Icma.az
close
up
RU
Kapital Bank ın İdarə Heyətinin sədri Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Kapital Bank ın İdarə Heyətinin sədri Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

19 mart 2025-ci il tarixində ölkənin birinci bankı Kapital Bank-ın İdarə Heyətinin sədri və Baş İcraçı Direktor Fərid Hüseynov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Elnur Abdullazadə ilə mentorluq proqramı çərçivəsində görüş keçirib.

Görüş zamanı bank sektorunda innovativ yanaşmalar, rəqəmsal transformasiya, müasir liderlik prinsipləri, risklərin idarə olunması və biznesin davamlı inkişaf strategiyaları kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Fərid Hüseynov bilik və təcrübə mübadiləsinin uğurlu liderlərin yetişməsində əsas rol oynadığını vurğulayaraq, mentorluq proqramının gənc idarəçilər üçün unikal inkişaf fürsəti yaratdığını bildirib. O, Elnur Abdullazadənin bu prosesdə əldə edəcəyi bilik və bacarıqların gələcək karyerasında mühüm rolundan bəhs edib.

Daha sonra Fərid Hüseynov mentinin Kapital Bank-da həyata keçirilən innovativ layihələrlə və bankın əsas biznes prosesləri ilə tanış olacağını vurğulayıb. O, eyni zamanda bir il ərzində bankın müxtəlif departamentləri ilə əməkdaşlıq edərək real iş proseslərini izləmək və idarəetmə təcrübəsini artırmaq imkanı da əldə edəcək.  

 “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Layihə gənc və perspektivli idarəçilərin aşkarlanması, inkişaf etdirilməsi və ölkənin müxtəlif sahələrində liderlik potensiallarının artırılması məqsədi daşıyır. Mentorluq proqramı isə bu müsabiqənin mühüm hissəsidir və qaliblərin dövlət və özəl sektorun nüfuzlu rəhbərləri ilə birbaşa əlaqə qurmasına şərait yaradır.  Qeyd edək ki, hazırda beşinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi davam edir. Qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan “yukselish.az” vasitəsilə həyata keçirilir və 10 aprel 25025-ci il tarixinədək davam edəcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Mart 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri