Icma.az
close
up
RU
Fərid Məmmədov: SOCGOV 2025 beynəlxalq konfransında 20 yə yaxın ölkədən nümayəndələr iştirak edəcəklər

Fərid Məmmədov: SOCGOV 2025 beynəlxalq konfransında 20 yə yaxın ölkədən nümayəndələr iştirak edəcəklər

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 oktyabr, AZƏRTAC

DOST Agentliyində oktyabrın 24-də keçiriləcək "SOCGOV 2025: “Süni intellekt insan və transformasiya üçün” mövzusunda beynəlxalq konfransla bağlı mətbuat konfransı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Şahin Əliyev beynəlxalq konfransın proqramı barədə məlumat verib.

Bildirilib ki, rəsmi açılış və üç panel sessiyadan ibarət olan beynəlxalq konfransda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Serbiya, Rumıniya, Moldova, Belarus, Xorvatiya, Norveç, Portuqaliyadan rəsmi nümayəndələr iştirak edəcəklər. Konfransda ümumi iştirakçı sayı 350 nəfər təşkil edəcək.

Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədovun sözlərinə görə, "SOCGOV 2025" beynəlxalq konfransı sosial xidmətlərin gələcək inkişafı, yeni idarəetmə yanaşmaları və beynəlxalq təcrübənin paylaşılması baxımından mühüm platforma olacaq.

Qeyd olunub ki, konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.

Fərid Məmmədov bildirib ki, konfransda dünyanın 20-yə yaxın ölkəsindən nümayəndələr iştirak edəcəklər. Tədbir vətəndaşların sosial müdafiəsində dayanıqlılıq və innovativlik mövzularını gündəmə gətirəcək. Ekspertlər rəqəmsal dövlət və süni intellektlə transformasiya, sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik, həmçinin əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq mövzularında müzakirələr aparacaqlar. "Beynəlxalq konfransda 10 ölkə rəsmi səviyyədə təmsil olunacaq. DOST Agentliyinin brendinə çevriləcək SOCGOV tədbirləri 5 il müddətini əhatə edəcək. Növbəti illər ərzində tədbirlərin səviyyəsi və əhatəliliyini genişləndirmək istəyirik. "SOCGOV 2026" sosial sahədə beynəlxalq mükafatlandırma formatında təşkil ediləcək. Bu, regionda ilk dəfə sosial sahədə mükafatlandırma tədbiri olacaq. Həm Azərbaycan, həm də digər ölkələrdən təqdim olunan layihələrin qiymətləndirilməsi aparılacaq. Sosial müdafiə məşğulluq sahəsində həyata keçirilən layihələrin qiymətləndirilməsindən sonra mükafatlandırılma mərasimi olacaq. 2027-ci ildə bu tədbir Türkdilli ölkələr üzrə Zirvə toplantısı səviyyəsində olacaq. 2028 və 2029-cu illərdə daha yüksək səviyyəli forumların keçirilməsi, son olaraq ən yüksək səviyyədə sosial sahədə forumun keçirilməsi planlaşdırılır. Bu brend DOST Agentliyi tərəfindən aktiv təşviq ediləcək", - deyə Fərid Məmmədov qeyd edib.

Sonra İdarə Heyətinin sədri media nümayəndələrinin suallarını cavablandırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri