Fərid Hüseynov: Kapital Bank azad edilmiş ərazilərin bərpasına 200 mln. manat kredit ayırıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kapital Bank indiyə kimi işğaldan azad edilmiş ərazilərin bərpasına 200 mln. manat kredit ayırıb.
“APA-Economics” xəbər verir ki, bunu keçirilən mətbuat konfransında bankın İdarə heyətinin sədri Fərid Hüseynov deyib.
O bildirib ki, Kapital Bank üçün dövlət və sosial əhəmiyyətli layihələrdə iştirak olduqca vacibdir. “Bu haqda danışanda ilk olaraq Böyük Qayıdış layihəsini qeyd etməliyəm. İşğaldan azad olunmuş ərazilərin bərpasının maliyyələşdirilməsində biz də əlimizdən gələn dəstəyi göstərməkdə davam edirik. Layihə çərçivəsində Şuşa, Xocalı, Cəbrayıl, Kəlbəcər, Laçın, Ağdam, Qubadlı rayonlarında bir sıra kəndlərin yenidən qurulması, yaşayış və qeyri-yaşayış binalarının tikintisi, infrastrukturun qurulması işləri aparılır. Bu işlərə ümumilikdə 200 mln. AZN məbləğində öhdəlik ayrılıb” - Fərid Hüseynov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 19 Dekabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















