Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Fərhad Vəliyev: “Güclü futbol ölkələrinin təmsilçilərini də təəccübləndirəcəyik” MÜSAHİBƏ

Fərhad Vəliyev: “Güclü futbol ölkələrinin təmsilçilərini də təəccübləndirəcəyik” MÜSAHİBƏ

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Zirə”nin qapıçıların hazırlığı üzrə məşqçisi Fərhad Vəliyevin futbolinfo.az saytına müsahibəsi

– Ölkə çempionatının 2024/2025 mövsümünü də gümüş medalla tamamladınız və yenidən avrokuboklarda çıxış edəcəksiniz. “Zirə”nin gözləntiləri tam doğrultduğunu düşünürsünüz, yoxsa komandanızın potensialı bundan da artığına imkan verirdi?

– Düşünürəm ki, mövsümü çox yaxşı keçirdik. İlk yarının sonlarında ikinci yerdən 13 xal geridə idik. Bu qədər xal fərqini aradan qaldıraraq ikinci yerə yiyələndik. Ümumilikdə, mövsüm bizim üçün çox uğurlu alındı. Gümüş medalları əldə etdik və avrokuboklara vəsiqə qazandıq.

– Keçən mövsüm də gümüş medal qazanmışdınız, ancaq həmin vaxt “Zirə”nin göstərdiyi oyunu bəyənməyənlər az deyildi. Bu mövsüm isə komanda nəticə ilə yanaşı, sərgilədiyi oyunla da rəğbət qazandı. Bu, ötən yay etdiyiniz düzgün transferlərin hesabına oldu, ya başqa məqamlar buna gətirib çıxartdı?

– Bu il də çempionat asan keçmədi. Elə oyunlar var idi ki, gərginliyi yüksək səviyyədə idi. Amma keçən mövsüm bu mövsümdən daha gərgin keçmişdi. Ötən sezon oyunların gərginliyi daha yüksək idi. Son tura kimi 2, 3 və 4-cü yerlərin sahibi bəlli deyildi. Yalnız son turda kimin neçənci yeri tutduğu məlum oldu. Ötən mövsüm qısa bir dövr yaşadıq ki, həmin vaxt təxminən 9-10 oyunda qələbə qazana bilmədik. Amma əsas sonluqdur. Mövsümün sonunda gərginlik artır, hər bir komanda avrokuboklara düşməyə can atır. Keçən sezon qış fasiləsindən sonra etdiyimiz transferlər, göstərdiyimiz oyun yekunda gümüş medalları qazanmağımızla nəticələnmişdi. Bu mövsümkü çıxışa gəlincə, əlbəttə, bunda komandaya cəlb olunan yeni transferlərin də əməyi oldu. Addım-addım irəli getməyə çalışırıq. İnşallah, gələcəkdə də yaxşı oyunlar göstərərək azarkeşlərimizi sevindirəcəyik.

– “Zirə” keçən yay avrokuboklarda uğurlu çıxış etmişdi. Bu il də Azərbaycanı layiqincə təmsil edə biləcəksiniz?

– Bildiyiniz kimi, keçən il mübarizəyə Avropa Liqasının təsnifat mərhələsindən başlamış, Konfrans Liqasının pley-offuna qədər irəliləmişdik. Qrup mərhələsinin bir addımlığında məğlub olmuşduq. Həqiqətən də, ötən il pis nəticə əldə etmədik. Bu il də maksimum nəticəyə nail olmaq üçün əlimizdən gələni edəcəyik. Ən azından, keçənilki kimi pley-offa qədər adlamağa çalışacağıq. Əlbəttə, rəqiblərdən də çox şey asılıdır. İnanıram ki, mərhələlər adlayaraq güclü futbol ölkələrinin təmsilçilərini də təəccübləndirəcəyik. İlk növbədə, yaxşı oyun nümayiş etdirməyə və təbii ki, nəticə verərək azarkeşlərimizi sevindirməyə çalışacağıq.

– Çempionatda “Qarabağ”dan sonra ən az qol buraxan komanda oldunuz. Qapıçı məşqçisi olaraq, siz “Zirə”nin qapıçılarının cari mövsümdəki çıxışından tam razı qaldınız?

– Keçən sezon ən az qol buraxan komanda “Zirə” olmuşdu. Bu mövsüm isə “Qarabağ”dan sonra ən az qol buraxan ikinci komanda olduq. Keçən mövsümdə də, bu sezonda da qapıçılarımız qənaətbəxş çıxış etdilər. Ümumilikdə, onlardan razı qaldıq. Amma düşünürəm ki, ötən sezona baxanda bu mövsüm qapıçılarımız daha yaxşı oyunlar çıxara və daha az qol buraxa bilərdilər. Ancaq yenə deyirəm, ümumi götürdükdə performanslarından razı qaldıq.

– Azərbaycan çempionatında çıxış edən qapıçılar arasında ən çox kimləri bəyənirsiniz? Və yerli qolkiperlərdən hazırda “1 nömrə” kimdir?

– Bir neçə komanda var ki, qapıçıları pis çıxış etmədilər. Məsələn, “Şamaxı”nın qolkiperi Rikardo Fernandesin qurtarışları çox oldu. O, çempionatımızda fərqləndi. “Sabah”ın mövsümün gedişində transfer etdiyi Stas Pokatilov komandaya uyğunlaşandan sonra pis oyun nümayiş etdirmədi. Yerliləra gəlincə, “Neftçi”nin qapıçısı Rza Cəfərovu fərqləndirərdim. Düzdür, “Neftçi” bu mövsüm iddialarından uzaq qaldı. Amma Rza stabil oyun nümayiş etdirdi, komandasına köməyi dəydi. Şahrudin Məhəmmədəliyev bu mövsüm zədəsi üzündən bir müddət “Qarabağ”dan uzaq qaldı. Amma o da yaxşı qapıçıdır. Artıq zədədən qayıdıb. Düşünürəm ki, millinin qarşıdakı oyunlarında şans qazanacaq. Bir də öz qapıçımız Aydın Bayramovu vurğulamaq istəyirəm. Aydından bu il tələblərim çox olsa da, ümumilikdə stabil oyunlar keçirdi. Əslində, Aydın bundan artığını edə bilər, həmin potensiala malikdir. Onun öz oyunlarını gözünün qabağına gətirərək, artıracağına, daha da irəliyə gedəcəyinə inanıram.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 May 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri