Icma.az
close
up
RU
Fərhad Eyyubov: Yaşı 20 dən artıq olan nəqliyyat vasitələrinin çoxu utilizasiyaya getməlidir

Fərhad Eyyubov: Yaşı 20 dən artıq olan nəqliyyat vasitələrinin çoxu utilizasiyaya getməlidir

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyada avtomobil utilizasiyası sahəsində fərqli modellər olsa da, məqsəd eynidir. Daha təmiz, təhlükəsiz və dayanıqlı gələcək qurmaq.

Beynəlxalq ekoloji qurumların araşdırmasına görə, istismardan çıxarılan avtomobillərin düzgün utilizasiyası illik 100 milyon tondan artıq tullantının qarşısını ala bilər. Bu, həm təbii resursların qorunması, həm də iqlim dəyişikliyi ilə mübarizə baxımından mühüm əhəmiyyət daşıyır.

Ötən ildən Azərbaycanda da utilizasiya prosesinə start verilib. Bəs, görəsən, ölkəmizdə nəqliyyat vasitələrinin utilizasiya prosesi necə gedir? Vətəndaşların prosesə marağı varmı? İndiyədək nə qədər nəqliyyat vasitəsi utilizasiya edilib? Bu məqsədlə ödənilən vəsaitin həcmi nə qədər olub?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Vətəndaşa iki seçim verilir

"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətindən "Kaspi"nin sorğusuna cavab olaraq bildirilib ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir: "Qanunvericiliyə uyğun olaraq, ilk növbədə nəqliyyat vasitəsi dövlət qeydiyyatından çıxarılır, daha sonra ərizəçi www.nvu.gov.az portalı vasitəsilə müraciət edərək utilizatorda növbə tutur.

Təyin olunmuş vaxtda nəqliyyat vasitəsi utilizatora akt əsasında təhvil verilir və iki iş günü ərzində ərizəçiyə təsdiqedici sənəd verilir.

Təsdiqedici sənədi əldə etmiş şəxs öz istəyi ilə ya birdəfəlik ödəniş almaq üçün operatora, ya da yerli istehsal yeni nəqliyyat vasitəsini endirimlə əldə etmək üçün yerli nəqliyyat vasitəsi satıcılarına müraciət edir".

2 916 nəqliyyat vasitəsi utilizasiyaya verilib

Qurumdan vətəndaşların sözügedən prosesə maraq göstərdiyi vurğulanıb: "Proqrama maraq kifayət qədər yüksəkdir. Son statistikaya əsasən, 290 təsdiqedici sənəd üzrə birdəfəlik ödəniş üçün, 1903 təsdiqedici sənəd üzrə isə ümumilikdə 142 yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı üçün müraciət edilib. Ümumiyyətlə, prosesdə 2025-ci ildən etibarən ciddi şəkildə sürətlənmə müşayiət olunur. Belə ki, 2024-cü il ərzində yalnız 51 nəqliyyat vasitəsi utilizasiyaya verilmişdirsə, 2025-ci ilin təqribən dörd ayı ərzində bu say 60 dəfəyə yaxın artıb".

İndiyədək nə qədər nəqliyyat vasitəsinin utilizasiya edildiyinə gəlincə, ASC-dən bildirilib ki, bu günə qədər 2 916 nəqliyyat vasitəsi utilizasiyaya verilib. Eyni zamanda, ərizəçilərə verilən təsdiqedici sənədlər üzrə 304 500 manat məbləğində birdəfəlik ödəniş edilib. Yerli istehsal yeni nəqliyyat vasitələrinin satışı üzrə 1 049 000 manat məbləğində güzəşt tətbiq olunub.

İşlər ləng gedir

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov isə utilizasiya prosesinin ləng aparıldığı qənaətindədir. Onun fikrincə, bu istiqamətdə işlərin sürətləndirilməsinə ehtiyac var: "Azərbaycanda təxminən 1 milyon 700 minə yaxın nəqliyyat vasitəsi var. Onların cəmi 25-30 faizinin yaşı 10 ildən azdır. Qalan avtomobillərin 20-30, hətta 40 yaşı var. Halbuki hər bir avtomobilin istismarda effektivlik əmsalı mövcuddur. Onlar elmi cəhətdən "alfa" deyilən əmsalla nəzərdə tutulur. Elə avtomobillər var ki, istismar müddətini 5-7 ilə başa vurmalıdır. Sonra istismar üçün ya yenidən əsaslı təmir olunmalı, ya da istismardan çıxarılmalıdır. Amma şəxsi avtomobil sahibləri belə avtomobillərindən əl çəkmək istəmirlər. Çünki proses könüllüdür. Bu da işləri ləngidir".

İcra mexanizminin təkmilləşdirilməsinə ehtiyac var

Ekspert vurğulayıb ki, bəzi inkişaf etmiş ölkələrdə utilizasiya prosesi məcburi xarakterlidir. Hətta istismar müddətini başa vurmuş nəqliyyat vasitəsi vaxtında təhvil verilmədikdə cərimə tətbiq olunur: "Bu gün vətəndaşlar yalnız xarab, hərəkət edə bilməyən nəqliyyat vasitələrindən imtina edirlər. Bunlar qeydiyyatdadır, bəzilərinin dövlət nömrə nişanları da var. Birinci mərhələdə istəyirlər ki, bunları versinlər. Amma görülən işlər kifayət deyil. Prosesi tez yerinə yetirmək üçün icra mexanizmi təkmilləşdirilməlidir. Bunun xüsusi mexanizmləri var. Azərbaycanda da həmin mexanizmlər nəzərə alınmalıdır. Məsələn, sahibkarlara müəyyən imtiyazlar verilə bilər ki, onlar da bu işlə məşğul olsunlar. Eyni zamanda, proses yarıkönüllü və məcburi xarakter daşımalıdır".

Həm sosial ədalət, həm də texniki şərtlər

Mütəxəssis qeyd edib ki, utilizasiya prosesi nəqliyyat parkının yenilənməsi, insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərin azaldılması ilə yanaşı, yol hərəkəti təhlükəsizliyinin təmin olunması baxımından da vacibdir: "Yol-nəqliyyat hadisələri daha çox köhnə avtomobillərin iştirakı ilə baş verir. İstismara yararsız avtomobillə istismar müddəti keçmiş avtomobil tamamilə fərqli şeylərdir. Ola bilsin ki, avtomobil yaxşıdır, amma müddəti keçdiyi üçün onu utilizasiya edirlər. Bir də istismara yararsız avtomobillər var. Texniki müayinədə avtomobillərin reqlamenti, xüsusi standartları var ki, hansı avtomobillər istismara yararlı hesab olunur. Hansı nəqliyyat vasitələri istismarda təhlükə yaradırsa, onları aradan çıxarmaq lazımdır. Həm sosial ədalət gözlənilməli, həm texniki şərtlər ödənilməli, həm də insanlar narazı olmamalıdırlar. Ümumi ortaq məxrəcə gəlib bunları həll etmək lazımdır".

F.Eyyubov bildirib ki, ölkədə yaşı 20-dən artıq olan nəqliyyat vasitələri tam şəkildə yoxlanılmalı və onların xeyli hissəsi utilizasiyaya getməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Aprel 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri