin tibb müəssisəsində müalicə almağından imtina edilib”.
Qeyd edək ki, Qəza Ağdaşda baş verib. Kamil Binnətov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı onun səhhətində ciddi problem olmadığı bildirilib. Kamil Binnətov da özünü yaxşı hiss etdiyini bildirib. Lakin onun daxili qanaxma keçirdiyi müəyyən edilməyib. O, yerləşdirildiyi xəstəxanada bir neçə saat sonra dünyasını dəyişib. Mərhumun nəşi Sabunçuda yaşadığı evinə gətirilib.
Kamil Binnətov uzun müddət Bakı Bulvar İdarəsində, “Park Bulvar Mall” ticarət mərkəzində mühafizə xidmətinin rəisi işləyib. O, həmçinin göyçalı milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 17 Yanvar 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















