Icma.az
close
up
RU
Fərid Qayıbov: Azərbaycan beynəlxalq antidopinq siyasətini hər zaman dəstəkləyir İdman və Biz

Fərid Qayıbov: Azərbaycan beynəlxalq antidopinq siyasətini hər zaman dəstəkləyir İdman və Biz

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Strateji tərəfdaşlıq: Qlobal antidopinq təşəbbüslərinin inkişafı üçün əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Ümumdünya Antidopinq Agentliyinin, Beynəlxalq Test Agentliyinin, müxtəlif ölkələrin antidopinq təşkilatlarının rəhbərləri və beynəlxalq ekspertlər iştirak ediblər.

Dəyirmi masada çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, antidopinq sahəsində səylər çox önəmlidir: “Bildiyiniz kimi, idmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Bürosunun vitse-prezidentiyəm. Bir neçə gün əvvəl Estoniyada növbəti görüşüm oldu. Görüşdə ölkələrin antidopinq siyasətinə necə dəstək ola biləcəyi, bəzi ölkələrin qanunlara dəyişiklik etməsinin önəmi kimi mövzular müzakirə olunub. Dopinqlə mübarizə sahəsində geniş istiqamətli müzakirələrə ehtiyac duyulur. Azərbaycan beynəlxalq antidopinq siyasətini həmişə dəstəkləyir və Ümumdünya Antidopinq Agentliyi ilə həmrəylik nümayiş etdirir. İnanıram ki, dəyirmi masada maraqlı təkliflər və ideyalar ortaya çıxacaq və bu istiqamətdə əməkdaşlıq müzakirə olunacaq".

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə antidopinq sisteminin inkişaf etdirilməsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bu istiqamətdə daha yaxşı və maraqlı təşəbbüslərin olduğunu diqqətə çatdırıb. AMADA rəhbəri qeyd edib ki, bugünkü dəyirmi masada həmin təşəbbüslər bölüşüləcək, fikir mübadiləsi aparılacaq, eləcə də təhsilin antidopinq sahəsində ən önəmli faktor olduğunu nəzərə alaraq, beynəlxalq təhsil mərkəzinin yaradılması da tədbirin əsas mövzularından biri kimi müzakirə ediləcək.

Dəyirmi masada, həmçinin antidopinqdə təhqiqat, testlərin gücləndirilməsi, təmiz idmana nail olmaq üçün təhsil və maarifləndirmənin inkişafı, asılılıqdan uzaq gələcək üçün tərəfdaşlıq və əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Dekabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see249

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see238

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see200

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see200

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see195

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see187

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see177

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see162

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see161

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see141

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see136

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see134

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see134

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see133

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see130

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see125

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see124

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri