Icma.az
close
up
RU
Fərid Qayıbov: “Yeni missiyaya başlayırıq” İdman və Biz

Fərid Qayıbov: “Yeni missiyaya başlayırıq” İdman və Biz

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“2024-cü il bitməsi ilə yeni missiyaya başlayırıq. İndi biz Los-Ancelesdəki Yay Olimpiya Oyunları ilə yekunlaşacaq növbəti - 2025-2028-ci illər tsiklinə rəsmən daxil oluruq”.

İdman.biz xəbər verir ki, bu fikirlər Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbovun qurumun saytındakı ənənəvi “Prezidentdən qeydlər” rubrikasında yer alıb.

O, hər tsiklin yeni başlanğıc təsiri bağışladığını qeyd edib: “Hakimlər yenidən brevetə hazırlaşır, gimnastlar, məşqçilər və xoreoqraflar tezliklə beynəlxalq yarışlarda təqdim olunacaq proqramlarını təkmilləşdirir, yeni Qaydalar Kodeksinə bələd olurlar. Yeni çıxışları səbirsizliklə gözləyən azarkeşlər yeni ulduzlar və yeni tendensiyalara şahid olmaq istəyir.

Ötən ay qadın idman gimnastikası kişi gimnastlara qoşularaq ilk dəfə Milad Kuboku adlı onlayn yarışda təmsil olundu. Bu, kişilər üçün artıq dördüncü belə yarış idi. Bu da belə yarış növünə marağın nə qədər böyük olduğunu göstərir. Bu həftəsonu biz kişi idman gimnastikasında yeni onlayn format olan “Perfect 10”u təqdim edirik. Bu proqram yaxşı icra edilmiş, yüksək səviyyəli gimnastikaya diqqət yetirməklə, yığcam qaydalar toplusunu təklif edir. Şənbə və bazar günləri təsnifat mərhələlərinin şahidi olacağıq. Hər növdə ilk 12 yeri tutan idmançılar yanvarın 25-də keçiriləcək yarımfinala yüksələcəklər. Final isə fevralın 1-nə planlaşdırılıb ki, burada hər alətdə üzrə ən yaxşı altı gimnast mükafatlar uğrunda mübarizə aparacaq”.

Qayıbov vurğulayıb ki, Avropa Gimnastikasının əməkdaşları strateji plan çərçivəsində belə maraqlı və baxımlı yarış formatlarının hazırlanması üçün böyük səylər göstərir: “Saytımızda “Luicidən soruş” adlı süni intellekt aləti hazırlamışıq. Gülməli maskotumuz Luicidən sözün əsl mənasında hər şeyi soruşa bilərsiniz: tədbirlərə biletlərin nə vaxt satışa çıxarılacağını, bədii gimnastikada hansı alətlərdən istifadə olunduğunu. Bizim elektron tədris platformamız da inkişaf mərhələsindədir və optimal resursları təmin etmək üçün bura hər dəfə bir fənn əlavə edilir.

Gördüyünüz kimi, qarşıda bizi çoxsaylı tədbirlərdən əlavə də gərgin bir il gözləyir. Bu, bizim qitə gimnastika qurumunda seçki dövrümüzün sonuncu ilidir. Mən şövqlə və ilhamla rəhbərliyə davam etmək niyyətindəyəm ki, noyabrda Çexiyanın paytaxtı Praqada keçirilən Konqresdə gördüyümüz işləri qürurla göstərək”

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Yanvar 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri