Icma.az
close
up
RU
Fərhad Hacıyev: Yüksəliş müsabiqəsi Kadr Bankının formalaşdırılmasına xidmət edir

Fərhad Hacıyev: Yüksəliş müsabiqəsi Kadr Bankının formalaşdırılmasına xidmət edir

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

İyunun 1-də beşinci "Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin İdarəetmə bacarıqları imtahanı keçirilib.

Oxu.Az xəbər verir ki, imtahan Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda 2 sessiya olmaqla baş tutub. İdarəetmə bacarıqları üzrə imtahanda Analitik təhlil imtahanından uğurla keçən 1 478 nəfər iştirak edib. Burada iştirakçılara 2 hissədən ibarət olmaqla situasiya mühakimə və emosional zəka testləri təqdim olunub. Sualları cavablandırmaq üçün iştirakçılara ümumilikdə 3 saat 45 dəqiqə vaxt ayrılıb.

Azərbaycan gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə keçirilən "Yüksəliş" müsabiqəsi qara qızılın insan kapitalına çevrilməsi istiqamətində atılmış əsas addımlardan biridir. Eyni zamanda, bu müsabiqə innovativ yanaşmalara əsaslanan, şəffaf və obyektiv seçim mexanizmi ilə ölkənin Kadr Bankının formalaşdırılmasına xidmət edən strateji addımdır.

"Yüksəliş" müsabiqəsinin beynəlxalq standartlara uyğun şəkildə təşkil olunmasının daha bir göstəricisi isə xaricdə yaşayan iştirakçılar üçün yaradılmış distant imtahan imkanıdır. Bu namizədlər üçün imtahan proktorinq üsulu ilə, onlayn formatda və iki sessiyada təşkil edilib. Hər bir iştirakçı şəxsiyyət vəsiqəsi ilə elektron qeydiyyatdan keçərək QR-kod vasitəsilə imtahan zalına daxil olub, bu isə imtahanın təhlükəsizlik və şəffaflıq səviyyəsini artıran əsas texnoloji yeniliklərdəndir.

Qeyd edək ki, müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları T-şkala ilə hesablanacaq. T-şkalası bir çox məşhur beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.

İdarəetmə bacarıqları imtahanının nəticələri imtahan bitdikdən sonra 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək. Əyani mərhələni uğurla başa vuran iştirakçılar müsabiqənin yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə beşinci "Yüksəliş" müsabiqəsi başa çatacaq.

Xatırladaq ki, bu il "Yüksəliş" müsabiqəsinə rekord sayda müraciət daxil olaraq ümumilikdə 16 553 namizəd qeydiyyatdan keçib. Onlardan 7 256 nəfər Ümumi biliklər mərhələsini uğurla keçərək Analitik təhlil imtahanında iştirak etmişdir. Növbəti addımda isə 1 478 namizəd əyani mərhələnin son turu olan İdarəetmə bacarıqları imtahanında iştirak hüququ qazanmışdır.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyun 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri